PDF Oxu

Köşə

  • 29

Müxalifətin ölümqabağı sayıqlamaları

Müxalifətin ölümqabağı sayıqlamaları

Tahir Kərimli:

İsanı, Əlini sarıbdı ağrı,
Boş-boş qışqırmaqdan yarılıb bağrı,
Gedir radikallar süquta doğru,
Onlar adlanırlar şahı tənbəlin,
İfratlar, onlara yaxın, tən gəlin,
Ancaq çıxartmayın işin əngəlin.

Vurğun Əyyubov:

Getmişik xaricin düz yolu ilə,
O, pis rəftar edir öz qulu ilə,
Aldıq unu- yağı boss pulu ilə,
Dadı damağımda milli xəngəlin.

Tahir Kərimli:

Əmr olsa yeyərsiz, hətta biyanı,
Xalq sevmədi bossdan sehr duyanı,
Camaatdan alın xeyir- duanı,
Seçkiyə gülərüz, həm də şən gəlin.

Vurğun Əyyubov:

Sözsüz, bəyənərik,sən ifrat olsan,
Qəbul eyləyərik, hətta çat olsan,
Bizim siyahıda deputat olsan,
Cibinizə qoyub on min, min gəlin.

Tahir Kərimli:

Onlara xaricdi verir çörəyi,
Əlbəttə, çox kobud Əli ürəyi,
"Doqquzuncu dalğa" İsa küləyi,
Əvəzsiz ləngərdi sənin ləngərin.

Vurğun Əyyubov:

Nyu- York budları, fərələr çəkdin,
Xaricdən şit yağlar, kərələr çəkdin,
Burda sən çox dəli nərələr çəkdin,
Özünü yıxıbdı Vəhdət çəngəlin.

Tahir Kərimli:

"Yurd"u Yerevana apardı gürcün,
Dedin ki, "Soros"un bürcüdü bürcün,
Bossun pulu sənin maliyyə xərcin,
Küçələr, meydanlar oldu səngərin.

Vurğun Əyyubov:

Əldə əsa getdin neçə kilsəyə,
Kredit də aldın nəqdə, nisyəyə,
Vəhdətin dağıldı altı hissəyə,
Bizdən yan apardı səni təkərin.

Tahir Kərimli:

Paltar ütülədin, ütü dağıldı,
Bossun pul verməkdən g... dağıldı,
İsanın, Əlinin ödü dağıldı,
Sənin Arif ilə tutdu şəkərin.

Vurğun Əyyubov:

Əynində qalan bir ağ mayka oldu,
Sənə dəstək verən bir şayka oldu,
Partiyan sökülüb bolt- qayka oldu,
"Arizi-ğəmlərdən" şişdi ciyərin.

Tahir Kərimli:

Ən təmiz, saf suya Şollar deyərək,
Su ilə yuyuldu pullar deyərək,
Sayıqladın avro, dollar deyərək,
Alır indiyədək qrant şakərin.
Vurğun Əyyubov:

Çığırqanlığından götürmədin əl,
İş görməmiş, kürsü istədin əvvəl,
Özün təbiətən olmusan əfəl,
Səni siyasətdən sildi təpərin.

Tahir Kərimli:

Sizə post verənə oldunuz yağı,
Çox sığalladınız sallaq buxağı,
Tez- tez sayıqlayın ölümqabağı,
Xəyal qanadında indi gəbərin.

Vurğun Əyyubov:

Meydanda rol aldın, sən Hadı- Bıdı,
Bu gün də qorudun gülməli adı,
Söyüşlü sözünün yox duzu- dadı,
Artıq zəhərindən acı bibərin.

Tahir Kərimli:

Nitqin zəif, gördüm son xitabından,
Bir söz anlamadım on xitabından,
Hələ dərs alırsan boss kitabından,
Artıq bağlanıbdı kitab- dəftərin.

Vurğun Əyyubov:

Girib ürəyinə o vaxtdan şeytan,
Bizim arxamızca az danış hədyan,
Sənin yerin deyil siyasi meydan,
Get yanında dərs al adi mehtərin.
Tahir Kərimli:

Bilirsən, radikal epoxa bitdi,
Keçmiş xülyaların arxivdə itdi,
"Yurd" Əli İsayla çoxdan meyitdi,
Nə də gözlənilmir sənin zəfərin.

Vurğun Əyyubov:

Sizi məzarlığa aparır xəyal,
Narahat eyləmir məni bu sual,
Olmusan son vaxtlar liberal, loyal,
Radikal qüvvədən yoxdu xəbərin.

Tahir Kərimli:

Yeyilib Əlinin gözünün ağı,
İndi aşa bilməz ən alçaq dağı,
Unudun xaricdən qrant almağı,
Bossların yanına sondu səfərin.

Vurğun Əyyubov:

Heç öz partiyanı etmədin abad,
Qazandın "qışqıran" yumoristik ad,
Olub bir anlığa Məşədi İbad,
Hiylə qurbanına çevril Sərvərin.

Tahir Kərimli:

Güclü söhbətini elə az yayın,
Boss göndərməyəcək qonorar payın,
"Xilas, nicat" deyib sayıqlamayın,
Zərbəsi məhv edib sizi mehvərin.

Vurğun Əyyubov:

Bizlərdən kəsilib nemətin sənin,
Ancaq sönməmişdir şəhvətin sənin,
Qırılıb- dağılır Vəhdətin sənin,
Qalmayıb söykənmək üçün sipərin.

Digər xəbərlər