PDF Oxu

Köşə

  • 21

Cankorel radikalları itaətsizliyə çağırır

Cankorel radikalları itaətsizliyə çağırır

Əli Bilge Cankorel:

ATƏT-in Bakıda mövcud ofisi,
Diqqətli olmağa çağırır sizi,
Çevirin bizlərə nəzərinizi,
Bir araya gəlib, bloka girin,
Pul da buraxarıq, düşünün dərin,
Polislə toqquşub, mitinq keçirin.

Vurğun Əyyubov:

Surət çıxarmıram, əsil edirəm,
Onlarla qurumu hasil edirəm,
Yurdu, Müsavatı təmsil edirəm,
Mənə dedilər ki, danış, afərin.

Əli Bilge Cankorel:

Əliylə, İsayla oyna sən oyun,
Qrant al, nəyinə lazım kök-soyun,
Azca erməniyə əysəydin boyun,
Olardıq arxayın sənin sipərin.

Vurğun Əyyubov:

Qrant verənlər də yaxşı coşmadı,
Radikal sevinclər aşıb-daşmadı,
Yurdda Müsavatla qoşalaşmadı,
İndi hər cür blok verməkdə irin.

Əli Bilge Cankorel:

Orda dövlət ilə siz açın bazar,
Artsın günü-gündən ölümlər, məzar,
Bizlərə göndərin yaxşı donoslar,
Beynəlxalq qurumla danışaq şirin.

Vurğun Əyyubov:

Bir mitinq dediniz, biz keçdik yüzü,
Padoşa çevirdik qızarmaz üzü,
20 il fəlakət törətdik, düzü,
Gəlməkdə acizik üstünə birin.
Əli Bilge Cankorel:

Bosslardan pul alın siz can deyərək,
Bizi tərifləyin azman deyərək,
Qalmaqal törətdin qan-qan deyərək,
Nümunəsi olun siz Turqut Ərin.

Vurğun Əyyubov:

Onlar dağılışır adi nar kimi,
Hər gün partlamaqda qovuq, şar kimi,
Radikal liderlər arvadlar kimi,
Vəzifəsi başqa bizlərdə ərin.

Əli Bilge Cankorel:

Gərin sinənizi siz selə verin,
Yayıb siz rezonans vəlvələ verin,
Hamınız birləşin, əl-ələ verin,
Yurd şefi, a başqan, sən gəl az ərin!

Vurğun Əyyubov:

Bizlər piyadayıq, sizlər Qıratda,
Yaxşı donoslar da indi piratda,
Baxmır sözümüzə elektorat da,
Bizlər boğuluruq içində kirin.

Əli Bilge Cankorel:

Əlverişli deyil əsla nay olmaq,
Lazımdı kükrəyib-daşan çay olmaq,
İndi uduzmaqdı ölüvay olmaq,
Bu qədər şöhrəti görməmiş dirin.
Vurğun Əyyubov:

ATƏT-də həqiqi çəki yolunub,
İsanın, əlinin yükü yolunub,
Bizlərdə hər başın tükü yolunub,
Ofisdə bərk otur, zəifdi dərin.

Əli Bilge Cankorel:

Cinayət törədin sürüş-sürüşdə,
Tələbi artırın hər bir görüşdə,
Polislə toqquşun, mitinq-yürüşdə,
Yaxşı qiymət alar sənin qan-tərin.

Vurğun Əyyubov:

Hər əldə yıxmaqçün bir toxmaq olsun,
Qoy hər bir üzvünüz küt-axmaq olsun,
Peşən də qoy vurub-dağıtmaq olsun,
Mücəssəməsi ol sən əsil şərin.

Əli Bilge Cankorel:

Qalmaqal yaradın, almayın izn,
Bu bir fakt, dəyibsə torpağa dizin,
Daim kölgəmizə qısılın bizim,
Bizlərə əsaslı çox faktlar verin.

Vurğun Əyyubov:

Arada siz adi uçurumsunuz,
Həm də çox narahat bir durumsunuz,
ATƏT-siz, dünyada yek qurumsunuz,
Bizim üstümüzə siz qanad gərin.
Əli Bilge Cankorel:

Hər kəs təklif etməz qonağa getmək,
Sizin meyliniz yox,oylağa getmək.
Bu yolla çox çətin qabağa getmək.
Süstlük, üfunətdi sənin içərin.

Vurğun Əyyubov:

20 il olmadı bizlərdə haqlı,
Təhqir payımız da olmalı yağlı,
Gəzməli deyillər başıpapaqlı,
Bizim liderlərə zəhər içirin.

Əli Bilge Cankorel:

Üstünüzdə ağır vergi, töycü yox,
Nə də mənim kimi nikbin öyücü yox,
Sizlərdən birində köşək gücü yox,
Lazımdı sizlərə qüvvəsi nərin.

Vurğun Əyyubov:

Taleyi boş oldu dünən bas edən,
Gəldi üstümüzə matəm, yas edən,
Çıxmadı qabağa bir xilas edən,
Qalıb boğulmuşuq altında pərin.

Əli Bilge Cankorel:

Ləng cavablar versən, əgərin olar,
Qəti addım atsan, ciyərin olar,
Donos göndərsən sən, dəyərin olar,
İndiki haldasa, yoxdu dəyərin.

Vurğun Əyyubov:

Yəqin, uzun illər biz paxılmışıq,
Əsla, üstümüzə düşmür gur işıq,
Bizlər çox büdrəyib, çox yıxılmışıq,
Çox sürüşkən olar bizə mərmərin.

Digər xəbərlər