PDF Oxu

Köşə

  • 42

Gizli Əli Kərimov və İsa Qəmbərov qarşıdurması

Gizli Əli Kərimov və İsa Qəmbərov qarşıdurması

Əli Kərimov:

İsadı aləmi batıran orda,
Pənahdı üzvləri yatıran orda,
Mənəm istefanı artıran orda,
Müsavat yıxılmaz əcəli ilə,
Yıxaram təxribat əməli ilə,
Arif Hacıyevin öz əli ilə.

İsa Qəmbərov:

"Yurd"da şər toxumu səpən mən oldum,
Cəbhə parçalandı qəlbən şən oldum,
Cəbhəni yüz yerə bölən mən oldum,
Bu cür rəftar etdim "Yurd" Əli ilə.

Əli Kərimov:

Başqana inamım yox bircə qram,
Arifin felinə ürəkdən varam,
Mən onun cibinə pul qoyduraram,
Qazar ayağını min bəli ilə.

İsa Qəmbərov:

İnşallah, vaxt gələr, "Yurd"un azarı
Əlini aparar məzara sarı,
Yalandan açaram darvazaları,
Onu qarşılaram bol zəli ilə.

Əli Kərimov:

O, başqan olandan tərs düşdü kündəm,
Zülmətə çevrildi, qaraldı gündəm,
Mən bu İsa bəyi gördüyüm gündən,
Sanki həmkar oldum bir dəli ilə.

İsa Qəmbərov:

Əli, görüm səni it iyləyəsən,
Bıçağı qətlinçün itiləyəsən,
İndi azca qalıb itələyəsən,
Yıxıla xəzrinin gur yeli ilə.
Əli Kərimov:

Yüksəklik reytinqi keçmədi nolu,
Sübut olundu ki, gödəkdi qolu,
Bitdi uçurumda siyasi yolu,
Gedər cəhənnəmə öz kəli ilə.

İsa Qəmbərov:

Nadanların mini yıxar Əlini,
Qəlbindəki kini yıxar Əlini,
Siyasi meydandan çıxar Əlini,
Əlləşir torpağın sərt gili ilə.

Əli Kərimov:

İsa cəmdəyinə toplaşan qəmi,
Salacaq qarnına ağır vərəmi,
Qrantı görəcək dirsəyi kimi,
Yalar dirsəyini öz dili ilə.

İsa Qəmbərov:

Onu sədr kimi bəyənmədi baxt,
Çıxdı Əli bəyin yumurtası lax,
Vida etməyəcək "Yurd" Əli heç vaxt,
Gözünü kor edən nəhs mili ilə.

Əli Kərimov:

Məclislərdə yemək, araq güdübdü,
Daim şəxsi məqsəd, maraq güdübdü,
İsa siyasəti iflas edibdi,
O axar çayların gur seli ilə.
İsa Qəmbərov:

Çox primitivdi Əli bilgisi,
Bizim bölgümüzə çatmaz bölgüsü,
Ondan uzaq düşər dovşan, tülküsü,
Əzilər Müsavatın fili ilə.

Əli Kərimov:

İsa radikala gətirib vərəm,
Bu gün də mən düzgün yolla gedirəm,
Mən özüm tərxuna meyil edirəm,
Qalsın İsa ancaq öz hili ilə.

İsa Qəmbərov:

Çapdım Müsavatda yüyrək atımla,
Düşdüm DTK-ya nəslim, zatımla,
Məşğulam təsbehim, avtomatımla,
Əli də yer qazsın öz beli ilə.

Əli Kərimov:

Boss ona yudurdar yalnız qab-qacaq,
İsanın bildiyi iş budu ancaq,
O, elə bildi ki, pul qazanacaq,
Xaricə vurduğu hər teli ilə.

İsa Qəmbərov:

Mən daha yüksəyəm nüfuz, şənimlə,
Üz-üzə durmaram adi qənimlə,
Xaricin məntiqli şəxsi mənimlə,
Əliyə düşərdi topalı-şili.
Əli Kərimov:

İsa pis gündədi, açılır eynim,
Özü günahkardı bu işdə, neynim,
Hələ cağbacağdı onurğa beynim,
Çoxdan qırılıbdı İsanın beli.

İsa Qəmbərov:

Çox yumşaq və uzun telinin dili,
Xidmətində beş-üç dəlinin əli,
Qərb səmtinə çatmır Əlinin əli,
Ancaq yardım edir ona Ənzəli.

Əli Kərimov:

Elə bilir odu liderin safı,
Artıbdı xaricin qonorar xofu,
Çıxır istefaya bir-bir ətrafı,
Yenə həmkarlara deyir qəzəli.

İsa Qəmbərov:

Dəyməkdə gözləri həm ziyan kimi,
Dolaşır sağ-sola bir piyan kimi,
Əvvəl danışardı bir oğlan kimi,
İndi o, andırır əsil gözəli.

Əli Kərimov:

Məhəl qoyan yoxdu indi bu daza,
Dost olmaq istəmir heç kəs bu qaza,
Neçə həmkarını verdi güdaza,
İndi təlxək kimi olub məzəli.

İsa Qəmbərov:

Xarici bosslara etməkdə aman,
Kəndinə qaytardı Əlini zaman,
Daralıb siyasi meydanı yaman,
Bəminə bərabər səsinin zili.

Digər xəbərlər