Mirmahmud Fəttayev:
"DUİ" güc alıbdı Muğandan, Mildən,
İsa qrant gözlər içdən yox, çöldən,
Əli də pul alıb Steynar Gildən,
Kimlərsə xaricdə fırladır tası,
Kimlərsə xalqına olurlar asi,
14 milyon verir Norveç firması.
Nurəddin Məmmədli:
"Yurd" Əli pul sayır, qarışıb başı,
Başqan pulsuzluqdan tökür göz yaşı,
Əlidən pul umur blok qardaşı,
Bununla başlanıb İsanın yası.
Mirmahmud Fəttayev:
Əlidən ayrıldıq, biz həmin kəsik,
Bizlər bütövləşdik, "Yurd" qaldı kəsik,
Tapıb 10 milyonu Əli tələsik,
Həmkarına qarşı dığırlar kosu.
Nurəddin Məmmədli:
Tezliklə "Yurd" Əli saçacaq zinət,
İsa blokuna qoyacaq minnət,
Başqan o ünvana yağdırır lənət,
Bizlər alqışlarıq norveçli bossu.
Mirmahmud Fəttayev:
Radikal duruma bəd çirk düşübdü,
"DUİ" qarşısına sərt dik düşübdü,
Əli qrant alıb şirnik düşübdü,
Bişirə bilibdi Herkel-Qrossu.
Nurəddin Məmmədli:
Əhməd Fəttayevi ciyərləyərək,
Bəzən yaman deyib, onu söyərək,
Daşı bir qırağa diyirləyərək,
Bir əlac tapacaq, yəqin ki, Xosu.
Mirmahmud Fəttayev:
Orda dağıntı var- harda Əlidi,
Ona inananlar səydi, dəlidi,
İndi "Yurd" Əlinin gəlhagəlidi,
Yəqin ki, çatıbdı onun pik çası.
Nurəddin Məmmədli:
Tanış "cırtdanlar"ı duyuq salmaqçün,
Könüllər ovlayıb, ürək çalmaqçün,
Mirmahmud tutarlı yardım almaqçün,
Tovlaya bilərdi o, varlı rusu.
Mirmahmud Fəttayev:
Qırır bəd gətirən möhkəm bağları.
O, dərhal qaraldır üzü ağları,
Elə fırladır ki, fırıldaqları,
Başqanı çaşdırır Əli qurması.
Nurəddin Məmmədli:
Artıq qrantların açılıb donu,
İsa dəyirman tək üyüdər unu,
Blokda İsa da bəyənib bunu,
Heç də köhnə deyil Əli şirması.
Mirmahmud Fəttayev:
Bu qoşa liderlər çıxmaz ağ günə,
Blokda işləri düşər düyünə,
Əli də başqanın yatıb könlünə,
İsaya xoş gəlir Əli yarması.
Nurəddin Məmmədli:
Əliyə işləyir artıq gələcək,
İsanın əlində var qalın əlcək,
Norveç qrantından sonra gələcək,
Onun Filippini, Çini, Birması.
Mirmahmud Fəttayev:
Bəzən məqamında coşub-dolanda,
Bossları yanında blat olanda,
Yadından çıxıbmı, qrant alanda,
Əlinin İsayla yüz-yüz vurması?!
Nurəddin Məmmədli:
Tərbiyəmi alıb Çində-Maçində?
Bəlkə peyda olub Nuhun köçündə,
Mirmahmud duranda "DUİ" içində,
Guya şirin olmur bossun xurması.
Mirmahmud Fəttayev:
İstərdi qoşula axara, bilməz,
Başa kepka qoyar, buxara bilməz,
Məni hövsələdən çıxara bilməz,
Əlinin, İsanın işi burması.
Nurəddin Məmmədli:
Üsyançı dostlarla mırtda olanda,
Çox yuxarı getdin çortda olanda,
Normal adam idin, "Yurd"da olanda,
Əlidən ayrıldın, oldun vasvası.
Mirmahmud Fəttayev:
Olmusunuz siz yas burulğanında,
Analoqu Kuzbass burulğanında,
Fırlanırsan iflas burulğanında,
Beynində canlandır bir vaxt xilası.
Nurəddin Məmmədli:
Çox-çox "DUİ"- sayaq cında dadmışıq,
Sən ayıq, biz isə donda dadmışıq,
Süqutu biz yazıq sonda dadmışıq,
Sən çoxdan dadmısan acı iflası.
Mirmahmud Fəttayev:
Aydan gətirdilər xeyli bazaltı,
Ona, sizin kimi, maraq azaldı,
Siz edin süqutu daim gözaltı,
Ağır molla yazıb iflas duası.
Nurəddin Məmmədli:
Daim üstünüzdə siyasi ləkə,
Heç insaf da yoxdu sizdə bir tikə,
Gəlin danışmayın siz yekə-yekə,
Sizin "DUİ"-nizdi "cırtdan" yuvası.
Mirmahmud Fəttayev:
Çox hikmət öyrəndim Ömər Xəyyamdan,
Öyrəndim, ayıldım qəflət röyamdan,
Heç nə verməyibdi Nuhi- Əyyamdan,
Nəhs Əli məntiqi, İsa qafası.
Nurəddin Məmmədli:
Tısbağalar sayaq yerişiniz bit,
Qırılmağa hazır, nazilibdi nit,
Sizdə durulmayıb siyasi mühit,
Bizsə gözləyirik yazda iclası.