PDF Oxu

Köşə

  • 17

Mirmahmud Fəttayev Pənah Hüseynovla qırğına çıxan Əhməd Oruca acıqlanır

Mirmahmud Fəttayev Pənah Hüseynovla qırğına çıxan Əhməd Oruca acıqlanır

Pənah Hüseynov:

Bezdirmişdi "Azadlığ"ın gədəsi,
Bir şey də yox onun məndən güdəsi,
Gəldi kara Fəttayevin hədəsi,
Gəlməkdədi Əhməd Orucun səsi,
Çox cır səsdi, bezikdirir hər kəsi,
İndi çatıb onun susmaq növbəsi.

Əhməd Oruc:

"Generator" çox güc verir avaza,
Deyir səni mən verərəm güdaza,
Pənah yaman güc verməkdə boğaza,
Cırılmaqda indi bağır-öfkəsi.

Pənah Hüseynov:

Əhməd Oruc, məndən uzaq dayan, dur,
Ver səsinin gur yerinə, vur-uçur,
Hələ mənim ideyamın səsi gur,
Bu Əhmədin üstündədi ləkəsi.

Əhməd Oruc:

AXP-nin açılmamışdı donu,
Çatmaqdadı Pənah bəyin də sonu,
Haqq yoluna dəvət etdim mən onu,
Söyüş olub onun mənə töhfəsi.

Pənah Hüseynov:

"DUİ"-dədi, nə uçurur, nə tikir,
O yediyi yağlı plov, şirni kir,
Hər təklifə Əhməd Oruc şirnikir,
Ona qəbul hər bir şeyin müftəsi.

Əhməd Oruc:

Partiyalar urva kimi ələnir,
İndi Pənah Müsavatda sülənir,
Harda gəldi ağız açır, dilənir,
Boğazında qalıb İsa tikəsi.
Pənah Hüseynov:

O, hazırdı siyrilməyə qaytandan,
Uzaq olum Əhməd kimi şeytandan,
Kənar olsam mən siyasi meydandan,
Seçilərdim Müsavatın müftisi.

Əhməd Oruc:

Yox Pənahda nə bünövrə, nə təməl,
O, törədib Müsavatda min əməl,
Mirmahmud da mənim kimi mükəmməl,
Pənah bəyin çox səthidi bilgisi.

Pənah Hüseynov:

Xilas olar, "SOS" siqnalı çalsaydı,
Öyrənərdi, elmə meyil salsaydı,
Sevinərdi, belə təklif alsaydı,
O olardı İsa bəyin çulkisi.

Əhməd Oruc:

Tərk edibdi AXP-də masanı,
Boss doldurmur boşalanda kasanı,
Dildə deyir dəstəkləyir İsanı,
Ağzındadı Əli bəyin bulkisi.

Pənah Hüseynov:

Bizim "palata"nın çatır qırması,
Çox xoşdu ağanın səni vurması,
Aldın Mirmahmuddan qulaqburması,
Olmusan "DUİ"-də lövhə silgisi.
Əhməd Oruc:

AXP olubdu ölü emblemi,
Ancaq daşıyardı dəli, emblemi,
Gəzirsən, sinəndə Əli emblemi,
Üstündən çəkilmir İsa gölgəsi.

Pənah Hüseynov:

Mən kiməm, sən kimsən, beyninə köçür,
Səhrada dolanıb bol sünbül biçir,
Səni söyən hami mey-məzə içir,
Sənəsə qalıbdı balıq kilkəsi.

Əhməd Oruc:

İdeyam deyərək cəyillənirsən,
İsa ətrafında veyillənirsən,
Xarici qranta meyillənirsən,
Səni qane edər bossun bəlkəsi.

Pənah Hüseynov:

Dartırsan özünü bir bəy, xan kimi,
Məni danlayırsan key baran kimi,
Daim danışırsan müsəlman kimi,
Sənə dəstək verir kafir ölkəsi.

Əhməd Oruc:

Dubayda könlünə kəniz düşübdü,
Mənimsə könlümə dəniz düşübdü,
Sənə Vaşinqton, Qərb əziz düşüb,
Yatıbdı könlümə Bakı Bilgəsi.
Pənah Hüseynov:

Mən qarpız arağı vurram bədənə,
Vurulursan get sən vurul vətənə,
"DUİ", "KAXCP" bağlıdı sənə,
Mənim vurğunumdu qarpız bölgəsi.

Əhməd Oruc:

Daşdan da möhkəmdi vətən qayamız,
Yuxumuz rahatdı, çindi röyamız,
Bizim turş ayrana dönüb mayamız,
Bircə Pənah bəyin tünddü sirkəsi.

Pənah Hüseynov:

Radikal durumlar varın üyütmür,
Əzm-qüdrətini, arın üyütmür,
"DUİ" dəyirmanı narın üyütmür,
Çox rahat üyüdür bossun kirkəsi.

Əhməd Oruc:

Başı oyaq saxla, az qoy balınca,
Çox yatmaq sizləri qoyar qulunca,
Az cumun xaricə qrant dalınca,
Gələr burnunuzdan bossun tikəsi.

Pənah Hüseynov:

Mükafat verərlər möhkəm sırınsan,
Quruma sığınmış bir ac qarınsan,
Bundan da iki qat artıq yarınsan,
Elan edəcəklər "DUİ" təkəsi.

Əhməd Oruc:

Sən bir dağıdıcı külək gəlmisən,
Çoxu elə bilir mələk gəlmisən,
Daim həmkarlara kələk gəlmisən,
Üstündə qalacaq bədnam ləkəsi.

Digər xəbərlər