Fuad Qəhrəmanlı:
İfratdan Petrosyan, ya Ter çıxardı,
İsadan lüzumsuz bir mer çıxardı,
Əlidən sədr yox, lider çıxardı,
Gələcək yalnız bir Əliyə gülər,
Bosslar qrantları onunla bölər,
İsa da əlinə su tökə bilər.
Arif Hacıyev:
Köhnələr gedəndə artdı bəh-bəhim,
Onları üsullu yıxıbdı mehim,
Bu gün Sülhəddinlə getdi İbrahim,
Yerinə layiqli cavanlar gələr.
Fuad Qəhrəmanlı:
Qrant alan kimi çıxır aradan,
Hələ seçə bilmir ağı-qaradan,
Çıxmazdı İsadan birlik yaradan,
Bu adam hamını kədərə bələr.
Arif Hacıyev:
Bizim mövqemizdən bosslar halıdı,
Əli siyasətin xalis kalıdı,
İsa Avropanın liberalıdı,
Həmkarlar üstünə o, qayğı ələr.
Fuad Qəhrəmanlı:
Gedib Avropada qab dibi yalar,
İsa bəy bosslardan naümid qalar,
Gün-gündən çoxalan bu istefalar,
Sənin başqanının bağrını dələr.
Arif Hacıyev:
Biz az danışırıq umu-küsüdən,
Bir mənbə də yoxdu bizi isidən,
Əli qurultayda düşər kürsüdən,
Kənara çəkilib tərini silər.
Fuad Qəhrəmanlı:
İndi cəmiyyətdə dolu partiya,
Getməzdi hər hamar yolu partiya,
Cəbhə Müsavatdan ulu partiya,
Əli başqanına bir iflas dilər.
Arif Hacıyev:
Xarici qrantı məhsul etməsə,
Bunları edəndə, məqbul etməsə,
Bizim təklifləri qəbul etməsə,
Əli bəy, şübhəsiz, qalacaq mələr.
Fuad Qəhrəmanlı:
Sizə elə gəlir daim birsiniz,
Biri-birinizə qarşı şirsiniz,
Üzdə dost, daxildə didişirsiniz,
Ancaq fikrinizdən keçir gör nələr.
Arif Hacıyev:
Qəzəbi o qədər aşıb-daşar ki,
Dilənçi kökündə ağır yaşar ki,
"Yurd" şefi o qədər pulsuzlaşar ki,
Qrant deyə-deyə cüyür tək mələr.
Fuad Qəhrəmanlı:
Sınıbdı biryolluq İsa dayağı,
Nəzərə çarpmaqda bədbinsayağı,
Süstləşib başqanın əli-ayağı,
Boss da problemi üzünə pülər.
Arif Hacıyev:
Meylini bosslara sala bilmədi,
Bizimlə blokda qala bilmədi,
Nə pasport, nə mandat ala bilmədi,
Tezliklə "Yurd" sədri xiffətdən ölər.
Fuad Qəhrəmanlı:
Hardaydın Əli sədr sayılan zaman,
Şöhrəti ölkəyə yayılan zaman?
İsa huşsuzluqdan ayılan zaman,
Əli bəy zəhəri üzünə çilər.
Arif Hacıyev:
Başqan öz böyründə qaz saxlamadı,
Qaysaqlı yaraya maz saxlamadı,
Əlini postunda az saxlamadı,
İsanın rəyilə verilən "hə"lər.
Fuad Qəhrəmanlı:
Sən mənim "Yurd" şefim Əlidən əl çək,
Yarış başqanınla əlində əlcək,
Erməni Əliyə dəstək verəcək,
İsanı cəlb edir dramlı "çe"lər.
Arif Hacıyev:
Əlinin başı tək şişibdi başkan,
Çənəni qırıblar, çapılıb qaşqan,
İsa qurultayda qalarsa başqan,
Qrant alar, sonra da çox işlər elər.
Fuad Qəhrəmanlı:
Başının üstündə sıx bulud olub,
Düz sözdən qaçıbdı, qulaq qut olub,
Şübhəsiz, səhvləri çox kobud olub,
Çox illər İsaya güləcək ellər.
Arif Hacıyev:
"Yurd" şefi şəninə deyilmir bir tost,
Onun ətrafından çəkilib çox dost,
Bir neçə ildir ki, pul verməyib boss,
Səpildi Əlinin başına küllər.
Fuad Qəhrəmanlı:
Getmək Müsavatdan sənə asanı,
Gəl sən qarışdırma dolu qazanı,
Sülhəddin, İbrahim atdı İsanı,
Tək Arif gözünü başqana zillər.
Arif Hacıyev:
Əli gətirmədi meydanda duruş,
Cəbhənin qazancı mis qəpik-quruş,
Əgər inanmasan Əlidən soruş,
Sizdən dad döyürdü həm Tansu Çillər.
Fuad Qəhrəmanlı:
Xaric çox verirdi, az da buraxmır,
Narıncı geyimlər toz da buraxmır,
İndi boss bir çürük qoz da buraxmır,
Başqanın töksə də çox şirin dillər.
Arif Hacıyev:
Əli bəy meydanda tamam yanıbdı,
Qrant tükənəndə, o, oyanıbdı,
İsa Müsavatda şax dayanıbdı,
Əlini ikiqat əyibdi illər.