Rauf Arifoğlu:
Müsavatda sevən azdı başqanı,
O edibdi özünə dost İşxanı,
Xaric taxır döşlərinə nişanı,
Siyasətdə o olubdu daim key,
Vəzifəsi xaric, qrant, məzə-mey,
İsa bəydən başqan çıxmaz, başqan hey,
Pənah Hüseynov:
İsa bizlə saxlayardı məsafə,
20 ildə vurmamış o, hədəfə,
Əgər başqan zurna çalsa bu dəfə,
Gərək o vaxt kütlə mənə verə ney.
Rauf Arifoğlu:
Davranışda başqan bir çuşqa kimi,
İndi düşüb ortaya loşqa kimi,
Bu gün İsa gedir qarışqa kimi,
Şığımağı öyrənibdi məndən ley.
Pənah Hüseynov:
Ətrafından eşitsə də yüz əmr,
Həmkarlara ümid, inam bəsləmir,
Öz postundan yazıq qopmaq istəmir,
Müsavatda İsa bir mament kley.
Rauf Arifoğlu:
Həmkarlarım mətləb qanar sözümdən,
İsa sönük, şimşək çaxır gözümdən,
Ondan yaxşı başqan çıxar özümdən,
Qəmbərovdan çıxmaz, vallah, başqa şey.
Pənah Hüseynov:
Məndən çıxa bilməz heç başqan guya,
Radikal bloklar batıb quyuya,
Məndə aşıb-daşır ideologiya,
İsa bəydə Müsavat boyda giley.
Rauf Arifoğlu:
Çoxları gedibdi Müsavatdan nağd,
Hələ başa düşmür gedibdi bivaxt,
Güney marağında olmayıb heç vaxt,
İsa arzulayıb həmişə quzey.
Pənah Hüseynov:
Sansa da özünü İsa bəy kələz,
Əjdahaya dönüb heç də mələməz,
İndi mən başqanı edərəm əvəz,
Onsuz da İsa bəy etməkdə ley-pey.
Rauf Arifoğlu:
Tamam yetişsə də, deyirlər kalan,
Orda qalanları tam ələ alam,
Gərək fürsət tapıb mən başqan olam,
İndi məqam düşüb mükəmməl və yey.
Pənah Hüseynov:
Çalınıb İsanın hüzn, matəm marşı,
İndi yedirərəm mən ona turşu,
Bu cür davam etsəm başqana qarşı,
Mənə səd afərin deyərdi Tezey.
Rauf Arifoğlu:
Başqan Müsavatda olub zəlil-xar,
Dərd-bəla başının üstünü alar,
İsaya sürpriz istefa qalar,
Mənə qrant dolu iri bir muzey.
Pənah Hüseynov:
Oldu pulsuzluqdan yata bilmədim,
Kini-küdurəti ata bilmədim,
Keçmişdə Binəyə çata bilmədim,
Yoluma nur saçar qaçanda Egey.
Rauf Arifoğlu:
Vaxt oldu, məni tam ütmək istədi,
Məni izləyərək, güdmək istədi,
O, mənə doğmalıq etmək istədi,
İsaya olmuşam həmişə ögey.
Pənah Hüseynov:
Adım bədnam olub mənim orada,
İsaya qalmayıb yer bu sırada,
Çoxu istefaya gedib burada,
Burda vur-çatlasın, vurreydi vurrey.
Rauf Arifoğlu:
Hamı lider kimi görməkdə məni,
Azacıq sən yumşalt qəlbində kini,
Onsuz da o postdan atıblar səni,
İndi başqanlığı mənə ver, okey.
Pənah Hüseynov:
Uzun dediyi yol çəkdi çox qısa,
Gedənləri görüb batıbdı yasa,
Başqanlıq postundan getməkdə İsa,
Bu posta mən sədr gəlirəm, ehey.
Rauf Arifoğlu:
Yıxılmaz dibinə quyu görməsə,
Dəstəmaz da olmaz, suyu görməsə,
Onun canı çıxmaz Ayı görməsə,
Rus demiş, İsanın kəlləsinə bey.
Pənah Hüseynov:
Sədrlik yaraşar indi yaşıma,
Bir kəs zəhər qatmaz, sözsüz, aşıma,
Bu postda Rauf bəy çıxsa qarşıma,
Neytral eyləyək, qoy olsun ni çey.
Rauf Arifoğlu:
Başqan baş qaldırdı, tez dəf etdilər,
Başqanlıq yolumu sədəf etdilər,
İsanı qarşımda hədəf etdilər,
Tətiyi çəkmədim, deyəndə ubey.
Pənah Hüseynov:
Təşkil etməkdəyəm mən bütöv tamı,
Başqan yandırmaqda təxribat şamı,
İsa yaşamaqda çöküm məqamı,
Mən Günəşə doğru şığıyan Halley.
Rauf Arifoğlu:
Mən başqan postunu tutaram qəti,
Artıq ürpəşməkdə İsanın əti,
Daim turşumaqda İsa sifəti,
Xoş sifət göstərir mənə də taley.
Pənah Hüseynov:
Başqan postunadı qəlbin istəyi,
Mənə yönəltməkdə Müsavat rəyi,
Seyrəlir get-gedə İsa dəstəyi,
Məni dəstəkləyir qəzetdə Haley.