PDF Oxu

Köşə

  • 11

Radikallar seçkilərdə uğur qazana bilməyəcək

Radikallar seçkilərdə uğur qazana bilməyəcək

Tahir Kərimli:

İfratın udduğu öz sarısıdı,
Onlar cəngəlliyin çöl arısıdı,
Qeyd olunmaq işin bir yarısıdı,
Səs almaq olacaq onlara qəhət,
Onların əməli qüsur, qəbahət,
Seçici dəstəyi başlıca cəhət.

Həsən Kərimov:

Uğur qazanmışıq daim həyatda,
Bəzən süqut etdik, biz verdik çat da,
Bizi dəstəkləyir elektorat da,
Biz öndə gedənik, yalana lənət.

Tahir Kərimli:

Nüfuz reytinqiniz nol olmayıbdı,
Nə də dəstəyiniz bol olmayıbdı,
Siyasət girdiyin kol olmayıbdı,
Gedin özünüzə tapın bir sənət.

Həsən Kərimov:

Heç yerdə qoymayıb iz, məğlub olsaq,
Sən dediyin kimi tez məğlub olsaq,
Seçkidə uduzub biz məğlub olsaq,
Bir neçə liderə edərik sünnət.

Tahir Kərimli:

Sizin blokları sarıb iflic də,
Sizlərə səs verməz sərsəm də, gic də,
Artıq pul buraxmır sizə xaric də,
Bizim boynumuza qoymayın minnət.

Həsən Kərimov:

Bizə səs verməyən qoy olsun tələf,
Seçicilərə də gələcəyik kəf,
Hər bir məntəqəyə gələrik səf-səf,
Bizə Əli-İsa verəcək zinət.

Tahir Kərimli:

Əyrilik sezilir İsa qəddində,
Yoxdur müqəddəslik Əli cəddində,
Axı reytinqiniz sıfır həddində,
Gücsüzlüyünüzə göstərin diqqət.

Həsən Kərimov:

Seçkiyə gedərik sizlə yanaşı,
Bizə desəniz də qarnını qaşı,
İstəkdən yaranır bizdə göz yaşı,
Seçici sevgisi gətirir riqqət.

Tahir Kərimli:

Sabah ağlayarsız, indi gülürsüz,
Siz ayaq üstündə qəfil ölürsüz,
Uğursuzluğu siz yaxşı bilirsiz,
Bədbinliyiniz də doğurmur heyrət.

Həsən Kərimov:

Bosslar bizə yekdil uğur dilər də,
Üstümüzə su tək dollar çilər də,
Bizi dəstəkləyir seçicilər də,
İstehsal edirik biz milli qeyrət.

Tahir Kərimli:

Bossa baxırsınız siz matdım-matdım,
"Yurd"u görən kimi yuxumu qatdım,
Geri gedirsiniz siz addım-addım,
Tısbağa yerişi sizdəki sürət.

Həsən Kərimov:

Radikal kütlədən istək gözləyir,
Özü də "no" tək yox, "yes" tək gözləyir,
İsa xaricdən çox dəstək gözləyir,
İndi Əlidə də çoxalıb cürət.

Tahir Kərimli:

Gedin qərargahda keçirin məşqi,
Sizə güc verərdi xarici içki,
İsada çox azdı qələbə eşqi,
Nə də ki, Əlidə çatışır şiddət.

Həsən Kərimov:

Artıq biz arxada qoymuşuq şoku,
Xaricdən alırdıq, sözsüz ki, toku,
Yaratdıq bir neçə seçki bloku,
Bu özü qranta bənzər bir nemət.

Tahir Kərimli:

İsa da Əliylə çox ara qoyub,
Onun namizədi çirk, yara qoyub,
Normal namizədi kənara qoyub,
Sizin namizədə kim verər qiymət?

Həsən Kərimov:

Vaşinqton-Londondu fəsil yerimiz,
"Yurd"du, Müsavatdı nəsil yerimiz,
Seçki olmasa da əsil yerimiz,
Bizimdi daxili-xarici cənnət.

Tahir Kərimli:

Salıblar aləmə səs əməlilə,
Nahaqdan edirlər bəhs əməlilə,
İsa da, Əli də nəhs əməlilə,
Edirlər yanaşı xaricə xidmət.

Həsən Kərimov:

Qabını çatladır ancaq tünd sirkə,
Bizim bloklar da dönübdü sirkə,
Xaric də Əliylə İsaya birgə,
Pul yardımlarıyla edir riyazət.

Tahir Kərimli:

Hər blokunuzun yalan dörd yanı,
Çalışın yalandan qurtarın canı,
Göz yalanı görür, ağız böhtanı,
Bu nə davranışdı, bu nə siyasət?

Həsən Kərimov:

Başqan dərd danışır, ağrı danışır,
Danışanda, sanki oğru danışır,
Elə ki, "Yurd" Əli doğru danışır,
İsa aramıza çəkməkdədi sədd.

Tahir Kərimli:

Boss bağı yağlayır kasadan qabaq,
Peyğəmbərlik edir Musadan qabaq,
Yalanda Əlidir İsadan qabaq,
Denən danışmasın liderin bəd-bəd.

Həsən Kərimov:

Sözsüz, xeyirdeməz xeyir söyləməz,
Qabağa gedəni aqil əyləməz,
Hamı yaxşılığı şüar eyləməz,
Neynək, götürmüşük biz də bu cür xətt.

Digər xəbərlər