PDF Oxu

Köşə

  • 30

Sayğac quraşdıranların səhvi ucbatından 60 manat cərimə ödədim

Sayğac quraşdıranların səhvi ucbatından 60 manat cərimə ödədim

Sayğac quraşdıran işini səhv görüb gedib. Ərizəm əsasında gələn lmütəxəssis qazbazlar"ı inandıra bilmədim ki, borulara əl vurmamışam. Cərimə yazdılar və mən 60 manat cərimə ödədim. Onlar borunu açıb sobanın üstünə qoyub getdilər. Sayğacın plombuna heç toxunmadılar da. Sayğaca müdaxilə etmişdimsə, nə səbəbə nəzarətçilər bunu sayğac timsalında mənə sübut etmədilər? Heç olmasa qoy sayğac quraşdıranlar indi gəlib nasaz sayğacı düzəltsinlər.Səbail rayonu qaz idarəsinin rəisi Sadıq Rəhimov da səmimiliyimə inanmayıb, imzası ilə özününküləri müdafiə etdi. Ünvanım: Səbail rayonu, Salyan yolu, ev 16, mənzil 6. Abonent Məhərrəmli Valeh Cəbrayıl oğlu.

Valeh Məhərrəmli:

O vaxt ki, qoydular bizə sayğacı,
Sayğac quraşdıran baxıb qıyğacı,
Onu pis sazladı,fors atdı acı,
O getdi, sayğac da qapalı qaldı.

Sadıq Rəhimov:

Sanma ərizəndən dərdini bildim,
Ürəyim yumşaldı, insafa gəldim?
Sənin ərizəni oxuyub güldüm,
İşçilər göndərdim, cərimə aldı.

Valeh Məhərrəmli:

Sizin sayğacçılar işdə xam kimi,
Boruya baxmırlar bir adam kimi,
Qazınız həmişə yanır şam kimi,
Azca soyuq düşcək, qazım azaldı.

Sadıq Rəhimov:

Heç olmaz qazın da lküpü"nə girmək,
Pis əməl sayğacın dibinə girmək,
Sizdə vaxt dövlətin cibinə girmək,
Bizim idarədə vaxt özü puldu.

Valeh Məhərrəmli:

Qazın şöləsini gördükE sönük şam,
Qazınız çox gəlmir heç bircə axşam,
Axı mən boruya toxunmamışam,
Şübhəsiz, cərimə yalan yazıldı.

Sadıq Rəhimov:

Çox vaxt abonentdə olmur qanacaq,
Cərimə artarsa, susub sınacaq,
Qazınız sonralar yaxşı yanacaq,
İdarə mədəndən çoxlu qaz aldı.

Valeh Məhərrəmli:

Keçibdi payızın on-on beş günü,
Borunu söküblər, qapanıb önü,
Cəriməni verdim, göndər işçini,
Gəlib düzəltsinlər, sayğac pozuldu.

Sadıq Rəhimov:

Cərimə yazarıq, xətti ayırsan,
Pozarıq, sayğaca lsekret" qayırsan,
Sayğacı nahaqdan sınıq sayırsan,
Bəlkə də içini çirk, pas, toz aldı.

Valeh Məhərrəmli:

Deyirsən sınıq şey miyana qalsın,
Qoy yenə vətəndaş ziyana qalsın,
Cəriməni verdim, bir yana qalsın,
Sayğacı düzəldin, dilim mazoldu.

Sadıq Rəhimov:

Düz olmaz xeyrimə-şərimə vermək,
Yaxşıdı pulları girimə vermək,
Abonentin işi cərimə vermək,
Sən cərimə verdin, şöbə tuz oldu.

Valeh Məhərrəmli:

Könlümdən yeməyə küftələr keçib,
Qaz yanmır, payızdan siftələr keçib,
Artıq üstündən də həftələr keçib,
Borunu düzəldin, evim buz oldu.

Sadıq Rəhimov:

Bir çox abonentdə düzlük sanma var,
Bizim işçidə də, sözsüz, əmma var,
Bəlkə sayğacında bir müəmma var,
Bizim yoxlamalar daim düz oldu.

Valeh Məhərrəmli:

Ay rəis, yalançı cərimədən keç,
Evimə sizin qaz verilir gec-gec,
Qışda qaz sobada közərmədi heç,
Qəlbimizin buzu dönüb köz oldu.

Sadıq Rəhimov:

Nə qədər qaz verdik, olmadı bəhər,
Biz qazı artırdıq hər axşam-səhər,
Etdin borulara müdaxilələr,
Abonent dilində belə yozuldu.

Valeh Məhərrəmli:

Cərimə verdim mən, bir insafa gəl,
Canımı qızdırmır dediyin qəzəl,
Sən sınıq sayğacı düzəltdir əvvəl,
Qışda qazı artır, məgər qızıldı?!

Sadıq Rəhimov:

Qabarıb, üstümə əsla yerimə,
Bağla ümidini lAllah- kərim"ə,
60 manatdı indi cərimə,
Bəlkə gələcək artıb 100 oldu.

Valeh Məhərrəmli:

Lənət duasını qoydum büstündə,
Mən yandım a zalım, sənin tüstündə,
Sayğac yerindədi, plomb üstündə,
Onun səhvləri də mənə mız oldu.

Digər xəbərlər