Arif Hacıyev:
Yaxşı idi Müsavatın qaydası,
Nahaq oldun İsa bəyə sən asi,
Harda qaldı istefanın faydası?
Güc verərək ürəyində qübara,
Əyri-əyri baxdın bizim divara,
Küçələrdə gəzməkdəsən avara.
Sülhəddin Əkbər:
Ona Moskva DTK-da dərs verib,
Tale onun bəxtini də tərs verib,
Mənim başqan olmağıma səs verib,
Agent İsa gərək mənə yalvara.
Arif Hacıyev:
Bizim Müsavata özək verərdin,
Sobalara sən bol təzək verərdin,
Əvvəl Müsavata bəzək verərdin,
İndi əzab verməkdəsən bulvara.
Sülhəddin Əkbər:
Bəyənmirdin nə Əvəzi, "Madam"ı,
Alsın İsa sənin tupoy qadanı,
Sənsən Müsavatın əskik adamı,
Çox özünü sən oxşatma kübara.
Arif Hacıyev:
Gəlmədi iş son on ildə əlindən,
Zaman səni tərpətdi təməlindən,
Başqan təngə gəlib bəd əməlindən,
Çıxdaş etdi sənin kimi tvarı.
Sülhəddin Əkbər:
Qabaqdaykən sən hərlənib dal oldun,
"Mal-mal dedin, axırda da mal oldun,
Müsavatda post tutsan da kal oldun,
Göndər görək bizə yetkin tavarı.
Arif Hacıyev:
Sən havaya atılmış boş lopasan,
Həm alovsuz, həm də yumru topasan,
İstədin ki, onu əldən qapasan,
İsa yedi başqanlıqda nübarı.
Sülhəddin Əkbər:
Müsavatda çox xəyala dalma sən,
Öz qələbə marşını da çalma sən,
Səsinin gur, boz yerinə salma sən,
Yerə endin, sən çıxsan da talvara.
Arif Hacıyev:
Keçməmisən son diləyin gözündən,
Yayınmadın nə fələyin gözündən,
Sən keçmədin dar ələyin gözündən,
Salacağıq indi səni xalvara.
Sülhəddin Əkbər:
Elektorat xəyallara dalıbdı,
Bosslar sizi çox get-gələ salıbdı,
Müsavatda sənnən İsa qalıbdı,
Axın qalxıb təhlükəli civara.
Arif Hacıyev:
Boss göndərsə qrant, kasa başqandı,
Qrantverən xaric qısa başqandı,
Heç şübhəsiz bizdə İsa başqandı,
Başqan olsan, sən qaçarsan xavara.
Sülhəddin Əkbər:
Sizə maraq, birgə yazaq, azalıb,
Sıralarda quldur-qazaq azalıb,
Eşitdim ki, sizdə ərzaq azalıb,
Eybi yoxdur, oturarsan şalvara.
Arif Hacıyev:
Sən gəzirsən, ayıb şeyin əlində,
Yol gedirsən məzə-meyin əlində,
Sükan bizdə İsa bəyin əlində,
Nahaq yerə əl uzatma avara.
Sülhəddin Əkbər:
Öz İsanla başa düşmürsən ayıb,
Sizi güclü "cırtdan"-curtdanlar sayıb,
Müsavatı süqut çoxdan haqlayıb,
Qrantsızlıq qorx ki, tufan qopara.
Arif Hacıyev:
Öz ömrünü keçirmədin sən asan,
İsa bəy danışan, sən oldun susan,
Qərargahsız-partiyasız tənhasan,
Özün qorx ki, səni sükut apara.
Sülhəddin Əkbər:
Başqan batıb yad ölkə çaxırında,
Sən boğuldun öz əskik paxırında,
İsa yatsa Müsavat axurunda,
Gərək Arif yabıları suvara.
Arif Hacıyev:
Eşitdim ki, gödək Cəfər uzanıb,
Artıq Qərbə gedən səfər uzanıb,
Bloklara məsafələr uzanıb,
İndi ümid qalıb sən tək çapara.
Sülhəddin Əkbər:
Guya özün İsa bəylə əqiqsən,
Qrant mənimsəyən zaman dəqiqsən,
Sən gedəndən yaman boynubüküksən,
Başqanınla günün olubdu qara.
Arif Hacıyev:
Az yamanla başqanımla sən məni,
Demək istəyirəm işsizsən yəni,
İstefada ətalət sarıb səni,
Çalmalısan indi divara kora.
Sülhəddin Əkbər:
Adam sənin əməlinə quruyur,
İsa başqan kürsüsündə qarıyır,
İndi sizi qanunçuluq qoruyur,
Bir vaxt kütlə sizi çəkəcək dara.
Arif Hacıyev:
Oturmusan küçələrdə boşuna,
Bir işverən əsla çıxmır tuşuna,
Vaxtı keçib nəsə gəlsin xoşuna,
Könlündəki daha xoş gəlir kara.
Sülhəddin Əkbər:
Tapmadınız paltar narıncı güllü,
Müsavatı basıb avara, çöllü,
Pul verən yox başqanına könüllü,
Bir o qalıb əl atasız siz zora.