Fərəc Quliyev:
31 saylıda Suraxanıda,
2-ci dairə məni tanıdar,
Mandat üçün qoyaram bu canı da,
Rəqibim lYurd" Əli olacaq orda,
Məni seçicilər qoymazlar darda,
Qələbəmi bayram edərəm barda.
Əli Kərimov:
Dedim mən özümü tutub sədr edim,
Sən dedin könüllü türməyə gedim,
Cəbhədə mən sədrin müavini idim,
Sənsə həbsxanada yatırdın narda.
Fərəc Quliyev:
Başına döyməkdə indi əllərin,
Daha dil- dil ötmür acı dillərin,
Arxada qalıbdı uğur illərin,
Məğlub eyləyərəm səni bu turda.
Əli Kərimov:
Sən sağ- sol demədən atdın nizəni,
Qəbul eyləmirik bizlər küsəni,
Türməyə saldırdıq o vaxt biz səni,
Dedik görüşərik səninlə gorda.
Fərəc Quliyev:
Mən qartal, o zaman sən kor yapalaq,
Sənin problemin çox, qalaq- qalaq,
O vaxtlar sən mənə gəldin badalaq,
Çabalamaqdasan indi sən torda.
Əli Kərimov:
Məhbusluqdan başqa görmədin bir iş,
İndi yaşlanmısan, boşalıb kiriş,
Qurumun yenə də lMilli Dirçəliş",
Mən isə başçılıq edirəm lYurd"a.
Fərəc Quliyev:
Yıxmaq asan sən tək ölüvay kəli,
Həmkarların sayır səni bir dəli,
Bu gün ətrafında heç bir yetkili,
Etibar eyləmir sənin tək qurda.
Əli Kərimov:
Səfeh siyasətçi səni sayıram,
Sanma səndən yaxşı insan qayıram,
Forsumdan lLimuzin" arzulayıram,
Pis maşın sayıram, minmirəm lFord"a.
Fərəc Quliyev:
Mənə demişdilər Əli çaşıbdı,
Həm də o, qudurub, həddi aşıbdı,
İndi qarnın xeyli şişmanlaşıbdı,
Əvvəlkindən xeyli köpübdü morda.
Əli Kərimov:
Mən səni görmüşəm həmişə qusan,
Bossların əlilə qızmamış qazan,
Türmədə dəstəkçi axtarmaqdasan,
Məni dəstəkləyən çoxalıb CAR-da.
Fərəc Quliyev:
On qat artıq verrəm cüzi behinə,
Bir qarışqa belə gəlməz şehinə,
Mən də işləmirəm sənin lehinə,
Çoxları səninlə oxumur xorda.
Əli Kərimov:
Sən çıxdın türmədən qanqallar kimi,
Səpildin qarşıma yonqarlar kimi,
Bizim arxamızda monqollar kimi,
ABŞ, Qərb dayanıb, sanki bir Orda.
Fərəc Quliyev:
Sən xəzan, mən isə bir yaşıl yarpaq,
Səninlə çətin ki, biz yonca qırpaq,
Sənlə bir qoyulsam, mən münbit torpaq,
Yararsız torpaqsan batmısan şorda.
Əli Kərimov:
Elə ki, orada sən lövbər saldın,
Yalnız xiffət çəkdin, xəyala daldın,
Türmədə ehtiyac içində qaldın,
Bosslar boğdu məni dövlətdə- varda.
Fərəc Quliyev:
Biz sükançı idik, sükan olmadı,
Səndəkilər sayda dükan olmadı,
Bizdə iş görməkçün imkan olmadı,
Bir fayda vermədin əsla sən yurda.
Əli Kərimov:
Yanımı- yörəmi basıbdı külfət,
Mən ki, bağlamadım səninlə ülfət,
İndi aramızda yoxdu söz- söhbət,
Mən böyük radikal, sən isə xırda.
Fərəc Quliyev:
Daha çox qanmazsan, olmadın qanan,
Oldun dostlarının cibinə qonan,
Ətrafın da, xalq da səndən bədgüman,
Fayda çox olardı səndənsə korda.
Əli Kərimov:
Türmədə rahatca lövbər atırdın,
Ancaq ki, oranı yaman batırdın,
Sən çətin vaxtlarda rahat yatırdın,
Bizlər çox olmuşuq boranda-qarda.
Fərəc Quliyev:
Yayılıb ətrafa fəryadın, ünün,
Bu günün qaranlıq, zülmətdi dünün,
Çatıbdı kənara atılan günün,
İndii bu günündə yaxınsan borta.
Əli Kərimov:
Bosslar nə göndərsə, qabı yalaram,
Mən yenə ən güclü ifrat olaram,
Sözsüz, mandatı da özüm alaram,
Mən hazır deyiləm səninlə mırta.
Fərəc Quliyev:
Dəstəkçilərinin gözləri badam,
Çətin ki, qaçmaqda onlara çatam,
Türmədə yatsam da, mən bir dinc adam,
Oğul istəyirəm qarnını yorta.
Əli Kərimov:
Sənin arzun budu: ölüm, çat alım,
Bossdan mükafatı qoy on qat alım,
Səni qabaqlayıb qoy mandat alım,
Qonaq edəcəyəm səni də torta.