PDF Oxu

Köşə

  • 30

Müxalifət reketçiliklə məşğuldur

Müxalifət reketçiliklə məşğuldur

Araz Əlizadə:

Radikala maraq azalmaqdadı,
Qovğalar, qalmaqal ucalmaqdadı,
İndi burda reket baş almaqdadı,
Artıq ifratların artıb təlaşı,
Bosslar azaldırlar daim daş-başı,
Liderlər axıdır leysan göz yaşı.

Nurəddin Məmmədli:

Bizdə lider var ki, qurşağı enir,
Lider var, kasaya qaşığı enir,
Reketin faizi aşağı enir,
Sən get ASDP-də qarnını qaşı.

Araz Əlizadə:

Sənin reketçilik xodunu dedim,
Həm də qazancının kodunu dedim,
Mən sənin üzünə adını dedim,
Deyən düşdü yerə xəncərnin qaşı.

Nurəddin Məmmədli:

Bizi qoruyacaq gücüm qalmayıb,
Bizə edilməyən hücum qalmayıb,
Bizdə reket adlı məfhum qalmayıb,
Bu sözü deyənin partlayır qaşı.

Araz Əlizadə:

Narıncı olmaq pis bossun çuluyla,
Halallıq almazsan halal puluyla,
Çörək yeməkdənsə reket yoluyla,
Başına sal yekə dəyirman daşı.

Nurəddin Məmmədli:

Reket, reket deyib bizi yanıma,
Bizi reketlər tək sən də tanıma,
Yalan iddiayla bizi qınama,
Bu məsuliyyəti çiynində daşı.

Araz Əlizadə:

Soymaq düzgün deyil, görsən hər kimi,
Nə də yaşamazsan şirü-nər kimi,
Sən gün keçirməsən reketlər kimi,
Zəhmətkeş olsaydın, tutardın xışı.

Nurəddin Məmmədli:

Daim dilinizdə mitinqlər, piket,
Düz olsaz, deyərdim düz yolunla get,
Mən də inanardım deyilsiz reket,
Siz olmasaydınız nadan və naşı.

Araz Əlizadə:

Mənim xeyrimədi bu nərdin tası,
Liderlərinin də çatıbdı yası,
Sizə verilməsə qulaqburması,
Reket olardınız siz bütün qışı.

Nurəddin Məmmədli:

Xaric bizə deyir qullar gözlərik,
Biz Qərbdən, Parisdən pullar gözlərik,
Biz en qədər avro, dollar gözlərik,
Apar sənin olsun çini qab kaşı,

Araz Əlizadə:

Sizə bosslar özü eyləməkdə lağ,
Siz qara yalanı edibsiniz ağ,
Reketçilik edib pul qazanaraq,
Burda təpişdirin dadlı bozbaşı.

Nurəddin Məmmədli:

Yox heç bir sözündə ideya, qayə,
Səni dingildətmir mükəmməl ayə,
Sən bizə həmişə eylə kinayə,
Et inteqrasiya həm Qərbə aşı.

Araz Əlizadə:

Əjdaha mədəsi gödənin olsun,
Qərb də, Vaşinqton da vətənin olsun,
Ləziz yeməklər də qoy sənin olsun,
Mənə kifayətdi Bakının xaşı.

Nurəddin Məmmədli:

Bossların önündə bizlər rəzil qul,
Biz bunu etməsək, qazanmarıq pul,
Əvvəlcə əlinə keçir siçovul,
Vızıldat üstümə axırda mışı.

Araz Əlizadə:

Adi uğur belə gəlir çox baha,
Asılı olmaqdan qurtarın yaxa,
Sizi dəstəkləyən tapılmır daha,
Tərsinə işləyir sizlərin başı.

Nurəddin Məmmədli:

Bizə keçmək asan çətin örüşü,
Gözaltı etmişik bossla görüşü,
Qışqırsaq biz mitinq, küçə yürüşü,
Atar başımızdan bosslar şabaşı.

Araz Əlizadə:

Qüvvəni on yerə tolazla bir az,
Sonra da yolları sən tozla bir az,
Liderlərini də tormozla bir az,
Sən də astagəlləş, xeyli yavaşı.

Nurəddin Məmmədli:

Səninkindən fərqli "Yurd" yuvam ayrı,
Biz ayrı, sənin tək küt avam ayrı,
Əlbəttə bizlərin yolu tam ayrı,
İstəmirik duraq sənlə yanaşı.

Araz Əlizadə:

Sizlərdən heç zaman çıxmayacaq fil,
Ağılım başımda, sizlərsə rəzil,
Siz narıncı geyin, əldə qərənfil,
Geyərəm əynimə özüm qumaşı.

Nurəddin Məmmədli:

Siyasi meydanda hünərin yoxdu,
Sən quzu kimisən, xətərin yoxdu,
Fəndlərdən, yəqin ki, xəbərin yoxdu,
Sənə göstərərəm karate, uşu.

Araz Əlizadə:

Sizə hörmət etmir yurdda bir bəndə,
Çətin girəsiniz sərbəst bir kəndə,
Söyün oğulları,sizi döyəndə,
Sizin hamınıza güləcək Moşu.

Nurəddin Məmmədli:

Tapdıq özümüzə Londonda ağa,
Bəd işi görürük adi marağa,
Qərbin yardımıyla durduq ayağa,
Burda biz gözündən vururuq quşu.

Digər xəbərlər