PDF Oxu

Köşə

  • 18

AXCP (i)-Müsavat birliyi ətrafında müzakirələr davam edir

AXCP (i)-Müsavat birliyi ətrafında müzakirələr davam edir

Sülhəddin Əkbər:

Sərt zərbə alacaq iflas olanlar,
Bossların əlindən avans alanlar,
Birləşmək istəyib, xilas olanlar-
İsa da, Əli də düşüblər lilə,
Qurumlar özünü veriblər yelə,
Cəbhə və Müsavat birləşsə belə.

İbrahim İbrahimli:

Daim ömürləri qəmdə fırlanır,
Axan göz yaşları nəmdə fırlanır,
Həm Əli, həm İsa bəmdə fırlanır,
Qalxa bilməyəcək heç biri zilə.

Sülhəddin Əkbər:

Başqandan ayrıldım, buna çox şadam,
İstefa verəndən onlara yadam,
Əli ədalətdən uzaq bir adam,
Nə İsada insaf var bircə gilə.

İbrahim İbrahimli:

İsa da, Əli də dost tutdu şəri,
Heç biri sayılmır cismani diri,
Muğanda dəstəkçi axtarır biri,
O biri üz tutur Şirvana, Milə.

Sülhəddin Əkbər:

Dildə od püskürüb, alov gedirlər,
Cüzi bir məbləğə girov gedirlər,
Dollarçün, avroyçün sinov gedirlər,
Bossun qrantına hər biri kölə.

İbrahim İbrahimli:

Dövrələrində heç bir taqım da yox,
Təskinlik tapmaqçün bir ilğım da yox,
Əlidə cüzi bir qığılcım da yox,
Nə İsada gördüm adi bir şölə.
Sülhəddin Əkbər:

Onlar bu obaya ləkə əbədi,
Tezliklə iflasa çökə mabədi,
Biri deyir guya yekə dəvədi,
O biri özünü bənzədir filə.

İbrahim İbrahimli:

Siyasi meydanda hər biri qoyun,
Cüzi qrant üçün əyirlər boyun,
Bosslardan pul alıb, oynayır oyun,
Bu cür baməzələr düşməzlər ələ.

Sülhəddin Əkbər:

Onlar adam deyil, ancaq yoz insan,
Dosta, müttəfiqə soyuq, buz insan,
İsa da, Əli də lüzumsuz insan,
Bosslardı bürüyən narıncı tülə.

İbrahim İbrahimli:

Başlıca əməli pul talamaqda,
İşləri bizləri yabalamaqda,
Əli bataqlıqda çapalamaqda,
İsa gövdəsi də də giribdi melə.

Sülhəddin Əkbər:

Bu, doğru bir mövqe, qayda olardı,
Bir əli arxlarda, çayda olardı,
Əkib-becərsələr fayda olardı,
Dayaq versəydilər yabaya, belə.
İbrahim İbrahimli:

Yandırmağa qadir deyil çırağı,
Boss qrantındadı həris marağı,
İsa da, Əli də bir bez qırağı,
Bizə təkrar-təkrar deyirlər mələ.

Sülhəddin Əkbər:

Bossun pullarına boyun əyən qul,
Eşşəklər belinə sərilmədi çul,
İsası dən yığan əsil siçovul,
Əlisi qoz yığan oğru bir dələ.

İbrahim İbrahimli:

İsa üzləşməmiş dalan olmadı,
Əlinin süqutu yalan olmadı,
Böyür-başlarında qalan olmadı,
Yaman mahirdirlər qurmaqda tələ.

Sülhəddin Əkbər:

Daim dəstək üçün siqnal çalırlar,
Qrant bol olanda ləzzət alırlar,
Durub yaxınlıqda haray salırlar,
Götürə bilmirlər ağırsa şələ.

İbrahim İbrahimli:

Əlisi də qazdı, İsası da qaz,
Uğurdan uzaqdı bu cüt ekipaj,
İsa da, Əli də çox mənfi tipaj,
Çətindi müsbət söz gətirmək dilə.

Sülhəddin Əkbər:

İstefa sözüylə açıldı giriş,
İstərlər gözə-göz, həm də dişə-diş,
Gəlmir əllərindən bir münasib iş,
Vardı bənzərləri öküzə, kələ.

İbrahim İbrahimli:

Onların özləri düşüb illətə,
Salıblar milləti əsil zillətə,
Xeyir verməmişlər xalqa, millətə,
İsa da, Əli də işləyir çölə.

Sülhəddin Əkbər:

Nitq də yavaşıyıb, çənə düşübdü,
Lider kürklərinə gənə düşübdü,
Son vaxtlar "Yurd" yaman günə düşübdü,
Müsavat az qalır yıxılıb ölə.

İbrahim İbrahimli:

Nə o, nə də ki, bu, iş üçün dindi,
Onlar alt-üst edir şəhəri-kəndi,
Nə o yaralıya çarə edəndi,
Nə də bu əl atıb göz yaşı silə.

Sülhəddin Əkbər:

Sıradan birisi axçilik edib,
Biri arzuları kor, çilik edib,
Nə İsa ömründə yaxşılıq edib,
Sanmayın ki, Əli ilgəkdi telə.

İbrahim İbrahimli:

Qədrini bilməzlər, hətta medal sanc,
İstərlər yeyələr Avropada lanç,
Arzu-niyyətləri bolluca qazanc,
İstərlər işləri bossa xoş gələ.

Digər xəbərlər