Lalə Hacıyeva:
Müsavatda İsa xalis hiyləgər,
Mənəviyyatsızsa Əli bir qədər,
Ondarın birliyi, şübhəsiz, hədər,
Burda tərəflərdə yeganə maraq,
Nə viski deyildir, nə ki, araq,
Çünki yıxılıblar taraqqataraq.
Razi Nurullayev:
Müsavat adi daş, cəbhə bir əqiq,
Əli də başqana göstəribdi fiq,
İsadan nə çıxar, bilirəm dəqiq,
Əli bəy saqqala olardı daraq.
Lalə Hacıyeva:
Sənin o "Yurd" Əlin mənən çox dayaz,
Onu yay günündə vurubdu ayaz,
Bəyəm qaz etmədi Əlini Ayaz,
Ondan xatirələr sinəmdə varaq.
Razi Nurullayev:
Müsavat on qram, "Yurd" isə bir ton,
Başqandan kənar gəz, sən cəbhəyə qon,
İsa bu sırada adi baş patron,
Əlinin ətrafı bizlər bir yaraq.
Lalə Hacıyeva:
Mənim qabağımda hər ikisi qaz,
Əli saçlı isə, İsa bir az daz,
İsa hiyləgərsə, Əli kələkbaz,
"Yurd"un yaxasını sən dartma qıraq.
Razi Nurullayev:
Görmüsən İsa tək Əli ağ olsun,
Rusa, ingilisə o, bayraq olsun,
"Azadlıq" getdisə, canın sağ olsun,
İndi gəl biz "Yurd"da qonaqlıq quraq.
Lalə Hacıyeva:
Biri Hadıdırsa, o biri Bıdı,
Hər iki boğazda çatışmır çatı,
Əli də, İsa da dağıdıcıdı,
Biri selləmə tək, o biri quraq.
Razi Nurullayev:
Qoşma gic İsaya sərsəm başını,
Bizim qərargaha sür sən maşını,
Tulla sən Əlini söymək daşını,
"Yurd"a təşrif gətir, birlikdə vuraq.
Lalə Hacıyeva:
Bu gün görməkdədi İsa bəy pis gün,
Əli də olubdu başqandan küskün,
Çıxıbdı Əlidən mənəvi düşgün,
Sənin özün oldun adi bir durak.
Razi Nurullayev:
Heç vaxt toxunmadıq zilə-bəmə ki,
Müsavat batıbdı dərdə-qəmə ki,
İsa ayrı dursun, cəhənnəmə ki,
Səninlə Əliylə birlikdə duraq.
Lalə Hacıyeva:
Həmkarlar ayrılıb çoxdan masayla,
Birləşdirmək olmaz qəti əsayla,
Əgər itsə idi Əli İsayla,
Kimsə axtarmazdı əlində çıraq.
Razi Nurullayev:
"Azadlıq" sevməzlər məsləksiz qalıb,
İsanın ətrafı istəksiz qalıb,
Bu gün Müsavat da dəstəksiz qalıb,
"Yurd"u dəstəkləyir Pakistan, İraq.
Lalə Hacıyeva:
Bizə yad təkliflər sırına bilməz,
Həmçinin, səbəbsiz yarına bilməz,
Sizin yeni blok yarana bilməz,
Gəl bu sazişi də birlikdə cıraq.
Razi Nurullayev:
Başqanın pulverməz bossları dəm, gic,
Pulları cibinə qoyanlar da bic,
Qıraqda Müsavat olacaq çəkic,
Biz isə çəkicə söykənən oraq.
Lalə Hacıyeva:
Əli də, İsa da verməkdədi çat,
Yeni blokun da vəziyyəti pat,
Səhvi buraxırsa "Yurd"la Müsavat,
Cavabı sədrdən yox, kimlərdən soraq?
Razi Nurullayev:
Xəbərdar etmədən xaricə qaçsa,
Bossla dilbir olub qəddini açsa,
İsa xərifləyib həddini aşsa,
Bizə işarə ver bağrını yaraq.
Lalə Hacıyeva:
Kim qaçmaq istəsə bizdən daha bərk,
Kimlər ki, edəcək gücümüzə şəkk,
Kimlər ki, saymadı bizi qüvvə tək,
İmkanımız var ki, onları yoraq.
Razi Nurullayev:
Çıxsın müxənnətin hər iki gözü,
Biz ona vermərik sonuncu sözü,
Təkzib etsə bizi İsa bəy özü,
Deyərik birləşək, pis şeydir fəraq.
Lalə Hacıyeva:
Blok yaradırlar cansız, əzasız,
Çətin ki, ötüşsün dostlar qəzasız,
"Yurd" Əli özü də qalmaz cəzasız,
Qapacaq İsanı itimiz Paraq.
Razi Nurullayev:
Qalxarıq ayağa polumuz üstdən,
Yük də götürülər qolumuz üstdən,
Ya İsa çəkilər yolumuz üstdən,
Bizə kömək edər ya cadugər-maq.
Lalə Hacıyeva:
Köməyimiz olar ən sınaqlı pir,
Təpədən-dırnağa Əli, İsa kir,
Bizim məqsədimiz, məramımız bir,
Rəqib ürəyindən şirəni soraq.
Razi Nurullayev:
İsa koruş bıçaq, biz iti tiyə,
Güc göstərə billik naşükür bəyə,
"Yurd"u çıxarmaqçün yüksək mövqeyə,
İsanı biryolluq vuraq uçuraq.