PDF Oxu

Köşə

  • 10

Birləşmə məsələsinin müzakirəsi davam edir

Birləşmə məsələsinin müzakirəsi davam edir

İsa Qəmbərov:

Eşitdim, ay Əli, eyləmisən qət,
İstərsən açasan başa müsibət,
Birləşmək həmişə sayılıb müsbət,
Qafanda yaranmış bir mənfur ziyil,
Deyəsən, fikrin heç birləşmək deyil,
Buna etməmisən, hətta sən meyil.

Əli Kərimov:

Nə vaxt birləşdimsə, sərt zərbə yedim,
Xeyir tərəfim yox, dağıtmaq bədim,
Birləşmək sözünü əvvəl mən dedim,
Sənə bu təklifi edən bir cəyil.

İsa Qəmbərov:

Öyrəndim, çox sayda əziyyətin var,
Qəribə-qəribə məziyyətin var,
Bilirəm, qəlbində bəd niyyətin var,
Təklifi etməmiş, qarşımda əyil.

Əli Kərimov:

Həyatda olmadım mən özbaşıma,
Xaç yox, qoy bir Kəbə çıxsın tuşuma,
İsa təbərrükü gəlmir xoşuma,
Nərmənaziksənsə, rəqibə yeyil.

İsa Qəmbərov:

Bambaşqa olsa da siyasi yolum,
Boynuna dolanıb həmişə qolum,
İstərəm ayrılıb bosslarla olum,
Ancaq görüşürəm səninlə hər il.

Əli Kərimov:

Uf demədən qafa tasın üzərdim,
Üz-gözünü yumruğumla əzərdim,
İmkanım olsaydı, kənar gəzərdim,
Mən uzaq gedərdim səndən beş-on mil.

İsa Qəmbərov:

Özün cəhənnəmlik-xortan gücü yox,
Sən adi qoşqusan-dartan gücü yox,
Səndə adicə bir "cırtdan" gücü yox,
Hamı Müsavatda mənə deyir fil.

Əli Kərimov:

Bosslarla narıncı cübbən çoxalar,
Terroçuluq etsən, qübbən çoxalar,
Mənimlə birləşsən, qüvvən çoxalar,
Mən bir güclü axın, sən adicə lil.

İsa Qəmbərov:

Meydana qayıtsan dəmin nəm olar,
Tənha qaldığın vaxt qəmin cəm olar,
Qışqırsaq, həmişə bəmin kəm olar,
Səsim meydanlarda daim gəlib zil.

Əli Kərimov:

Bosslar damağını şəkər, bal edib,
Səni kobud, məni əhli-hal edib,
Mühit çevirərək məni lal edib,
Haqsızsan, qarşımda ötsən də dil-dil.

İsa Qəmbərov:

Boss pul göndərməsə, bayıla billəm,
Yatmısan, mən bir vaxt ayıla billəm,
Siyasətdə axsaq sayıla billəm,
Sənsə qoldan topal, gözlərindən şil.
Əli Kərimov:

Nifrətin qəlbində coşub kin kimi,
Partiyan partladı rezin şin kimi,
Mən od övladıyam şeytan, cin kimi,
Sənin cismininsə mayasıdı gil.

İsa Qəmbərov:

İndi kütlələr də lorulaşmaqda,
Siyasi mövqeyin qurulaşmaqda,
Sifətin get-gedə durulaşmaqda,
Hind xalına bənzər alnındakı çil.

Əli Kərimov:

Gəzirsən xaricdə belədən-belə,
Çevril vətənində sən coşqun selə,
Cəbhəni özünə tez qiblə elə,
Sən əzgil deyilsən, az büzül-əzil.

İsa Qəmbərov:

Özümə xaricdə baca tutmuşam,
Bosslardan bir neçə xoca tutmuşam,
Səni Mirmahmuddan uca tutmuşam,
Mənə qarşı daim olmusan rəzil.

Əli Kərimov:

Ciblərinə para itələmisən.
Gözlərimə fara itələmisən,
Məni bir kənara itələmisən,
Gəlsəm də yanına mən hansı fəsil.

İsa Qəmbərov:

Hər bossu görəndə paçaladın sən,
Fikrini həmişə haçaladın sən,
Cəbhəni on yerə parçaladın sən,
İndi Müsavatı etmisən mənzil.

Əli Kərimov:

Dedim ki, birləşək, ucalım, ucal,
Sədr olum, yanımda lider tək qocal,
Qətiyyən sən mənə vermədin macal,
Məni itələdin dalana qəfil.

İsa Qəmbərov:

Səni qurumunda basıbdı qotur,
Mən dollar axtarım, sən gəl ye, qudur,
Deyəsən, yeganə istəyin budur,
Ali məqama çat, mən olum səfil.

Əli Kərimov:

Bosslar az pul verir, üstün-başın kif,
Mən isə "Yurd"umda əsil pələng, şir,
Qoşul İnternetə, əlaqəyə gir,
Mənə kompyuterdə açdırma fayl.

İsa Qəmbərov:

Mənə qrantverən çox bosslarım var,
Sənə yaxınlaşsam, çoxları qınar,
Mən sənə qoşulsam, buynuzum sınar,
Təklikdə çox şeyə olmuşam nail.

Əli Kərimov:

Kənara qaçırsan məndən, deyəsən,
Səni sındırıbdı bəndən, deyəsən,
Kənar durmalıyam səndən, deyəsən,
Hər şeyə qailəm, sən başdan zail.

Digər xəbərlər