Arzu Səmədbəyli:
Dörd blok yaranıb artıq, nəhayət,
Birincisi "Yurd"la Müsavat, əlbət,
İkincisi İlyas, Fazil və Qüdrət,
Həm də birləşibdi İqballa Sərdar,
"VİP"-lə "MBH"-nin bloku da var,
Meydan bir o qədər görsənmir heç dar.
Əhməd Oruc:
Yenə yaddan çıxdı Mirmahmud ağa,
Nədənsə atdılar onu qırağa,
Gərək danışmasın indi hər dığa,
Ancaq "DUİ"-dədir həm dövlət, həm var.
Arzu Səmədbəyli:
İsalar bossları qucandan olub,
Mirmahmud həmişə qaçandan olub,
"DUİ" əsil blok haçandan olub?
Sənin təhqirinə qulaqlarım kar.
Əhməd Oruc:
Arzu-diləyiniz olmaqdadı xar,
Liderimizin düşüncəsi dar,
Mirmahmud niyyəti əbədi bahar,
Sizi görəsiniz ancaq boran-qar.
Arzu Səmədbəyli:
"Qarabağ" yaranıb, bir də ""İslahat",
Hələ ad qoymayıb "Yurd"la Müsavat,
"VİP"-lə "MBH"-nin vəziyyəti pat,
Mirmahmud "DUİ"-si kənarda naçar.
Əhməd Oruc:
İsa da, Əli də Qərbə yol alar,
Bu xəyaldadı ki, qrant bol alar,
Sizin o dörd blok bossdan pul alar,
Sonra Mirmahmudun yanına qaçar.
Arzu Səmədbəyli:
İsa ilə Əli düşünüb əgər,
Siyahıya düşsək biz altı nəfər,
Seçkidə bizlər də çalarıq zəfər,
Hər bir problemə tapılar açar.
Əhməd Oruc:
Sən də beş nəfər tək bir kənarda yat,
Çalış səni sevən kütləni oyat,
Siz altı nəfərə verməyib mandat,
İsa qrant üçün kosmosa uçar.
Arzu Səmədbəyli:
Hay verənlər oldu uzaqdan belə,
"Vızıb" atılıbdı Azıxdan belə,
Dəstək aldıq Quba, Qazaxdan belə,
Daim bizimlədir Kürdəmir, Ucar.
Əhməd Oruc:
Sizin siyahıda Raufun adı,
Qızğındı Nəsibin qəlbinin odu,
Pənah salmaqdadı çox dedi-qodu,
Bu yerdə İltizam İkramı qucar.
Arzu Səmədbəyli:
O adlar yanında Arzu da durur,
Onun da ürəyi mandatçün vurur,
İsa ilə Əli min büsat qurur
Ki, qibtə edərdi onlara Qacar.
Əhməd Oruc:
Siz altı, İsayla Əli ikidi,
Onları dirçəldən boss cik-bikidi,
Nəzərlərə dəyən vesdi, çəkidi,
Dostlarla rəqibi yenməyi bacar.
Arzu Səmədbəyli:
Bizim gücümüzlə bizi pis dartıb,
Əli də, İsa da bu yolda qartıb,
Çox atılıb-düşsək həddindən artıq,
Bizi cecə kimi edərlər macar.
Əhməd Oruc:
Siyahı keçibdi yeddi qatından,
Sən özün də düşün öz Qıratından,
Siz ayrı düşdünüz boss qrantından,
"Altılar" oldular bəlaya düçar.
Arzu Səmədbəyli:
Qalxmasınlar göyün yeddi qatına,
Tez urcah olarlar qəzəb atına,
Düşərlər əbədi yerin altına,
Biz də bağlamarıq onlarla ilqar.
Əhməd Oruc:
İstər ağ, istərsə qara getsəniz,
Bəzən içmək üçün bara getsəniz,
Hətta baş götürüb hara getsəniz,
Daim qarşınıza çıxacaq divar.
Arzu Səmədbəyli:
"Yurd"da, Müsavatda problem qalaq,
Onlar bir payverən, biz olduq balaq,
Əli bəy bizlərə gəldi badalaq,
İsa bizim üçün olubdu əğyar.
Əhməd Oruc:
Hələ əllərində qalır masalar,
Beyinə güc versən, ömrün qısalar,
Sizi pay-piyada qoyub isalar,
Özləri oldular atlara süvar.
Arzu Səmədbəyli:
İsa da, Əli də bizə kin bəslər,
Daim dəstək üçün bizləri səslər,
Hürərək bosslardan pul alan kəslər,
Bizimlə it kimi etdilər rəftar.
Əhməd Oruc:
Mandat məsələsi davamın biri,
Sizin "altılar"a duamın biri,
Əli İsa ilə avamın biri,
Sayəmdə Mirmahmud olubdu kübar.
Arzu Səmədbəyli:
Əclaflar bossların cibinə qonar,
Əli bundan sonra çox çətin qanar,
İsa siyahıdan eyləyib kənar,
Yaman əskik tutdu bizləri kaftar.
Əhməd Oruc:
Üzünə-gözünə edərək tfu,
Saldı əleyhinə bütün güruhu,
Necə tapdamışdı İsa Raufu,
Vaxt gələr, səni də onun tək tapdar.