Azər Əhmədov:
Seçkidə qələbə Əliyə qalsın,
Getdikcə mandata meyli azalsın,
İsadan beşbetər rəngi sozalsın,
Qarşımda zakuska, viski, arağım,
Bardan, otellərdən gəlir sorağım,
Sevgi, məhəbbətdi ancaq marağım.
Əli Kərimov:
Mazandaran dedin, mən Kufə verdim,
Qərənfil istədin, şükufə verdim,
Sənə "Azadlıq"da vəzifə verdim,
Sənin əməlindən söndü çırağım.
Azər Əhmədov:
Saunada zaman dönür tərsinə,
Açıqdı əl-ayaq, döş, əndam, sinə,
Düşəndə sevgilər əhatəsinə,
O vaxtdan qatlanıb, sözsüz, qırağım.
Əli Kərimov:
Dəyişdin vəzifə təyinatını,
Keçirdin barlarda öz həyatını,
Ödədin seksual təminatını,
Qaldı keçmişlərdə büsat, növrağın.
Azər Əhmədov:
Xanımlar artdıqca tərlədim, pörtdüm,
Tam yöndəmsiz yerə ağzımı dürtdüm,
Ən ləziz yerinə üzümü sürtdüm,
Qadın ombasına dəydi qulağım.
Əli Kərimov:
Sən barda kef çəkdin, mənsə mat aldım,
Müsavatım kimi xeyli çat aldım,
Seksual yönümlü məlumat aldım,
Altımda çatladı polad çanağım.
Azər Əhmədov:
Yaman dəyişmişdi rəngini dərim,
Mən qılman olmuşdum, qadınlar pərim,
Azaldı get- gedə məşuqələrim,
Əvəzində artdı nisgil- fərağım.
Əli Kərimov:
Sayılmaqda idim ən böyük rəhbər,
Yetirdin sən mənə ən ağır xətər,
Bosslar sənin haqda verəndə xəbər,
Dörd yerə bölünüb, sındı sağnağım.
Azər Əhmədov:
Yudum öz səhvimi, həm qafa verdim,
Daha əsas yeri mən kayfa verdim,
Sənin qəzetindən istefa verdim,
İndi öpüşlərə hədəf yanağım.
Əli Kərimov:
Əlim şitləşibdi, həm duzum yoxdu,
Sən pissən, deməyə heç lüzum yoxdu,
Xaricdə reytinqim, nüfuzum yoxdu,
Sənin əməlindən söndü mayakım.
Azər Əhmədov:
Heç getməz uzağa sevgini danan,
Yalar güngörməzi eşqdən yanan,
Təriflər yağdırır sevgili canan,
İndi dörd yanımda durub çuvakım.
Əli Kərimov:
Gur sudan dağıldı o ağac dəhnə,
Bir sent də vermirlər yüz əzmə, rəhnə,
Bağlandı üzümə siyasi səhnə,
Atılıb bir küncə lider yumağım.
Azər Əhmədov:
Əsil bal damırdı barda dilimdən,
Üç canan tutmuşdu möhkəm belimdən,
"Azadlıq" qəzeti çıxdı əlimdən,
Baha başa gəldi sevgi ummağım.
Əli Kərimov:
Biri kef içində, biri qan qusur,
Biri iş üstündə, ikisi pusur,
Sənin bar məsələn mənə bir qüsur,
Artıq gur qaynamır milli bulağım.
Azər Əhmədov:
Mən dedim alaram, sən gözəl, busə,
Xanım tələb edir ilk, əzəl busə,
Aldım yüz gözəldən yüz gözəl busə,
Barda dəfələrlə sındı duvağım.
Əli Kərimov:
Dedilər genəlib xeyli kirişin,
Eşitdim göbəkdə sınıbdı dişin,
Mənə bəla oldu sənin seks işin,
Hər gün artmaqdadı tənqid, qınağım.
Azər Əhmədov:
Mən lap pis məqamda ilişidim mıxa,
Tez razı olanam, ürəyim yuxa,
Qurtara bilmədim qınaqdan yaxa,
Süqut mərhələsi yaşar sınağım.
Əli Kərimov:
Sənin seks əməlin köz, oxdu mənə,
Onlarla tənə də lap çoxdu mənə,
İndi tikintidə iş yoxdu mənə,
Uçulub töküldü tavan suvağım.
Azər Əhmədov:
Gündə düz on dəfə mən bar dedim ki,
Olub hər birinə heyran, yedim ki,
O qədər ləzzətlə ceyran yedim mən,
Yəqin veriləcək mənim talağım.
Əli Kərimov:
Batdım Aşqabad tək mən şərdən sonra,
Sustaldın, bu qədər qənşərdən sonra,
Bu qədər utanmaz işlərdən sonra,
Sən heç utanmadın, sancdı dalağım.
Azər Əhmədov:
Sən hədəf olmusan daşıma mənim,
Sürmə də çəkdilər qaşıma mənim,
Elə ki, eşq vurdu başıma mənim,
Özümə xoş gəldi qıza cummağım.
Əli Kərimov:
Əsla, yıxılmazdı tifil, zərbədən,
Əyildi son polad məftil zərbədən,
Ay Azər, vurduğun qəfil zərbədən,
Kütləşib, pul tutmur iti caynağım.