Əvəz Temirxan:
Sevdiyim qrantı verən Sem olub,
Bir də fantastika yazan Lem olub,
"İslam" partiyası bir krem olub,
Yaxılıb bizlərin üz-gözümüzə,
İndi kütlə baxmır heç sözümüzə,
Əsla bənzəmirik biz özümüzə.
Çingiz Sadıxov:
Əlisi yanımda enir, alçalır,
İsası həmişə fikirə dalır,
Liderlər ayağım altında qalır,
Düşən də tapılmır nəhs izimizə.
Əvəz Temirxan:
Başları üstünü alıbdı duman,
Bağlayıb Tehrana hər biri güman,
"İslam" cızığından çıxıbdı yaman,
Bu qurum xoş gəlmir nədənsə bizə.
Çingiz Sadıxov:
Zaman-zaman biz aranı yaman qatdıq,
İsa ilə, Əli ilə şıllaq atdıq,
Avropadan qrant aldıq, yedik-yatdıq,
Bənzəmədi islamçılar bəzimizə.
Əvəz Temirxan:
İslamçılar danışırlar namus-ardan,
Tehran asır düz deyəni, sözsüz, dardan,
Deyirlər ki, Arazla Kür topuqlardan,
Xəzər çatmır bu gün bizim dizimizə.
Çingiz Sadıxov:
Onlar artıq öz yolunu seçib yəqin,
Liderləri spirti çox içib yəqin,
Gecimizin vaxtı çoxdan keçib yəqin,
İslamçılar əl atıblar tezimizə.
Əvəz Temirxan:
Əl atmaqda hər bir üzvü yağa-ətə,
İslamçılar pəl vururlar sükunətə,
Asi olmaq istəyirlər hökumətə,
Ancaq bu vaxt "no" demirlər "yes"imizə.
Çingiz Sadıxov:
Əvvəl-əvvəl yalquzaq tək hürürdülər,
Haralarda nəyi kimə verirdilər,
Dünən eşşək dərisinə girirdilər,
İndi tamah salır onlar xəzimizə.
Əvəz Temirxan:
İslamçılar şaqqanaqla gülməkdədi,
Xam xəyalda olduğunu bilməkdədi,
Yalanımız gözlərindən gəlməkdədi,
Bu gün qənim kəsiliblər düzümüzə.
Çingiz Sadıxov:
Stul keçib boğazlara masa kimi,
Deyirlər ki, qalib gəllik yaza kimi,
Hər birisi Əli kimi, İsa kimi,
İstərlər ki, tüpürələr üzümüzə.
Əvəz Temirxan:
Hər birisi olub İran köpəkləri,
Yal qismində Tehran atır kəpəkləri,
Ənzəlidən gəlməkdədi ipəkləri,
Onlar qənim kəsiliblər bezimizə.
Çingiz Sadıxov:
İşə düşsə iti xəncər və qayçılar,
Səhv yolları tezlik ilə lap açılar,
Həmzə ruhlu olduğuyçün islamçılar,
Hücüm etmir, əsla, bizim Həmzəmizə.
Əvəz Temirxan:
Qəhrəmandı İsa üçün bizim "Madam",
Əli bəyin süst halından özüm şadam,
Nəzərlərdə qəhrəmanlar adi adam,
Onlar üçün mərd igidlər və Həzilər.
Çingiz Sadıxov:
Çoxu əsdi səmum bahar yeli kimi,
Bəziləri bağırırdı dəli kimi,
Bir çoxları susdu İsa, Əli kimi,
İslamçılar səs vermədi səsimizə.
Əvəz Temirxan:
Sağ gedərlər, sol gedərlər inanc üçün,
Avropada sinov gedir bir lanç üçün,
Düzü, çoxu qaçışırdı qazanc üçün,
İslamçılar bələndilər hisimizə.
Çingiz Sadıxov:
O, yeridir hətta xəbis qızılını,
Yalnız atmaz yerə naqis, qızılını,
Hər islamçı atar xalis qızılını,
Tamah salar bizim adi misimizə.
Əvəz Temirxan:
Hər birində, həzm etməkdən qalıb mədə.
Həm İsaya, həm Əliyə gəlir hədə,
İslamçılar İran ilə əlaqədə,
Yaxşımızı qoyub baxır pisimizə.
Çingiz Sadıxov:
Adam var ki, bir zarafata işləyir,
Koroğluluq edənlər ata işləyir,
İslamçılar ETALLAT-a işləyir,
Radikallar yanmaqdadı közümüzə.
Əvəz Temirxan:
İslamçılar əl atmaqda bu gün şərə,
Sifətləri bənzəsə də zebrə, xərə,
Əgər Tehran silah versə əbləhlərə,
Cavab verməyə qadirdi yüzümüzə.
Çingiz Sadıxov:
O mələkdən nəşə tapıb və "saf" içir,
Damarlara iynə vurur və mak içir,
İslamçılar rus arağı, konyak içir,
Qoşulmağa hazır meyə- məzəmizə.
Əvəz Temirxan:
İbrət alsın bu sözümdən qoyun hərə,
Bu gün yenə düzlər köhnə, köhnə dərə,
Deyirəm ki, qoy qəhr olsun köhnələrə,
Onlar qənim kəsiliblər təzəmizə.
Çingiz Sadıxov:
Bəxtlərinə ölüm, süqut yazılıbdı,
Naqislərin sifətləri sozalıbdı,
Gədalarda ali hisslər azalıbdı,
Hər birisi daraşmaqda kisəmizə.