PDF Oxu

Köşə

  • 255

"DUİ" ən münasib blok kimi təqdim edilir

"DUİ" ən münasib blok kimi təqdim edilir

Pənah Hüseynov:

Çox pisdi bu Əli-İsa davası,
Fırlanır beynimdə təklif havası,
Bir "DUİ" olardı blok yuvası,
Mirmahmud burada olar lider, şah,
Onun dəstəkçisi ollam mən Pənah,
"DUİ" kütlələrə olar tez agah.

Mirmahmud Fəttayev:

Onları adamlar, kütlə də qınar,
Hər biri hirsindən alışıb-yanar,
Əlinin, İsanın bloku sınar,
Bizim bloka da düşər parlaq mah.

Pənah Hüseynov:

Məndə "cırtdanlar"a həm istək olar,
Pənah tək ideya verən tək olar,
"DUİ" Mirmahmuda bir dəstək olar,
İsanı, Əlini məhv edər tamah.

Mirmahmud Fəttayev:

Daha Müsavata axıntı olmaz,
Üstümüzə leysan yağıntı olmaz,
Bizim içimizdə dağıntı olmaz,
İsanı, Əlini udacaq timsah.

Pənah Hüseynov:

Elə ki, ifratlar oldu itkili,
Bizlərə uzanar "cırtdan"ın əli,
"Yurd"dan, Müsavatdan qaçar yetkili,
Kütlələr "DUİ"-yə gətirər pənah.

Mirmahmud Fəttayev:

Müsavat yeriyir sanki axsaq bit,
Gedən danışıqlar müəmmalı, şit,
Əli də, İsa da olar miningit,
Sapar o yana gah, bu yana da gah.
Pənah Hüseynov:

Bossun göndərdiyi para soyuyub,
Özü də bozumtul - qara soyuyub,
"Yurdla" Müsavatda ara soyuyub,
Bundan baş çıxarmaz heç Küçük Əmrah.

Mirmahmud Fəttayev:

Müsavat dəryası-dənizi qaçıb,
Xaricdən sellənən dən izi qaçıb,
Əlinin, İsanın bənizi qaçıb,
"DUİ" "cırtdanlar"ı görünür gümrah.

Pənah Hüseynov:

"Yurd"un, Müsavatın həyatı qısa,
Himə bənddilər ki, kimsə göz basa,
Ağzını açaraq nitq desə İsa,
Elə bil, toylarda oxuyur Manaf.

Mirmahmud Fəttayev:

Radikal cinahda qulaq olub kar,
Onlarda ağıl az, düşüncələr dar,
"DUİ"-də ədalət olub bərqərar,
İsada, Əlidə qalmayıb insaf.

Pənah Hüseynov:

Cəbhə və Müsavat paralanır hey,
Sıravi üzvlər aralanır hey,
Bizim ideyamız cilalanır hey,
"Yurd"da, Müsavatda vəziyyət tühaf.
Mirmahmud Fəttayev:

"DUİ"-də şellənir onlarla ceyil,
Hər biri birliyə eyləyir meyil,
Nə Əli pak əməl sahibi deyil,
Nə İsa niyyəti olmamışdı saf.

Pənah Hüseynov:

Əli inləməkdə kürə dibində,
İsa çabalayır bərə dibində,
Onlar qərar tutub dərə dibində,
Bizi zirvəsinə qaldırıbdı Qaf.

Mirmahmud Fəttayev:

İsa indiyədək boss yemi qırpır,
Əli üst-başının ununu çırpır,
"DUİ"-də genişlik nəzərə çarpır,
"Yurd"da, Müsavatda daralır qılaf.

Pənah Hüseynov:

İndi radikallar qalıb düzəndə,
Gülürük, bizlərə dodaq büzəndə,
Biz mal-qara üçün yonca gəzəndə,
İfratlar yeməkçün axtarır yulaf.

Mirmahmud Fəttayev:

"DUİ" bu yerdə də saf, ulu qalıb,
Radikal kəslərin bir qolu qalıb,
Əlinin, İsanın bir yolu qalıb,
Əldə taxta silah etsinlər pif-paf.
Pənah Hüseynov:

İsanın, Əlinin vəziyyəti pis,
Haqlayıb onları böhran, krizis,
Onların yükünü çəkməz köhnə "ZİS",
Bu yolla, çətin ki, olsunlar qraf.

Mirmahmud Fəttayev:

Problem problem üstə yığılır,
Xarici-daxili bosslar sağılır,
Artıq Əlinin də "Yurd"u dağılır,
Sarıb Müsavatı qovğa, ixtilaf.

Pənah Hüseynov:

"Liderlər" özünü qoyublar naza,
Qane olmayacaq heç biri aza,
Əli ilə İsa ağız-ağıza,
Uzun sürəcəkdir bu lüzumsuz laf.

Mirmahmud Fəttayev:

Siyasətləri də dartmır pulları,
Boss az verdiyindən artmır pulları,
Bahalı maşına çatmır pulları,
İndi onlar üçün kiçik gəlir "RAF".

Pənah Hüseynov:

İndi Müsavatda bəzənib xonça,
Əli də, İsa da cumublar punşa,
İstərlər yeyələr şirəli yonca,
İndi önlərinə atan yox alaf.

Mirmahmud Fəttayev:

Əli də, İsa da gəzir uçurum,
Bizlərdə nisbətən yaxşıdır durum,
"DUİ" cərimədən azad bir qurum,
"Yurd" da, Müsavat da verəcək ştraf.

Digər xəbərlər