PDF Oxu

Köşə

  • 18

Müsavat başqanı postuna iki namizəd var

Müsavat başqanı postuna iki namizəd var

Pənah Hüseynov:

Arif, sənin yolun qısa dostuna,
İstərəm çevriləm İsa dostuna,
Mən də can atıram sədr postuna,
Razıyam uğrunda lap sınsın qolum,
Onun liderliyi başlıca yolum,
İsa bəy istəyir sədr mən olum?

Arif Hacıyev:

Posta namizədəm, məndə dözüm var,
Burda uyğunluq var, nizam-düzüm var,
Başqanlıq postunda mənim gözüm var,
Bu, Hamlet məsəli: ölüm, ya olum.

Pənah Hüseynov:

Pənah Müsavatda kələ olacaq,
Arif bəy həmişə kölə olacaq,
İsa istəyirsə belə olacaq,
Təpəndən döyəcək yağmurum, dolum.

Arif Hacıyev:

Bil ki, qoyun-qoyun danışmaqdasan,
Yaman ayın-şayın danışmandasan,
Sən hələ arxayın danışmaqdasan,
Gərək sənə baxıb qəzəblə dolum.

Pənah Hüseynov:

Orda işləsən də sənə qənimdi,
Müsavat, əslində, öz vətənimdi,
İsa oturduğu kürsü mənimdi,
Səni mat qoyubdu vurduğum qolum.

Arif Hacıyev:

Müsavatda yarsan, barı sıxıl sən,
Həmişə olmusan idbar, paxıl sən,
Gedib AXP-ndə otur, qaxıl sən,
Müsavatçılardı həm sağım-solum.
Pənah Hüseynov:

Səndə qırıldayan çənə doğrudur,
Sənə etdiyim hər tənə doğrudur,
Uğur ikimizdən mənə doğrudur,
Elə zənn etmə ki, batıbdı çulum.

Arif Hacıyev:

İsa da inanıb yalan sözünə,
Reytinq düzəltmisən rahat özünə,
Özünü dürtmüsən İsa gözünə,
Mənə açıq-aşkar etmisən zülüm.

Pənah Hüseynov:

Qatar gəlib çatdı, sən düş get artıq,
Sən mənim gözümdə turşumuş qatıq,
İstədim atamdan- anamdan artıq,
Saydım bir İsadı simsarım, ulum.

Arif Hacıyev:

Bizi bünövrədən yıxan ki, sənsən,
Çox torba tikənsən, zorba tikənsən,
Ay Pənah, sən xalis torba tiksən,
Sənin tək xaini haradan bulum?

Pənah Hüseynov:

Sarıldım quruma sarmaşıq kimi,
Ortaya atılmış bir qaşıq kimi,
Sən orda durubsan yaraşıq kimi,
İsaya lazımam, yoxsa da pulum.
Arif Hacıyev:

Daim bəsləmisən nifrət, kin mənə,
Elə qərargahda yüyür min mənə,
Halalım sənsənsə, afərin mənə,
Gör indi nə gündə olardı dulum.

Pənah Hüseynov:

Bura gəlir mənə əziz yer kimi,
Mən də Müsavatda gəzdim mer kimi,
İsa gülümsəyər bir lider kimi,
Mən sədr olanda, olarsan qulum,

Arif Hacıyev:

Basıb sifətini boz bulanıq kif,
Sənə layiq deyil ən ucuz tərif,
Başını bu qədər dik tutma, hərif,
Bu etirafınla oldun sən nolum.

Pənah Hüseynov:

Sən yolum üstündə mələyən kalça,
Düşüb ismətinə sənin turş alça,
Razıyam, olaram baharlı xalça,
Sən ayaq altında döşəməm, polum.

Arif Hacıyev:

Mən danışan zaman danışma, dinlə,
Onsuz da alçaqsan, aşağı enmə,
Adi uğurundan çox da sevinmə,
Sənin pisliyinə köklənər balım.
Pənah Hüseynov:

Zəifi güclülər tutub yeyirlər,
Sənin kimisini burda əyirlər,
Önüm Müsavatı sevən cəyillər,
İsa tək möhtəşəm liderdi dalım.

Arif Hacıyev:

Başqan olmaq imiş, deməli, dərdin,
Dostum-qardaşımsan tez-tez deyərdin,
Sən daim üzümə gülümsəyərdin,
Nə etdim ki, mənə sən oldun zalım?

Pənah Hüseynov:

Üç ay olar mindim sənin çiyninə,
Mən başqan olaram, alma eyninə,
Niyə güc verirsən sən küt beyninə,
Bəlkə mən İsaya vermişəm kalım?

Arif Hacıyev:

Bir zaman çərx özü qəddini əyər,
Ola bilsin başın lap yerə dəyər,
Vaxt gələr, ayağın azca büdrəyər,
Mümkün ki, o zaman mən qisas alım.

Pənah Hüseynov:

İndi qapını da kimsə döyəmmir,
Səni Müsavatda heç kim bəyənmir,
Nə günə qalıbsan, İsa bəyənmir,
Təki uduzasan, mən zəfər çalım.

Arif Hacıyev:

Arzunla diləyin boşa dirənsin,
İsa da səninlə qoşa dirənsin,
İstərəm uğurun daşa dirənsin,
Gərək niyyət tutub, mən namaz qılım.

Digər xəbərlər