PDF Oxu

Köşə

  • 18

İsa Qəmbərov Bonn şəhərində ermənilərlə görüşəcək

İsa Qəmbərov Bonn şəhərində ermənilərlə görüşəcək

Tahir Kərimli:

Manukunyan ilə görüşən başqan,
Axtarır yeni bir işverən İşxan,
Levon Ter-Petrosyan Bonndadır bu an,
İsa lap tezliklə Bonna gedəcək,
Hər bir erməniylə maraq güdəcək,
Qrantlar içində çaşıb itəcək.

İsa Qəmbərov:

Yığışıb başıma qoyun, öküz, mal,
Bunlar gətirəcək mənə min zaval,
Sifariş verirəm mən ceyran, maral,
Nədənsə bosslarım verirlər böcək.

Tahir Kərimli:

Qəpik-quruş üçün sındırırlar diş,
Hər bir böhtançıyla görürlər bir iş,
Bunlar erməniylə qururlar saziş,
Sonra da deyirlər mey-məzə içək.

İsa Qəmbərov:

Çox qrant verməyi edibdi bəyan,
Dinc erməni bizə gətirməz ziyan,
Manukunyan olsun, ya Ter-Petrosyan,
Gərək Yerevanda bir hami seçək.

Tahir Kərimli:

Yaxşı erməninin qusun üzünə,
Xəyanət sözünü yazın gözünə,
Dığa kələk gəlir rusun özünə,
İsa bəy, onlardan könüllü əl çək.

İsa Qəmbərov:

Rus da arxasında durub fil kimi,
Dünya ermənini bəslər tül kimi,
Erməni dramı axsa sel kimi,
İqtidara gəllik biz əldə əlcək.
Tahir Kərimli:
Onlar sayır sizi vətəndə ölü,
Daim əndərirlər başına külü,
Səni cəlb edibdir daşnakın dili,
Dilin olan yerdə olmalı dilçək.

İsa Qəmbərov:

Çoxu məni sevir Pənaha kimi,
Pul üçün gedərəm günaha kimi,
Məni təmin edər əjdaha kimi,
Qəndini soraram mən adi milçək.

Tahir Kərimli:

Şabaş sənin olar toyda götürsən,
Qazancın çox olar yayda götürsən,
Daşnakdan sən adi fayda götürsən,
Şax gəlib gözümə əlinlə mil çək.

İsa Qəmbərov:

Bossların gözünə girər erməni,
İnad mizrabını dirər erməni,
Nə qədər pul desəm verər erməni,
Dramı sayla yox, çanaqla ölçək.

Tahir Kərimli:

Ay İsa, tapıbsan dığada çəmi,
Könlünə yatıbdı onun dirhəmi,
Sənə fərqi yoxdu boss, ya erməni,
İstəyin odur ki, bir qədər pul çək.
İsa Qəmbərov:

Sən gedib vəhdətdə özünü qocalt,
Erməni sponsor etmişəm icad,
Ter-Petrosyan Bonnda verəcək nicat,
Erməni mənimçün pərqu bir döşək.

Tahir Kərimli:

Yerevan, əslində, adi Kəbədi,
"Böyük Ermənistan" deyib əbədi,
Erməni həmişə yekə dəvədi,
Sən onun gözündə balaca köşək.

İsa Qəmbərov:

Məni də sayarlar, karlı olaram,
Qış olsam, şaxtalı-qarlı olaram,
Lider olmasam da, varlı olaram,
Erməni pulunu yeyərəm, bişəkk.

Tahir Kərimli:

Dığanı təriflə bollu bossuna,
Gəl az tərif yağdır onun rusuna,
Minmisən erməni avtobusuna,
Çatıb dayanacaq, söylə ki, düşək.

İsa Qəmbərov:

Dığaya baş əydim, məni az qına,
Qoydum dəfələrlə səni qınına,
Sığınaq erməni dəyirmanına,
Onun qoltuğuna girib büzüşək.

Tahir Kərimli:

Sənin mahiyyətin sönüb, əksilib,
Daşnaklar gövdənə ölçüblər qəlib,
Erməni xalqına qənim kəsilib,
Düşübsən ortaya bir bambılı tək.

İsa Qəmbərov:

Qibtə eyləmirəm əhəng qayana,
Qrantçün, çətin ki, həvəs dayana,
Ciddi-cəhd göstərib dartsan hayana,
Erməniyə doğru yönəlir məslək.

Tahir Kərimli:

Qalıb damağında dramın dadı,
Daşnak damğa etdi sənə bəd adı,
Nə səndən bir yaxşı qılman çıxmadı,
Nə mən ola bildim mükəmməl mələk.

İsa Qəmbərov:

Məni bir pul dərdi edəcək vərəm,
Sanki Əsli üçün yollanır Kərəm,
Mən dekabr ayında Bonna gedərəm,
Mənə Ter-Petrosyan verəcək dilək.

Tahir Kərimli:

Müsavat nə etdi, daim bəd etdi,
Həddini aşanlar bezib tət etdi,
Erməni o qədər yalan vəd etdi,
Səndə də yumşalıb boşaldı bilək.

İsa Qəmbərov:

Məni bəyənərdi Merlin Manro da,
Drama bağlıdı bəri, anrı da,
Daşnakla olaram bundan sonra da,
Xəlbirim tökülüb, ələnib ələk.

Digər xəbərlər