PDF Oxu

Köşə

  • 13

“MBH” lideri radikalların mitinqlərinin gerçəkləşəcəyinə inanır

“MBH” lideri radikalların mitinqlərinin gerçəkləşəcəyinə inanır

Lalə Hacıyeva:

Seçki blokundan radikalların,
Bir namizəd kimi gəl sən də yarın,
Qoy gözün dincəlsin, həm doysun qarın,
Artıq radikallar deyir ki, aman,
Mitinq-piketlərçün yetişib zaman,
Hamı bu mövzuda danışır yaman.

Qabil Hüseynl:

İstərik rəqiblər də qulaq asa,
Bizim namizədlər batmasın yasa,
İndi bu yerdədi Əliylə İsa,
Blokun üstündən çəkilib duman.

Lalə Hacıyeva:

Guya ki, açılır qəfil qoburlar,
Qaçan radikallar yanıb qovurlar,
Xorla deyirsiniz sizi qovurlar,
Kimlərdi mitinqi, söylə, dağıdan?

Qabil Hüseynli:

Adamlar gəlmirlər, düşürük şoka,
Sanki verilmişik 10 amper toka,
Polislər təpinir əldə dubinka,
Ancaq bir bu deyil bizi ağrıdan.

Lalə Hacıyeva:

İsasa meydanda durmadı qaçdı,
Görəndə əməlli pasteli yaşdı,
Əli də meydanda həddini aşdı,
Zərbə hamınıza dəydi sağrıdan.

Qabil Hüseynli:

Gələnin evini yıxırıq dedin,
Azıb kəlləçarxa çıxırıq dedin,
Mitinqə yalandan çıxırıq dedin,
Bizsə keçirməyə hazır, doğrudan.

Lalə Hacıyeva:

Elektorat durub piketə qarşı,
Seçici gedəcək "no", "net"ə qarşı,
Hətta çıxırsınız dövlətə qarşı,
Kütlə nə götürər siz tək oğrudan?

Qabil Hüseynli:

Hər cür bər-bəzəyi qaşına basdıq,
Durmaq istəyəndə, başından basdıq,
Əlini biz dərhal maşına basdıq,
Bilmədik kim idi üstünə cuman.

Lalə Hacıyeva:

Çox baş vurmusunuz arana, dağa,
Xaricin önündə döndüz qonağa,
Nə qədər çəksələr sizi qınağa,
Sizlər deyilsiniz ağzını yuman.

Qabil Hüseynli:

Vallah, seçki günü biz tənha qallıq,
Axırda yıxacaq bizi mentallıq,
Qəlbimizi sardı sentimentallıq,
Qismət də olmadı romantik roman.

Lalə Hacıyeva:

Bu gün düşünürsüz hərəniz bir cür,
Dağınız bir cürdü, dərəniz bir cür,
20 il əvvəldə qalıb təfəkkür,
Sizlərdə olmamış siyasi iman.

Qabil Hüseynli:

Ayı tək qoyuruq iz yuxarıdan,
Gəlir təpəmizə miz yuxarıdan,
Həmişə gedirik biz yuxarıdan,
Eşələnmək üçün tapmırıq saman.

Lalə Hacıyeva:

Elə ki, bağlandı seçki qutunuz,
Tezcə çıxdaş olar lotu-potunuz,
Seçkidə köklənsə qüssə notunuz,
O zaman kədərlə çalınar kaman.

Qabil Hüseynli:

Pis təşkil eylədik yenə də turu,
Bu dəfə də çıxdıq sudan biz quru,
Heç də gözləmirik seçki uğuru,
Bizim ümidimiz usta bir şaman.

Lalə Hacıyeva:

Lider tək tezliklə İsanı da dan,
Əlini əlindən buraxma asan,
Dəstək gözləyirsən Əli "Yurd"undan,
Çoxdan bərbad olub Müsavat koman.

Qabil Hüseynli:

Əli də, İsa da, indi xub qalıb,
Bəzi yetkililər yenə dub qalıb,
"VİP" Əli yanında quruyub qalıb,
İndi "MBH"-də bağlanıb liman.

Lalə Hacıyeva:
Seçkidə, inşallah, çəp gələr sözü,
Birinci uduzar başqanın özü,
İsanın, Əlinin qızıbdı gözü,
Yamanca saralıb sənin boz siman.

Qabil Hüseynli:

Onlar uduzacaq, düşüblər başa,
Möhkəm inanıram onlar barışa,
İsa da, Əli də girib yarışa,
Başıma gəlibdi qəlbimə daman.

Lalə Hacıyeva:

İsaya, Əliyə yoğur sindromu,
İndi bizləri də boğur sindromu,
Sizlərdən uzağa uğur sindromu,
İnanma, udaraq yeyəsən qaban.

Qabil Hüseynli:

Yalandan Əvəzi yekələyirsən,
Öz lMadam" adını ləkələyirsən,
Sən özün bu dildə kəkələyirsən,
Deyirlər rusdilli olmayıb baban.

Lalə Hacıyeva:

Sizlərdə seçkiyə maraq azaldı,
Mümkün ki, rəqiblər qələbə çaldı,
Elə ki, seçkiyə cüzi vaxt qaldı,
Pis yerlərinizdən çıxacaq çiban.

Qabil Hüseynli:

Deyirik ki, başqan udacaq, bəli,
Çoxusu seçkidə olacaq dəli,
Özünü gülərüz göstərən Əli,
İsanın özüdü qılınca çapan.

Digər xəbərlər