PDF Oxu

Köşə

  • 17

Digər bloklara meydan oxuyan "İslahat" bloku

Digər bloklara meydan oxuyan "İslahat" bloku

Tahir Kərimli:

Bir qərara gəlmir Müsavat, Cəbhə,
İsa Əli ilə içməkdə qəhvə,
Burda cavab vermir, bir kimsə səhvə,
Onlarda artmaqda hər gün dərd-məlal,
"Yurd" şefi başqanla dayanıbdı lal,
"İslahat" yaradıb Sərdarla İqbal.

İlyas İsmayılov:

Bihudə bir işdi sifət cırmağım,
İqbala ilişdi iti qarmağım,
Əlbəttə, blokda vardı barmağım,
Seçkidə "İslahat" gözləmir zaval.

Tahir Kərimli:

"Azadlıq", Müsavat etməkdə vəfat,
"VİP" "MBH" ilə dayazdı qat-qat,
Hər yeni blokdan yaxşı "İslahat",
Onun uğurları doğurmur sual.

İlyas İsmayılov:

"VİP"-lə "MBH"-yə buraxırıq buğ,
İsa, birliyini vurruq uçurruq,
Hər yeni blokun fövqündə durruq,
Bossun pulu üçün hazırdı çuval.

Tahir Kərimli:

"İslahat" həm şirin, həm də ki duzdu,
Məkrli liderlər azğın, quduzdu,
Elə ki, Əliylə İsa uduzdu,
"Sos" siqnalı verər çalınan qaval.

İlyas İsmayılov:

"İslahat" bir yerdə dayanmaz civə,
Əliylə İsanı yeyibdi güvə,
Nələrinə lazım siyasi zirvə,
Əgər olublarsa düz 20 il mal?

Tahir Kərimli:

"Yurd" da Müsavat da olmaqda zökəm,
Gərək bünövrəni əlimlə sökəm,
Qoy Müsavat tutsun yerini möhkəm,
Əlidə, İsada olmamış amal.

İlyas İsmayılov:

"İslahat"ın üstdə əsrarəngiz dam,
İndi seçicini etməliyik ram,
İndi "İslahat"dı verən sərəncam,
Müsavat bloka olacaq pamal.

Tahir Kərimli:

Yaxşı haldı olsun hər başda beyin,
Meydan bişmişindi, deyildir çiyin,
Zaman ürəyidir yeni birliyin,
İsada qüvvə yox, Əlidə kamal.

İlyas İsmayılov:

Zaman öz meylini üstümə sazlar,
Çox qaldı meydanda qafasız qazlar,
Tezliklə gedəcək siyasətbazlar,
"İslahat"da şəffaf hər sifət, camal.

Tahir Kərimli:

Hələ qabaqdadı ifratın bədi,
Ağzını açanda diş görünmədi,
İsada, Əlidə iş görünmədi,
Çox azdır, sifətlər olsunlar şümal.
İlyas İsmayılov:

Hər bir radikalda düşüncələr dar,
İttiham etməyə əsasım da var,
Məni əskik tutdu Rəsuldan Sərdar,
Ona əməyimi etmirəm halal.

Tahir Kərimli:

Qrant yox, yuxudan durular çox kal,
Nə qədər yesə də boss əlindən bal,
Uğur qazanmayan məlum radikal,
Can verər ay səthi olanda hilal.

İlyas İsmayılov:

O kimdi yeninin gücünü dana?
Sahib yenilərdi məkan-zamana,
Elə ki, "İslahat" çıxdı meydana,
Getdi radikalda o keçmiş cəlal.

Tahir Kərimli:

Aciz dağıtmağa üstündən hisi,
"Yurd" ayıra bilmir yaxşını-pisi,
İtibdi İsada reallıq hissi,
Onları aparır keçmişə xəyal.

İlyas İsmayılov:

Zəmanənin nəbzi ifratı yıxır,
Onlar məğlubiyyət çələngi taxır,
İndi ortalığa yenilər çıxır,
Çıxmaqda meydandan artıq radikal.

Tahir Kərimli:

İndi ifratların ağı çıxıbdı,
Onlar tam süquta doğru axıbdı,
Yenilər köhnəni yerə yıxıbdı,
Alıcı quş kimi verməzlər macal.

İlyas İsmayılov:

Biri yad alnını qaşıdı, öldü,
Bossun qrantını daşıdı öldü,
Biri Qərb acısı yaşadı, öldü,
Hələ deməkdədi o biri şimal.

Tahir Kərimli:

Əli, sən İsayla boss qrantı böl,
Arxanda dərin göl, qabağında çöl,
İsa simasında, köhnəlik, sən öl,
Yenilik, bunların yerində ucal!

İlyas İsmayılov:

Gecəni-gündüzə qatmadığından,
Yataqda da rahat yatmadığından,
Əli ip ucuna çatmadığından,
Qalıb radikalın ürəyində xal.

Tahir Kərimli:

Gəmini saxlayıb üzərində mel,
İndi radikala kömək etməz el,
Çoxdan haqlayıbdı Əlini su, sel,
İsanı dəmadəm girləyir acal.

İlyas İsmayılov:

Yanlışdı, deyirlər, guya biz meyit,
Əli də, İsa da gərəksiz meyit,
Hamıya məlumdu artıq siz meyit,
Diriyəm söyləyib yumayın babal.

Digər xəbərlər