PDF Oxu

Köşə

  • 36

Ermənilərin “Demokratik İttifaq”ı İsa Qəmbərovu cəlb edir

Ermənilərin “Demokratik İttifaq”ı İsa Qəmbərovu cəlb edir

Pənah Hüseynov:

Çoxu 20 illik yolu keçibdi,
Hər biri ən acı zəhər içibdi,
Ən düzgün yolu da İsa seçibdi,
Əvvəl maliyyədi, torba dolmalı,
Bosslardan, xaricdən qrant almalı,
Bir İsa keçirir indi bu halı.

Rauf Arifoğlu:

Daim sadiq qalıb mənfi roluna,
Çevirib özünü bossun quluna,
İsa susayaraq xaric puluna,
Liberala satıb o radikalı.

Pənah Hüseynov:

Şeyləri tanıyır qiyməti ilə,
Bossları bəyənir neməti ilə,
İsa öz çəkdiyi zəhməti ilə,
Qaldırıb zirvəyə zay, liberalı.

Rauf Arifoğlu:

Bil ki, yolunmuş bir qazımdı İsa,
Sən dedin ki, alın yazımdı İsa,
Bildim ki, sənə çox lazımdı İsa,
Başqanına isə xaricin malı.

Pənah Hüseynov:

Bir pərvanə kimi odda yanardı,
Mən təklif verərdim, o, tez qanardı,
İsa ideyamdan qaynaqlanardı,
Bilirəm, itidi onun kamalı.

Rauf Arifoğlu:

Öyüd təsir etmir zərrəcə ona,
İsa hər gün girir yüzlərlə dona,
Necə yanaşacan bilmirəm buna,
Amalından çoxdu İsa zavalı.

Pənah Hüseynov:

Əvvəlcə tovlayıb minnət verərəm,
Sonra da əbədi cənnət verərəm,
Mən də ona xeyli zinət verərəm,
Get-gedə durular İsa amalı.

Rauf Arifoğlu:

Baxar erməniyə, sən nə qayırsan,
Bil ki, sən tarlada bitən çayırsan,
Sən onu ağıllı adam sayırsan,
İsa bəy tanınır cinli, dualı.

Pənah Hüseynov:

Əgər cəlb edibsə başqanı dığa,
İsa batacaqdı, demək, çim yağa,
Girirsə erməni "Demittifaqa",
Deməli, doludu zəka çuvalı.

Rauf Arifoğlu:

İsayla görüşə Siranuş gəlir,
Bossun də zəhəri ona nuş gəlir,
Erməni dramı sənə xoş gəlir,
Yaman pis görsənir bu işin dalı.

Pənah Hüseynov:

Başqan Yerevana göndərib benzin,
Sonra noxtalayıb dığanı minsin,
Dığa istəsə ki, İsanı yensin,
Ayağı altına atmalı xalı.

Rauf Arifoğlu:

Dığa üzə durub deməmiş çika,
İsa etməlidi dostlara: paka,
Getsə erməniylə "Demittifaq"a,
Gərək ayağına tərs vursun nalı.

Pənah Hüseynov:

Otur qəzetində, danışma hədər,
"Demittifaq"a o, gedərmi məgər?
Utanc gətirməyib indiyə qədər,
İsanın ağarmış başının çalı.

Rauf Arifoğlu:

Erməni bu yöndə çox göstərir səy,
Bir çoxu başqana ad verər: zəvzək,
Əgər bu addımı atsa İsa bəy,
Gərək o, bağlasın başına şalı.

Pənah Hüseynov:

Başqan heç bir zaman olmamış kölə,
Onun arzusu da dönməyib külə,
İsa düzənliyə enməyib hələ,
Sən tələb edirsən, o, aşsın yalı.

Rauf Arifoğlu:

Biryolluq gözdənmi itəcək İsa?
Görən Qərbə səfər edəcək İsa?
Yoxsa Yerevana gedəcək İsa?
İsanın özünə ver bu sualı.

Pənah Hüseynov:

Durarıq hamımız, sanki bir nəfər,
Başqan hüzurunda olluq səfərbər,
İsa ümmanlara etməkçün səfər,
Hey özü səmtinə çəkməkdə salı.

Rauf Arifoğlu:

Ömürlük axmalı bədənindən tər,
Səni boğmalıdı həmişə qəhər,
Seçmisənsə onu özünə rəhbər,
Yazılıb bəxtinə meyvənin kalı.

Pənah Hüseynov:

Mənsə inanıram hər bir sözünə,
Güvənib nədənsə özün-özünə,
Sən onu soxmusan itin gözünə,
Mənim nəzərimdə İsa bəy ulu.

Rauf Arifoğlu:

Sən özün bilərsən, əlaqə qırma,
Onun patronunda qurtarıb qırma,
Çox da İsa deyib yaxanı cırma,
Son anda başqanın tutacaq pulu.

Pənah Hüseynov:

Sözsüz, olmayacaq adın varaqda,
İsa qoymayacaq bizi qıraqda,
Sevindirər bizi "Demittifaq"da,
Onun Yerevana uzanır yolu.

Rauf Arifoğlu:

Zaman da çoxunun qəddini əyib,
Doğrunu söyləmək deyildir eyib,
İstefa İsanı küncə dirəyib,
Artıq Müsavatı döyməkdə dolu.

Digər xəbərlər