PDF Oxu

Köşə

  • 11

Seçkilərdən imtina edənlər mövcudluqlarını qorumaq məqsədi güdüb

Seçkilərdən imtina edənlər mövcudluqlarını qorumaq məqsədi güdüb

Həsən Kərimov:

Bizim ifratlarda bir qorxu vardı,
Onları qorxunun xofu apardı,
Bəzi liderlərin qulağı kardı,
Seçkiyə getməkdən qorxur alçaqlar,
Boykot şüarını onlar qucaqlar,
Bilirlər getsələr, uduzacaqlar.

Tahir Kərimli:

Seçki ərəfəsi hamı farağat,
Qorxur, tər tökürlər onlar 5-10 qat,
İsanı, Əlini edir narahat,
20 il əvvəlki dərəbəy çağlar.

Həsən Kərimov:

Radikal qurumlar boşalmış ada,
Çoxu boykot deyib getməkdə bada,
Liderlər deyirdi, bosslar arxada
Çox möhkəm durublar, sanki sərt dağlar.

Tahir Kərimli:

Hər bir radikalın boşalıb cibi,
İndi hər birinin sozalıb təbi,
Bilirlər uduzmaq tale nəsibi,
Seçki hər birinin könlünü dağlar.

Həsən Kərimov:

Bütün ifratların çatıb əcəli,
Hətta Müsavatda olublar dəli,
İsadan ayrılıb bizim "Yurd" Əli,
Boss viskisi ilə hey boğaz yağlar.

Tahir Kərimli:

Radikal ağızlar saçır süni dürr,
Güləndə zəifdi, ağlayanda kür,
Boykot, boykot deyib Əli hönkürür,
İsa da hönkürüb indi qan ağlar.

Həsən Kərimov:
Zaman radikaldan alır dişə-diş,
Nə uğur var, nə bir irəliləyiş,
Seçki ərəfəsi yaşanır təşviş,
Radikal qapılar qalıblar bağlar.

Tahir Kərimli:

Burda nə baş verir, çıxarmırlar baş,
Düşəydi onların başına kaş daş,
Əli gözlərindən tökməkdə qan-yaş,
İsa bəy başına qaralar bağlar.

Həsən Kərimov:

Burda görmək olar hər cür baqqalı,
Ayırd etmək asan lider çaqqalı,
İfrat sözü keçmir, yoxdu saqqalı,
Saçlar ağarsa da, gödəlib bığlar.

Tahir Kərimli:

Puldan danışmaq da "Yurd"çün ağrıdı,
Tərəddüd keçirən kəslər fağırdı,
Boss pul göndərməyi yadırğayıbdı,
Bunu İsa bəy də sirr kimi saxlar.

Həsən Kərimov:

Fərqləndirmək lazım çoxdan fərdini,
Çətin Müsavatda tapmaq mərdini,
Bu gün İsa ilə Əli dərdini
Sözsüz başa düşməz harınlar, toxlar.

Tahir Kərimli:
Əsla, istəmirik sizləri yoraq,
İndii siz boykota tutubsuz çıraq,
Yaman azalıbdı seçkiyə maraq,
Sizin azlığı da məhv edər çoxlar.

Həsən Kərimov:

Seçkiyə gedənə Əli deyir gic,
"Yurd" da, Müsavat da oldular iflic,
Elə ki, qrantı xırp kəsdi xaric,
Artır sıramızda səfillər, yoxlar.

Tahir Kərimli:

Radikal birliklər qəsdən danışır,
Hər biri cürətsiz həsdən danışır,
İsa da, Əli də pəsdən danışır,
Giribdi gözünə zəhərli oxlar.

Həsən Kərimov:

Son vaxtlar düşüblər dizin başçılar,
Boykota verəcək izin başçılar,
Seçkiyə getməsə bizim başçılar,
O zaman qrant yox, dirsəklər qoxlar.

Tahir Kərimli:

Yararsız bir hala düşüb qanları,
Açılmaz heç zaman ifrat donları,
Seçki düşündürmür indi onları,
İsa da, Əlidə tünd viski mıxlar.
Həsən Kərimov:

Ayaqlar altında ali, çulu da,
Sürüyə bilmirlər artıq ulu da,
Görünmür adi bir çıxış yolu da,
Dirənib xirtdəyə burda bıçaqlar.

Tahir Kərimli:

İsa gizlətməkdə bəd niyyətini,
Əli itiribdi qətiyyətini,
Qorxur ki, itirə fərdiyyətini,
Örtə üst-başını qalın saçaqlar.

Həsən Kərimov:

Yenə də bosslara girişibdilər,
Radikal qurumlar dirəşibdilər,
Bunlar yaman yerdə ilişibdilər,
Yolları natamam, məchul bucaqlar.

Tahir Kərimli:

Ölkəyə bəlalar gətirənlərə,
Bağında alaqlar bitirənlərə,
Mənəvi gücünü itirənlərə,
Əlac etməyəcək falçılar, maqlar.

Həsən Kərimov:

Bosslardan azacıq tavan edərsə,
Özünü avara, avam edərsə,
Liderlər bu cürə davam edərsə,
Tezliklə yatağa düşüb naçaqlar.

Tahir Kərimli:

Batdı Müsavatda radikal gəmi,
Çıxıb kəlləçarxa Əlinin qəmi,
Hər seçki zamanı olduğu kimi,
Yenə içlərində sönər ocaqlar.

Digər xəbərlər