Araz Əlizadə:
Yeddisində radikallar qalar mat,
Bosslar verməz çoxlarına bir manat,
İstəyirlər törədələr təxribat,
Bir boşluq var ifratların özündə,
Həqiqət yox onların bir sözündə,
Arzuları qalacaqdı gözündə.
Qabil Hüseynli:
Bu cür işi o eyləyibdi peşə,
İstəyir ki, mandatı etsin meşə,
Biz Raufu cəlb eylədik bu işə,
Gizlənibdi bu cinayət izində.
Araz Əlizadə:
Bosslar salıb içimizə illəti,
Siz verdiniz kütlələrə zilləti,
Sevmədiniz nə vətəni, milləti,
Su da yoxdu birinizin üzündə.
Qabil Hüseynli:
Təxribatı törətməkdi çətini,
Biz tapmışıq Rauf kimi mətini,
Gizlədərik təxribat alətini,
Yaramızın qaysağında, bezində.
Araz Əlizadə:
Yararlanın mərhəmətdən, imdaddan,
Əl götürün sırtıqlıqdan, inaddan,
Qəmlənərsən, əl çıxanda mandatdan,
Təxribatçün taqət qalmaz dizində.
Qabil Hüseynli:
Biz əvvəlcə iqtidarı qınarıq,
Əl vursalar, süni tərzdə sınarıq,
Biz məxsusi bir tonqalda yanarıq,
Sənsə get yan ocağında, közündə.
Araz Əlizadə:
Bloklarda radikallar qarpışar,
Bossların da fikirləri çarpışar,
Liderlərin öz mizinə yapışar,
Mürgülərsən, sən öz adi mizində.
ə
Bu blokun xaricdə xoş adı var,
Bossun bizə vəsait imdadı var,
Gec üsyanın öz xüsusi dadı var,
Çox maraqlı cəhəti var tezin də.
Araz Əlizadə:
Bosslarının bayanısan, deyirsən,
Aşkarlığın həyanısan, deyirsən,
Zorakılıq qurbanısan, deyirsən,
Sənin üçün kobud da bir, həzin də.
Qabil Hüseynli:
Pissə, çölə sənətini çıxarma,
Quduzdursa, həm itini çıxarma,
Sən özün də çox şitini çıxarma,
Ayazçılıq dadı qalıb xəzində.
Araz Əlizadə:
Ayaz getdi, azalmadı meyim də,
Həm şirinlik duyulmaqda zəyimdə,
Sizin rəqib gülləkeçməz geyimdə,
Blokunuz boğulmaqda rezində.
Qabil Hüseynli:
Biz tapmışıq xilas yolu kirvədə,
İndi boss da əməl etmir heç vədə,
Özü durub Avropada zirvədə,
Xidməti çox hər dərənin, düzün də.
Araz Əlizadə:
Tapdadınız istedadı, talantı,
Fırladınız çox lüzumsuz variantı,
Siz xaricdən alırdınız qrantı,
Boss puluyla siz xaricdə gəzin də.
Qabil Hüseynli:
Di xloridlə zəhərləyib aşını,
Üzərinə yükləyibdi daşını,
O, sığallar liderlərin başını,
Oturmuşuq bossumuzun bizində.
Araz Əlizadə:
Heç də hər vaxt əzizlənmir xətirlər,
Onlar bu gün yanlış yolla gedirlər,
Bir budağı silkələdi liderlər,
Oturaraq budaqların yüzündə.
Qabil Hüseynli:
Heç nə düşmür indi bizdə ödəncə,
Onlar söyür, biz xaricə gedincə,
Blokumuz hər şikayət edincə,
Bosslar deyir bir qədər də dözün də,
Araz Əlizadə:
Blokunuz düşük, lider gicgicə,
Siz həm gündüz ilişirsiz, həm gecə,
Qida üçün baxırsınız xaricə,
Belə isə birdəfəlik çezin də.
Qabil Hüseynli:
Ağzınıza xaric iti tıx verib,
Əlimizə təxribatçün mıx verib,
Bosslar bizə ağır tapşırıq verib,
Qarşınıza hər çıxanı əzin də.
Araz Əlizadə:
Başınızda ildırımlar çaxacaq,
"Cırtdan"-curtdan başınıza çıxacaq,
Təxribatlar sonda sizi yıxacaq,
Bəd əməldən bir usanın, bezin də.
Qabil Hüseynli:
Liderlərin burnu giribdi kola,
Nə qədər ki, enməmişəm mən nola,
Xərcləyərək boss pulunu sağ-sola,
Yaxşısını dərk edirsən pisin də.
Araz Əlizadə:
Blokunda bilməmişlər heç eyib,
Zaman qəddinizi lap çoxdan əyib,
Bosslar daim liderinə "No" deyib,
Dadı-duzu qaçır o vaxt "Yes"in də.
Qabil Hüseynli:
Boss payını əsas şərt düz almaqdı,
Alanda da ən azı yüz almaqdı,
Bizdə əsas qrantı tez almaqdı,
Başqaları qoy nə deyir desin də.