PDF Oxu

Köşə

  • 24

"Qafqaz əməliyyatı"

"Qafqaz əməliyyatı"
Təbrik edirəm sizi, əziz cudoist Vladimir Vladimiroviç, balacaboy Dmitri Anatolyeviç, Yerevanda 49 il Ermənistana ATALIQ edəcəyinizə və onları qoruyacaqınıza dair sənəd imzaladınız. Siz öz mövqeyinizi ortaya qoydunuz artıq! Bəli, "Sən kimin dostusan, Moskva?" demək artıq mənim üçün gecdi, çox gecdi Vladimir Vladimiroviç. Aleksandr Sergeyeviç Puşkinin şeirlərindəki kimi, yenə də azı yarım əsr ərzində qafqazlı anaların uşaqlarını lay-lay əvəzinə, rus əskərləri ilə qorxudacaqlar, yenə ermənilər ivanların gücünə arxalanıb, üstümüzə ayaq açacaqlar, yenə...
Bilirəm, mənim bu sözlərim bir az qəribə göründü. Çünki Moskvanın mövqeyi neçə əsrlərdir ki, bütün başıbəlalı Qafqaza və azərbaycanlılara məlumdur. Burası belədir. İndi siz bütün gücünüzü Ermənistanın silahlandırılmasına yönəltmisiniz və hətta Ermənistan bizimlə yüz il sürən fasiləsiz müharibə aparsa da onlara verdiyiniz silah-sursat bəs edər bu faşistlərə! Balacaboy D.Medvedev Yerevanda RUS ORDUSUNUN DAHA 49 İL ERMƏNİSTANDA QALMASI BARƏDƏ SƏNƏDƏ İMZA ATDI! Bu isə, o deməkdir ki, biz müsəlman azərilər Qarabağı erməni faşist uşaqlarından azad etmək istəsək, onda ən azı qarşıdakı 49 il ərzində qabağımıza erməni yox... siz ruslar çıxacaqsınız, vəssalam. 1992-ci ildəki Xocalı genosidindəki baş aktyor rolunu oynamış 366-cı rus alayı kimi! Fakt budur. Yalan deyirəm? Allah eləməsin! Edvard Nalbandyan balaca uşaq kimi elə sevinə-sevinə açıqlamalar verir ki, elə bil, əsil atasının kim olduğunu indi bilir!
Fakt budur və bunu, nəinki siz, hətta bir neçə il əvvəl o dünyaya "yollanan" Boris Nikolayeviç Yeltsin də, çar Nikolayı devirib bütün Rusiyanı "zibilə salan", indi də mavzoleydə sümükləri belə çürümüş Vladimir İliç Lenin də bilirdi. Elə o gorbagor olmuşun vaxtında da bu, belə idi, indi də davam edir. Biz iki əlimizi və on barmağımızı bala batırsaq da, siz onu acı istiot kimi görəcəksiniz, yəni bunu da bilirəm. Amma onu da təkcə mən yox, elə siz də bilirsiniz ki, bütün bunlara rəğmən biz müsəlman azərilər yenə sizi sevirik, heç nə olmamış kimi. Bizim Bakıda rus dilində danışmaq elitarlıq, bəzən öz dilimizdə söz soruşmaq isə "çuşkalıq" sayılır, bunu elə siz də yaxşı bilirsiniz. Məhsulun, ərzağın ən yaxşısını seçəndə "Moskovski"yə üz tuturuq. Yəni mahiyyətimiz budur Vladimir Vladimiroviç! Sizi nədənsə sevirik!
Hərdən adamın sizə belə bir sual verməyi də gəlir: "Biz nə edək ki, sizin xoşunuza gələk, Ağabala, ee, bağışlayın, səhv saldım, Vladimir Vladimiroviç, Dmitri Anatolyeviç?". Nə etsək də, sizə xoş gələ bilməyəcəyik. Siz niyə bizi sevmirsiniz? Bəlkə bizə güvənmirsiniz? Bir az da belədir, məncə. Çünki ermənilərdən fərqli olaraq azərbaycanlılar azadlığa və müstəqilliyə sevdalıdırlar ki, bu da onların ETİBARLILIQ LİMİTİNİ TÜKƏDİR! Amma məsələ bununla bitmir. İndi regionda durum o qədər mürəkkəb və sürətli şəkildə dəyişir ki, acazıq bir ehtiyatsızlığın nələrə gətirib çıxara biləcəyin düşünəndə, "Sehrli xalat" filmindəki vəzirin dediyi olmasın, "adamın tükləri biz-biz olur"... Siz Ermənistanı silahlandırırsınız, qarşı tərəfin də əlində elə kozırlar var ki, güclü Moskva bundan az ziyan çəkməyəcək. Xüsusilə, Türkiyənin proseslərə fəal müdaxiləsi, regiondakı siyasi duruma fəal diplomatik qiymət verməsi situasiyanı dəyişə bilər. Düzdür, Rusiya və Türkiyə arasındakı münasibətlər elə bir mərhələdədir ki, hər şey tamam fərqlidir. Yəni regionun bu iki nəhəng ölkəsinin baş verənlərlə bağlı birgə məsləhətləşmələri və danışıqları əvvəlkindən tam fərqlidir. İndi ABŞ və Avropa ölkələrindən sayğısızlıq və özünə qarşı mənfi mövqe görən Türkiyə üzünü Şərqə tərəf çevirməklə həm regionda güc sahiblərindən biri olduğunu təsbit edib, həm gücünü göstərdi, həm də region ölkələri ilə strateji müttəfiqlik səviyyəsində yeni münasibətlərin qurulmasına çalışır. Burası belədir, amma belə məqamda Ermənistanı silahlandırmaqla Moskva Türkiyənin etibarını da itirir. Ankarada başa düşürlər ki, rəsmi Yerevan neçə əsrlərdir ki, ta Nikolay vaxtından üzü bəri Kremlin kəbinli və kəbinsiz arvadı rolunda çıxış edir. Belədə Moskvanın onlara "atalıq" etməsi də "başadüşüləndir". Amma bütün bunlar Rusiyaya regionda Ermənistanı silahlandırmaq üçün əsas vermir axı! V.Putin və D.Medvedev bu məsələdə regionda Rusiyaya dost tapılacaq bir dövlət qoymayacaqlar, deyəsən. Regionda və dünyada dostlarını sürətlə itirən Rusiya, deyəsən, axırda Ermənistanla təklikdə qalacaq.

Digər xəbərlər