PDF Oxu

Köşə

  • 19

Beynəlxalq təşkilatlar "AXCP(i) -Müsavat" liderlərinin narahatlığına səbəb oldu

Beynəlxalq təşkilatlar "AXCP(i) -Müsavat" liderlərinin narahatlığına səbəb oldu

Fuad Qəhrəmanlı:

İsa Əlidən də çox narahatdı,
Onun əsəbliyi on-on beş qatdı,
Əlininki cəmi bir dəfə artdı,
AŞPA seçkiləri tanıdı, aman,
Başımız üstündə sıxlaşdı duman,
Əlinin, İsanın halı çox yaman.

Arif Hacıyev:

Ümid dalğasını ləpələyirdi,
Cibimə avronu təpələyirdi,
Başımıza dollar səpələyirdi,
Bosslar da pul vermir, susublar haman.

Fuad Qəhrəmanlı:

İstərdik bizləri lap çox görsünlər,
Yalnız bağımızdan meyvə dərsinlər,
Kim razı olar ki, bosslar versinlər,
İsaya çoxlu pul, Əliyə saman.

Arif Hacıyev:

Radikala qarşı itibdi dəyər,
AŞPA bizi görüb, budağı əyər,
Əli bəy bosslardan bal alıb yeyər,
Əlində çürüyər qaymağın, xaman.

Fuad Qəhrəmanlı:

Xaric yardım etməz, yalavac qalar,
Gedər sədrlikdən naəlac qalar,
Boss pulundan məhrum İsa ac qalar,
Uçar başınıza qərargah koman.

Arif Hacıyev:

Açıqdı önündə İsanın hər port,
Əlinin qəlbində iblisanə çyort,
Əli ala bilmir xarici pasport,
Onu qəbul etməz aeroport, liman.

Fuad Qəhrəmanlı:

İsayla addımla sən öz dünyanla,
Erməni dramı bəzənib qanla,
Deyirlər dilbirsən Manukunyanla,
Get-gedə açılır mürəkkəb siman.

Arif Hacıyev:

Umac ov özünə, get xəmir yoğur,
Məni cəbhənin pis havası boğur,
Demə qazanarsan Əliylə uğur,
Bu cür qələbəyə etmirəm güman.

Fuad Qəhrəmanlı:

Sizdə qızıl yoxsa, mis nəyə dəymir?!
Yaxşı sədriniz yox, pis nəyə dəymir?!
Əli çox gücsüzdü, küsməyə dəymir,
Küsərdi lazımi yerlərdən uman.

Arif Hacıyev:

Xaricə Əlini yolla dalınca,
Belinə pul yüklə, zolla, dalınca,
Siz tələsik qaçın molla dalınca,
Əgər qalmayıbsa Əlidə iman.

Fuad Qəhrəmanlı:

Toyda çox çəkilər gəlinin adı,
Sizin ləqəbiniz dəlinin adı,
Zirvədə dolaşır Əlinin adı,
İsayla olarsan kədərə cuman.

Arif Hacıyev:

Cəbhə yamamaqda bir acı duyğu,
Bizi ucaldacaq qıyğacı duyğu,
İsada qabarıq altıncı duyğu,
Əlidən heç çıxmaz adi bir şaman.

Fuad Qəhrəmanlı:

Sədr hər üzvünə oynadar qaşı,
Salar başınıza bununla daşı,
İsa bıldır-bıldır tökər göz yaşı,
Necə ki, Habildə ağlayır kaman.

Arif Hacıyev:

Çəkibdi əziyyət bəşər kürsüdən,
Əksinə, İsa bəy şişər kürsüdən,
Əli qurultayda düşər kürsüdən,
Necə ki, oxundan ayrılar kaman.

Fuad Qəhrəmanlı:

Siz çox pis yatdınız rahat yuvada,
Başqanınız oldu qovğa-davada,
Əli ləzzət aldı sakit havada,
İsa oldu başa yağış-qar daman.

Arif Hacıyev:

Zirvədə olubdu İsanın kefi,
Əli bayraq edir nağılı, mifi,
Uğursuz liderdi sizin "Yurd" şefi,
Süqut, iflas oldu qəlbinə daman.

Fuad Qəhrəmanlı:

Gözlərin baxsa da, dağın dikinə,
Çoxları inanmır hər cik-bikinə,
Özün qalxmamısan Əli pikinə,
Qəribə səslənir babalı yuman.

Arif Hacıyev:

Bir vaxt kimliyini Əli açıqlar,
O vaxt qəlbinizdə yara puçuqlar,
Sizdə veyillənir ağzıaçıqlar,
Bizdə qazanıbdı ağzını yuman.

Fuad Qəhrəmanlı:

Əli dadlı meyvə, İsa bir çiyid,
Yalan bəyanatı həmişə üyüt,
İsa da, özün də siyasi meyit,
Nəşinizin üstə ağlayar maman.

Arif Hacıyev:

Əli siyasətdə adi bir oğru,
Odur ki, yönəlin ölümə doğru,
İsanın uğuru obyektiv, doğru,
Sizin uğurunuz uydurma roman.

Fuad Qəhrəmanlı:

Masa çıxmayacaq masadan sizə,
Bosslar göndərməzlər kasadan sizə,
Başqan olmayacaq İsadan sizə,
Dayaqsız qalıbdı qərargah-səman.

Arif Hacıyev:

Əyninə gəlməzdi narıncı əba,
Özünü o qədər aparıb qaba,
Yüksək həddə çatıb Əlidə vəba,
Sənin özündəsə güclənib çuman.

Digər xəbərlər