Mirmahmud Fəttayev:
Pislə "İctimai Palata"nı sən,
"DUİ"-dən yapışsan bitəcək qüssən,
Mən özüm də sənə deyərdim əhsən,
Müsavat dağılır Əli "Yurd"u tək,
Bosslar da göndərmir pul ətək-ətək,
Buna "klassiklər" sevinir bişəkk.
Əhməd Oruc:
Radikal cinahı olmaqda al qan,
Əlini, İsanı süst edib duman,
Ay ağa, mən sənin cəddinə qurban,
Tərk edib meydanı gəl, izsiz itək.
Mirmahmud Fəttayev:
Biz şüa saçırıq mayaklar altda,
İsa can çəkməkdə dayaqlar altda,
Radikal palata ayaqlar altda,
"DUİ" bol məhsullu şanılı pətək.
Əhməd Oruc:
İsası, Əlisi qumdu, biz qaya,
Yol aça bilərik Qərbə, dünyaya,
İndi düşük Pənah düşüb ortaya,
Deyir bossun qrant yolunda bitək.
Mirmahmud Fəttayev:
Bircə kəlmə belə şit qınaq etmə,
Sınaqdan çıxıbdı, sən sınaq etmə,
Pənahı söyüşə sən qonaq etmə,
O olar "DUİ"-yə münasib yedək.
Əhməd Oruc:
Pənah yol axtarır həddi aşmaqçün,
Məni qıcıqladır "DUİ" coşmaqçün,
Pənaha yeni bir nəğmə qoşmaqçün,
Gərək mən damağa götürəm tütək.
Mirmahmud Fəttayev:
Çoxunun ağzı da sarıda qalıb,
Məqsədi, niyyəti barıda qalıb,
Radikal liderlər yarıda qalıb,
Bizlər dayanmayıb irəli gedək.
Əhməd Oruc:
Hələ orda-burda cırmaqda yaxa,
Ona söyüşləri gələcək baha,
Deyirsən Pənaha söyməyim daha,
O, mənə beş dəfə deyibdi xötək.
Mirmahmud Fəttayev:
Danışsan hər işin sən gərəyindən,
O vaxt boss da keçər öz çörəyindən,
Kini-küdurəti sil ürəyindən,
Pənahda nə işin, biz maraq güdək.
Əhməd Oruc:
Görəndə üsullu görək törəni,
"DUİ"-də cəlb edək bizlər hərəni,
Dost tutaq bizlərə xeyir verəni,
Pənahın biz bomboz üzünü ütək.
Mirmahmud Fəttayev:
Son həddi gözaltı eyləmək goru,
Pənah yox, Əlidi quran kəs toru,
Çıxar sən başından "generator"u,
"DUİ" ətrafında biz manevr edək.
Əhməd Oruc:
Tanıyaq bossların kasa yolunu,
Şöhrətə aparan qısa yolunu,
Əli yox, biz tutaq İsa yolunu,
Pənah kimiləri dağıdıb-didək.
Mirmahmud Fəttayev:
Yaxşı blok edək "DUİ"-ni burda,
Pənahın yolunda çevrilmə qurda,
Başlıca zərəri vuraraq "Yurd"a,
Səninlə arzuya, məqsədə yetək.
Əhməd Oruc:
Dram ötürməkdə İsaya "Qnçaq",
Hücumdan çəkinmir bizə çox alçaq,
Yeganə istəyim odur ki, ancaq,
Yesin "DUİ"-çilər doyunca çörək.
Mirmahmud Fəttayev:
Ay Əhməd, Pənahdan sən çək əlini,
Bir də işə salma zəhər dilini,
Dirəsək dalana "Yurd"da Əlini,
Yalnız bir o zaman dincələr ürək.
Əhməd Oruc:
Bizim radikallar olubdu pamal,
Liderlər başında qalmayıb kamal,
"DUİ" yaxşı qurum, lideri normal,
Pənah kimilərə çevirək kürək.
Mirmahmud Fəttayev:
Sən bu Pənah bəydən biryolluq əl çək,
Bacarsaq "DUİ"-də sağlam toxum ək,
Əgər cürət edib sərvaxt tərpənsək,
"DUİ"-ni ifrata edərik dirək.
Əhməd Oruc:
Mən ayran tökmərəm südlü bakıma,
Gərginlik artırma sən də şokuma,
Zirvə arzularam öz blokuma,
Pənaha qəbirə aparan xərək.
Mirmahmud Fəttayev:
İş lap əngəl olar, qayıq, lığ itsə,
Əli öndə gedər, ayıqlıq itsə,
Uduzarıq "Yurd"da sayıqlıq itsə,
"DUİ" qalib gələr tərpənsək zirək.
Əhməd Oruc:
Səhvən İsa bəy də bizi unutsa,
Əli Müsavatda bir mövqe udsa,
Əgər "Yurd"da Pənah yüksək yer tutsa,
O zaman yalvarıb qılığa girək.
Mirmahmud Fəttayev:
Radikal çıxmaqda yolla kənara,
Əli çəkilibdi pulla kənara,
Sən də Pənah bəyi tulla kənara,
Blok mövqeyini qoruyaq gərək.
Əhməd Oruc:
Demirəm boss pulu piyana qalsın,
Arzu edirəm ki, ziyana qalsın,
Əli də, Pənah da o yana qalsın,
Biz bu dar macalda neynirik görək?!