PDF Oxu

Köşə

  • 35

Əli Kərimov ermənilərdən maliyyə yardımı alacaq

Əli Kərimov ermənilərdən maliyyə yardımı alacaq

Mirmahmud Fəttayev:

Eşitdim "Yurd" Əli cuşə gələrək,
Erməniylə yemək istəyir xörək,
Daşnak kömək etsin Cəbhəyə gərək,
Əli nə zamansa olsa birinci,
Verər Qarabağı, olub bir zənci,
Bu torpaq xalq üçün olsa da inci.

Əli Kərimov:

Aşaram, əmr etsə dığa dağı da,
Basıb tapdalaram türk qonağı da,
Mən güzəşt edərəm Qarabağı da,
Mənə gəlir gəlsin, budu ən dinci.

Mirmahmud Fəttayev:

Satıb torpağını, sən kim olursan?
Sən mənim təslimçi səslim olursan,
Əlini qaldırıb təslim olursan,
Erməni vurmamış təbili, sinci.

Əli Kərimov:

Geridə qalaram, çevrəyə qalxsam,
Ucallam, əgər mən kirvəyə baxsam,
Erməni puluyla zirvəyə qalxsam,
Dalımca aparram qocanı, gənci.

Mirmahmud Fəttayev:

Ermənipərəstdən qələtçi olmaz,
Ondan siyasətçi, sənətçi olmaz,
Pula satılandan millətçi olmaz,
Kütlə də bəyənmir sənin tək kəci.

Əli Kərimov:

Dığa çörəyiylə əgər mən xansam,
Uca məqamdayam sonradan yansam,
Erməni pulunu yeyib utansam,
Sən qorxma üzümə sürtərəm kəci.

Mirmahmud Fəttayev:

Erməni əlinə yekə mıx verib,
Boğazına batan iti tıx verib,
Dığa dəstəyinə razılıq verib,
Bu yolla ömürlük pozmusan dəci.

Əli Kərimov:

Pis hesab edilib, cibiboşluq, yox,
Erməni vəd verib versin dəstək çox,
Dövründə dolanım daim qarnı tox,
Tarix bağışlayıb ağılı, bici.

Mirmahmud Fəttayev:

Verdin Yerevana sərsəm bəyanat,
Göstərə bilmədin dözüm, dəyanət,
Dığaya aldanıb etdin xəyanət,
Millət lənətləyib sərsəmi, bici.

Əli Kərimov:

Öndədi pul verib başıma vuran,
Qərar verdim, olmaz qarşımda duran,
Saysan, erməniylə əlaqə quran,
Bizim partiyada ollam mininci.

Mirmahmud Fəttayev:

Sən qazsan, desən də Əli qaz deyil,
Yaxın ətrafına guya paz deyil,
Sizlərdə onsuz da satqın az deyil,
Sən oldun "Yurd"unda axmağı, linci.

Əli Kərimov:

Göyə tullanırıq, sancılanda biz,
Erməni yardımı,bir ümman, dəniz,
Təsəvvür də belə etməzsiniz siz,
Daşnak pullarıyla olan sevinci.

Mirmahmud Fəttayev:

Başı gicəllənib, dönüb erməni,
Siyasi cəhətdən sönüb erməni,
Səni noxtalayıb minib erməni,
Özünü sayırsan yenə minici.

Əli Kərimov:

Mən uca bir zirvə, sən dərin dibsən,
Mən dram yiyəsi , sən bomboş cibsən,
Həmişə meydanda sən yenilibsən,
Mən isə olmuşam daim yenici.

Mirmahmud Fəttayev:

Erməni pul verir, ötürsən dil-dil,
Bu pul qurtaranda sönürsən qəfil,
Özünü meydanda hesab etmə fil,
Erməni də, sən də adi bir cücü,

Əli Kərimov:

Könüllü vermişəm yaxa, puluna,
Dadandım dığanın sovxa puluna,
Tez qızırqalanıb dığa puluna,
Mən aldım sənin tək rəqibdən öcü.

Mirmahmud Fəttayev:

Hər satqın sözünü qapır üsullu,
Sənin kimiləri tapır üsullu,
Erməni belində çapır üsullu,
Sən onun puluna uyan sürücü.

Əli Kərimov:

Adi uğurumu müjdə edəndə,
Mənim əlim altda vəcdə gedəndə,
İsanın önündə səcdə gedəndə,
Özün çox görmüsən məndəki gücü.

Mirmahmud Fəttayev:

Özünü heç kəsdən sən sanma üstün,
Həmişə başından çıxıbdı tüstün,
Kütlələr görəndə satqınsan, o gün
Sənə bəd gətirdi zodiak bürcü.

Əli Kərimov:

Müstəqil olandan tutdum bu yolu,
Pul alıb olmuşam erməni qulu,
Hamamın zahiri erməni pulu,
Xarici pullarla bəzənər içi.

Mirmahmud Fəttayev:

Satqınsan, bir utan,yekə boyun var,
Siyasi meydanda min bir oyun var,
Sənin əhatəndə çoxlu qoyun var,
Özünsə olmusan saqqallı keçi.

Əli Kərimov:

Mənim qulağımdan dişləsə gənə,
Əgər bundan sonra düşsəm pis günə,
Kütlələr bir dəstək verməsə mənə,
Dərhal aparacaq erməni köçü.

Digər xəbərlər