PDF Oxu

Köşə

  • 13

Pənah Hüseynov müxalifətçilər arasında ən çox səs toplayacağını bildirir

Pənah Hüseynov müxalifətçilər arasında ən çox səs toplayacağını bildirir

Pənah Hüseynov:

Bütün namizədi "Yurd"-Müsavatın,
Sözsüz, qabağına qatılar atın,
Baxmaram oğlandı, qızdı, ya qadın,
Coşqun pələng kimi üstə gedərəm,
Onu yaxalayıb didər-didərəm,
Son anda yoraraq məğlub edərəm.

Fuad Qəhrəmanlı:

"Yurd"a-Müsavata sən lağ eyləmə,
Özünü dik tutub ayaq eyləmə,
"DUİ"-dən özünə dayaq eyləmə,
Nə bizlər Leyliyik, nə də sən Kərəm.

Pənah Hüseynov:

Çox yaxşı bilirəm kimə gənəşim,
Kimə gənəşdimsə o da günəşim,
Daim qızmar olub odum-atəşim,
Qarşıma çıxanı yaxar, ütərəm.

Fuad Qəhrəmanlı:

Ali cərgələrə qatışmaq üçün,
Zəif rəqiblərlə atışmaq üçün,
Sənin kimilərə sataşmaq üçün,
Marıqda yataraq daim güdərəm.

Pənah Hüseynov:

Sizləri yenməsəm, olmaram aram,
Vurram birdəfəyə araq min qram,
Özün bilrsən ki, generatoram,
Proqram yaradıb, dil-dil ötərəm.

Fuad Qəhrəmanlı:

Yanında boş yer var, xəbər ver, himlə,
Gələrəm fars ilə, rus ilə, Cimlə,
Mən yarışa girsəm "Mersedes"imlə,
Səni çox geridə qoyub, ötərəm.

Pənah Hüseynov:

Diliniz yanımda gödək, qısadı,
Tez büruzə verər bunun fəsadı,
Baxmaram Fuaddı, Əli, İsadı,
Sizi donluq kimi büzüb çitərəm.

Fuad Qəhrəmanlı:

Bu gün hamınızdan dönübdü kəlləm,
Hələ ki, boş keçir atdığım gülləm,
Gəl desən, yanına yüyürüb gəlləm,
Get desən, xəlvətcə gözdən itərəm.

Pənah Hüseynov:

Qoşulmaram siz tək dindən uzağa,
Onsuz da düşübdü bəndən uzağa,
Nə qədər qaçsanız məndən uzağa,
Daim yolunuzun üstə bitərəm.

Fuad Qəhrəmanlı:

Dən versən, duraram dənin yanında,
Duraram əmr etsən çənin yanında,
Namizəd olmaqçün sənin yanında,
Nə qədər pul desən, mən nəqd ödərəm.

Pənah Hüseynov:

Bütün liderlərin çatmaz heç mənə,
Seçicim onları qatmaz heç mənə,
Nə İsa, nə Əli çatmaz heç mənə,
Yalan deyirəmsə, xalis əntərəm.

Fuad Qəhrəmanlı:

Gəl sən də bizləri gətirmə cana,
Bəxşiş ver bizlərə boşdursa xana,
O qədər qaçıram o yan-bu yana,
Təpədən-dırnağa yaşam, qan-tərəm.

Pənah Hüseynov:

Dəryalar dibində mən nadir inci,
Sənin liderlərin tuturlar küncü,
Sən, Əli, İsanız dörd, ya beşinci,
Reytinq cədvəlində mən yekəm, birəm.

Fuad Qəhrəmanlı:

Çəkdiyin müsibət cəzana qalsın,
Uğurun özünün qəzana qalsın,
İsa Əli ilə o yana qalsın,
Səndən böyük olar üstümdə birəm.

Pənah Hüseynov:

Sizə dostdan artıq yadınız qalıb,
Bir də boynunuzda çatınız qalıb,
İfratlıqdan quru adınız qalıb,
Sizin qurumlardan böyükdü bərəm.

Fuad Qəhrəmanlı:

Tay-tuşun Vəzirov, bəlkə Ayazdı,
Deyəsən, dərin də azca bəyazdı,
Bəlkə səninkindən qat-qat dayazdı,
O qədər gen deyil ittifaq dərəm.

Pənah Hüseynov:

Özünə dəstənin dürr başı deyir,
Kənardan baxanlar bir naşı deyir,
İsa Əli ilə yanaşı deyir,
Təpədən-dırnağa çirkabam, kirəm.

Fuad Qəhrəmanlı:

Bir çox həmkarına həm pəl edirlər,
Elektoratlara çox əl edirlər,
Liderlər o qədər var-gəl edirlər,
Onların yerinə mən özüm çərəm.

Pənah Hüseynov:

Bu yerdə qoyulan tələ mürəkkəb,
Burada yaxırlar gülə mürəkkəb,
Siyasi gedişlər elə mürəkkəb,
Sən çərdən qorxmusan, olmuşam vərəm.

Fuad Qəhrəmanlı:

İfratlar uduzar demə irəldən,
Uğur qazanılar ancaq bir əldən,
Nə qədər az olsa, sizinkilərdən,
Genişdi, gözəldi, böyükdü kürəm.

Pənah Hüseynov:

Sınaqdan keçməzdən sınanan olmaz,
Uduzan kəslərdən qınanan olmaz,
Sizlərə seçkidə inanan olmaz,
Nə qədər desəniz eşşəyəm, xərəm.

Fuad Qəhrəmanlı:

Sizi mən bu andan edirəm əmin,
Bizim elektorat olmaz heç üç min,
Əhəmiyyəti az nə deməyimin,
Seçkici az gələr, nə qədər hürrəm.

Digər xəbərlər