PDF Oxu

Köşə

  • 14

Əli Kərimov və İsa Qəmbərov partiya qurultaylarını keçirməkdən qorxurlar

Əli Kərimov və İsa Qəmbərov partiya qurultaylarını keçirməkdən qorxurlar

Əli Kərimov:

"Yurd" keçirməlidi yeni qurultay,
Yəqin düşəcəkdir yenə hay-haray,
Sədrlik əlimdən gedəcək ah-vay,
Mənə diş qıcardır ətrafım ancaq,
Qorxuram çəkərək ürəyimə dağ,
Atalar üsullu mənə badalaq.

İsa Qəmbərov:

Qarnına ağrılar dolacaq dedin,
Qəlbinə vic-vicə salacaq dedin,
"Yurd" sənin postunu alacaq dedin,
Bizimkilər məni qoymayacaq sağ.

Əli Kərimov:

Dəli şeytan deyir əlaqəni kəs,
Ətrafda olanı tapdala, döy, əz,
Etməsin başqası bizləri əvəz,
Biz sədr postunda ömrü uzadaq.

İsa Qəmbərov:

Hər gün yetkilinin lap yüzü gedir,
Adamın abırı,həm üzü gedir,
Məndən hər birinin zəhləsi gedir,
Müsavat içində tapmıram ortaq.

Əli Kərimov:

Bilmirəm danışım burda nə haqda,
Hər kəs özü çıxmaq istəyir taxta,
Hər biri kölgəmi qılınclamaqda,
"Yurd"da sədr kürsüsü görsənir alçaq.

İsa Qəmbərov:

Bizdə gözlər doymur heç vaxt yeməkdən,
Hamıda yayınır ağır əməkdən,
Həmkarlar yorulmur ver-ver deməkdən,
Nə qədər versəm də onlara araq.

Əli Kərimov:

Birinin mənim tək söz yolu yoxdu,
Əyri yolları çox, düz yolu yoxdu,
"Yurd"da heç bir kəsin öz yolu yoxdu,
Çoxu boğazıma çəkibdi oraq.

İsa Qəmbərov:

Vallah, ürəyimi təlaş bürüyür,
Özü də üsullu, yavaş bürüyür,
Özümüzünkülər yıxıb sürüyür,
Məni tərifləyir yadelli, qıraq.

Əli Kərimov:

Adi sıravini ötə bilmirəm,
Bosslardan bir maraq güdə bilmirəm,
On ildi xaricə gedə bilmirəm,
Həmkarlar yüz yerdən verirlər soraq.

İsa Qəmbərov:

Postumda saxlamır məni Yaradan,
Həmkarlar çıxarar yəqin aradan,
Əvvəl qara qanlar axdı oradan,
Ürəyim çevrilib olub ağ varaq.

Əli Kərimov:

Cəbhədə davalı kino gedirdi,
Viskinin yerinə vino gedirdi,
Əvvəllər hər biri sino gedirdi,
Yolumun üstündə tutan yox çıraq.

İsa Qəmbərov:

Elə ki, qurtardı ruski arağım,
Elə həmin gündən söndü çırağım,
Həmkarlara qəti yoxdu marağım,
Mənim özümə də azalıb maraq.

Əli Kərimov:

Qalmayıb yanımda bir sadiq gədə,
Hər yerindən duran gəlməkdə hədə,
Silahsız qoydular məni cəbhədə,
Alınır əlimdən əlbəsə, yaraq.

İsa Qəmbərov:

Məni həmkarlarım yeyib-sökdülər,
Məni yaş sərdilər, quru bükdülər,
Tükü bircə-bircə didib tökdülər,
Başımda tük var ki, götürəm daraq?

Əli Kərimov:

Qısılıb bir küncə bükül deyirlər,
Get ol bir ofisdə vəkil deyirlər,
Mənə sədrlikdən çəkil deyirlər,
Artıq bədənimə batmaqda caynaq.

İsa Qəmbərov:

Çoxları qorxuzub, asdı-kəsdi də,
Pul gördüm, unutdum yaxın dostu da,
Gözümə görünmür başqan postu da,
Boss pulu görəndə titrəyir oynaq.

Əli Kərimov:

"Yurd"da əriyirəm yumuşaq mel kimi,
Mənə təzyiq olur əsən yel kimi,
Cibinə pul axır bossdan sel kimi,
Mənim boğazıma dirənib caynaq.

İsa Qəmbərov:

Özümə dost tutdum kədəri-qəmi,
Dərdimi apara bilmədi gəmi,
20 il əvvəllər olduğu kimi,
Yolumun üstündə parlamır mayak.

Əli Kərimov:

Heç biri iş görmür, bir məni yorur,
Hətta qabağımda qalib tək durur,
Hər biri zəli tək qanımı sorur,
İndi cəbhəçilər olublar manyak.

İsa Qəmbərov:

Mən də azaltmışam bir az sürəti,
Bu güclə heç keçə bilmərəm biti,
Məni başqan kimi görən yox qəti,
Həmkarlar üstümə açıblar ayaq.

Əli Kərimov:

Deyən yox, a bədbəxt, aç dükanını,
Ye-iç, yerə qoyub orda yanını,
Kiməsə sırıyıb "Yurd" sükanını,
Bilmirik babalı biz necə yuyaq.

İsa Qəmbərov:

Sən də mənə baxma öz toçkan kimi,
Məndim diyirlənən boş boçka kimi,
Postda qalmayacam mən başqan kimi,
Süquta uğrayıb çökməkdə dayaq.

Digər xəbərlər