Əli Kərimov:
Məni sevməyənlər qalsınlar gözsüz,
Qrantverən bosslar itibdi izsiz,
Düşmənin düşməni dostumdu, sözsüz,
Məcburam meyl edəm şeytana-şərə,
Təkrar da etmişəm neçə min kərə,
Gəlin bel bağlayaq ermənilərə.
İsa Qəmbərov:
Sözsüz, saxlayıram, hələlik, tempi,
Qaldırıb son həddə temperamenti,
Dedilər ki, yarat "xalq parlameti",
Getmişəm, inanın onlarla pirə.
Əli Kərimov:
Tonu düşünərək, qram alıram,
Məbləği çox edib, aram alıram,
Onlardan mən çoxlu dram alıram,
Yazıq ermənini salmışam girə.
İsa Qəmbərov:
Kütləyə işlədim, bir ad almadım,
Satılan mal-mülkdən heç dad almadım,
Neynək, parlamentə mandat almadım,
"Xalq parlamentimdə" dönərəm şirə.
Əli Kərimov:
Mən orda olaram harda şeytan-şər,
Gələr Yerevandan yalnız bar-bəhər,
Qədrimi bilmədi bizim kütlələr,
Onlardan yaxşıdı dığa min kərə.
İsa Qəmbərov:
Artıq eşidilmir küçədə səsim,
Bizlərə kəm baxır bu gün Vova, Cim,
Mən sədri olaram "parlamentimin",
Təki gətirməsin dığa nəzərə.
Əli Kərimov:
Yerevandan axan pul, təki olsun,
Dığadan qiymətim qoy iki olsun,
Sənin parlamentin mənimki olsun,
İnamım olmamış, əsla, Qədərə.
İsa Qəmbərov:
Özümə mən həmkar seçib oturram,
Ter-Petrosyan canı, keçib oturram,
Erməni konyakı içib oturram,
Yerevandan gələn mavi kəhərə.
Əli Kərimov:
Gedib Moskvadan raçki alaram,
Daşnak pul göndərsə, yaxşı olaram,
Özüm Yerevanda axçi alaram,
İsanı dığaya verərik "ərə".
İsa Qəmbərov:
Nazlanıb gəzəndə milli bulvarı,
Həmişə sürüşüb düşüb şalvarı,
Qoy Əli atmasın mavi çaları,
Onun kimliyini aşkarlar dərə.
Əli Kərimov:
Cismimdə mərəzi-arizin biri,
Cəbhədə özüməm varisin biri,
İsa siyasətdə naqisin biri,
Boğmaqçün mən onu atardım Kürə.
İsa Qəmbərov:
Ağzını açaraq çox böyürdün sən,
Aşkarca məni də çox söyürdün sən,
Dünən camaatdan dad döyürsən sən,
İndi dığaları böyrümə dirə.
Əli Kərimov:
Fikrimdən döndərməz məni bir taqım,
İstərəm Levonu mən özüm sağım,
Mənim dığalara yaxınlaşmağım,
Deyəsən, kürkünə salıbdı birə.
İsa Qəmbərov:
Xəbis ürəyində çağlayan kindi,
İş görən məqamda olursan pinti,
Yığışıb yaradaq "xalq rarlamenti",
Fırıldaq işlədək sonra min cürə.
Əli Kərimov:
Əl vurma, göynəyər, qaysaq yaramı,
Sənə göstərərəm Levon, Aramı,
Mənə çox lazımdı dığa dramı,
Sənə kərə lazım, mənəsə kürə.
İsa Qəmbərov:
Həmkarlarım istər mən şefi vurmaq,
Sənin, "Yurd"çuların həm kefi vurmaq,
Sənin işin deyil hədəfi vurmaq,
Gülləmi düz atdım həmişə tirə.
Əli Kərimov:
Bizi sevməyənə gələrik hədə,
Pul verən dığa da artar get-gedə,
Gəl, birgə iş görüb çataq məqsədə,
Öz yoluyla getsin sonra da hərə.
İsa Qəmbərov:
Beş-üç istəyənin çətri olaram,
Parisdə erməni ətri olaram,
Yeni "parlamentin" sədri olaram,
Sənin bənzərin var, xülasə, merə.
Əli Kərimov:
Xarici bossları yenidən sına,
Erməni kartı da deyil istisna,
Gedib ermənini sən dara qısna,
Yaxşı iş görməmiş batma qan-tərə.
İsa Qəmbərov:
Mən başqan kartların şax tuzu kimi,
Qrant da qəlbində bir arzu kimi,
Apar sən özünü bir quzu kimi,
Bəlkə Manukunyan min dram verə.
Əli Kərimov:
Levonu əfsunlar çəkdiyim nərəm,
Paxıl ciyərini yeyəcək vərəm,
Xaricdən o qədər qrant yüklərəm,
Dənizə qərq olub, çevrilər bərə.
İsa Qəmbərov:
Sən yerə tökməsən ətəkdən daşı,
Gedib qərargahda qarnını qaşı,
Sözsüz, tərpənərsən astagəl, naşı,
Qorxuram dığalar üstünə hürə.