Arif Hacıyev:
Gəlibsə Əli bəy İsa yanına,
Deməli, gəlibdi kassa yanına,
Burdan da gedəcək kosa yanına,
Əgər sözümüzə əməl etməsə,
Onunla sözümüz olacaq kəsə,
Tabe olmalıdı bu gün o, bizə.
Fuad Qəhrəmanlı:
Müsavat çox kiçik, "Yurd" böyük dirrik,
Əliylə birlikdə biz böyük sirrik,
Sözsüz, "Yurd" Əliyə üstünlük verrik,
İsa qəbul edə, istərsə küsə.
Arif Hacıyev:
Bizim ifratlara inanıb millət,
Kütlələr çəkməkdə çətinlik, zillət,
Radikal əlində olmalı dövlət,
İsa verəcəkdir Əli nə yesə.
Fuad Qəhrəmanlı:
Biz də əleyhinə çıxdıq dövlətin,
Gördük düz bircə il qulluq ləzzətin,
İsa cəlb etməli ona diqqətin,
Biz tabe oluruq ona, nə desə.
Arif Hacıyev:
İsa fəda olub bossun "da"sına,
Əliniz də qulaq assın "da"sına,
Çoxu qurban getdi rusun "da"sına,
Dövlət marağını biz verdik "yes"ə.
Fuad Qəhrəmanlı:
Dövlət, dövlətçilik bizimçün deyil,
Bu sözdən bədənim basıbdı ziyil,
Əli bədxahlığa eyləyib meyil,
Qoy İsa özü də üz tutsun pisə.
Arif Hacıyev:
Nə onda, nə bunda rütbə yox gizir,
Pul buraxan bosslar yamanca bezir,
Əli təmiz qara kostyumda gəzir,
İsa qulağacan batıbdı hisə.
Fuad Qəhrəmanlı:
Söz açır, Əli bəy məqsəd, amaldan,
Sizin başqanınız məhrum kamaldan,
İsa vəz oxuyur Qərbdən, Şimaldan,
Biz öz sözümüzü deyirik kəsə.
Arif Hacıyev:
Xaric balığı yox, bir tıx göndərir,
Qrantla yanaşı həm mıx göndərir,
Bosslar Əli bəyə zırnıx göndərir,
İsaya göndərir dollarlı kisə.
Fuad Qəhrəmalı:
Xaric pul göndərir, sizlər olub məst,
"Yurd"da da Əliyə çox eylədik qəsd,
Bizlər Ələvilər siz İsapərəst,
Sizin Müsavatdan ummuruq nəsə.
Arif Hacıyev:
Dikdiniz nəzəri sonsuz fəzaya,
Düşdü Əliniz də bundan qəzaya,
Qızıl demədiniz sizlər İsaya,
Əlini bərabər tutduq biz misə.
Fuad Qəhrəmanlı:
Bizlər uzun illər içdik arağı,
Çəkdik ön sıraya şəxsi marağı,
İsa da, Rauf da bezin qırağı,
Gəldik siyasətə biz əsə-əsə.
Arif Hacıyev:
Bizlər də dördəlli yapışdıq oddan,
Kəsdi yolumuzun üstünü Xortdan,
Əli də, Lalə də düşübdü moddan,
Son vaxtlar ekranda görünmür Nisə.
Fuad Qəhrəmanlı:
Bu günlər İsa da bir sümük-dəri,
Başından aşıbdı hər dərdi-səri,
Əlidi cəbhənin güclü lideri,
İsanın obyekti adi mey-məzə.
Arif Hacıyev:
Mən Müsavatdayam, buna çox şadam,
Bir də var Lalə tək satqın bir "Madam",
İsa siyasətdə möhtəşəm adam,
Əli siyasətə gəlibdi təzə.
Fuad Qəhrəmanlı:
Əli üçün bayram "Yurd"da keçən gün,
Odur ki, İsadan Əli bəy üstün,
İsa öz partiya üzvləri üçün,
Vurmamış özünü heç oda-közə.
Arif Hacıyev:
Bizim Müsavatın ağırdı daşı,
Başqanın bu yolda qanayıb qaşı,
Daim qalda olub İsanın başı,
"Yurd" Əli düşməyib dumana-sisə.
Fuad Qəhrəmanlı:
Müsavat İsayçün adi qazandı,
Başqan maraqlarda bossu pusandı,
O uğuru "Yurd"da Əli qazandı,
Qismət olmamışdır hələ heç kəsə.
Arif Hacıyev:
Vaxt olub ki, başqan lap "as"sız olub,
O çətin vaxtda da o, yassız olub,
O gün ki, Əli bəy libassız olub,
İsa bəy bürünüb bahalı xəzə.
Fuad Qəhrəmanlı:
İndi azalıbdı sənin də toçkan,
Kəsib pul yolunu xaricdə İşxan,
Belə ki, yüksəkdən getməkdə başqan,
Siyasi məntiqi qorx ki, tez çezə.
Arif Hacıyev:
Kütlə dəstəkləyir bizi ölkədə,
Reytinq cədvəlimiz artıb bölgədə,
Əvvəl də "Yurd" Əli qalıb kölgədə,
İsa başçı olar ancaq baş mizə.
Fuad Qəhrəmanlı:
Gərgin əsəbimiz daim tarımda,
İsa sallanmaqda sərt uçurumda,
Əli sədr olmasa yeni qurumda,
İsayla gəlmərik heç vaxt göz-gözə.