PDF Oxu

Köşə

  • 30

Orucluq, acgöz mollalar və axirət məsələsi...

Orucluq, acgöz mollalar və axirət məsələsi...
Əvvəlcə bütün cümlə müsəlman əhlini bu gözəl orucluq bayramı münasibəti ilə təbrik edirəm, Allah istəklərinizə görə versin. Sidqi-ürəkdən İSLAM DİNİNƏ bağlanan və tutduğu orucu, qıldığı NAMAZI reklam xatirinə və ya ad-san qazanmaq, özünü camaatın gözünə "çestni müsəlman" kimi dürtmək üçün deyil, bütün varlığı ilə İSLAMİYYƏTƏ BAĞLANARAQ yerinə yetirmək üçün qılanları bağrıma basıram və Allah-Taaladan onların dualarının qəbul olunmasını diləyirəm. Məni yəqin ki, düzgün başa düşdünüz əziz oxucularımız. İndi elə bir dövrə gəlib çıxmışıq ki, daha imanlı ilə imansızı, yalançı dinpərəstlə bütün varlığı ilə Allaha bağlanan insanları ayırd etmək kifayət qədər çətin məsələyə çevrilib. "Neynəyək, zəmanə belədir" - deyib keçməyin! Çünki vallah, zəmanə də həmin zəmanədir, dünya coğrafiyası da elə həməndir, sadəcə, insanların psixologiyası dəyişib, vəssalam! Allah ölkə Prezidentinə uzun ömür versin, kişi dini dəyərlərimizin, müqəddəs ocaqlarımızın yenidən qurulması və insanların istifadəsinə verilməsi üçün əlindən gələni edib-edir, insanların dini dəyərlərinin inkişaf etdirilməsi üçün bütün lazimi tədbirlər, infrastrukturlar yaradılır, bəli, yaradılır. Mən bunları hansısa tərif-filan üçün demirəm və ölkə rəhbərinin də buna heç bir ehtiyacı yoxdur. Mən faktla danışıram və hər şey də ortadadır. Neçə-neçə məscidlərimiz təmir olunub, gözəl dekorasiya ilə istifadəyə verilib, ibadətgahlar yaradılıb. Bunları görməmək elə Allahsızlıqdır ki, var! Amma məsələ bunda deyil. Məsələ o gözəl məscidlərdə, ibadətgahlarda bu gözəl şəraitə uyğun olaraq islam dininin necə təbliğ olunmasında, islamın bir müqəddəs din kimi, insanlığı və Allah-Taalanın gözəlliklərini anladan elm kimi insanlara necə çatdırılmasındadır, əziz qardaşlarım! Deyəndə ki, bizim yerlərdə əsil savadlı, islam dinindən xəbəri olan, insanlarda öz əməlləri ilə, fikir verin, ÖZ ƏMƏLLƏRİ İLƏ islam dininə sevgi və inam, iman yaradan din adamlarına çətin rast gəlinir, sözümü qəribçiliyə salırlar. Yox, qardaşım, vəziyyət belədir. İndi orucluq ayı daxil olur. Gör bir molla, din adamı hansı bir yerdə, kənddə, şəhərdə camaatı başına yığıb orucluğun, zəkatın vacibliyi barədə, imkansız adamlara kömək etmək, Allah-Taalanın buyurduğu gözəl şərtləri el dilində camaata çatdırmaq üçün hərəkət edir, iş görür? Bunun üçün də göstəriş, əmr etməkmi lazımdır? Yox, qardaşım, bunun üçün birinci istək, sonrası və ən vacibi də SAVAD lazımdır ki, bunların da heç biri bunların əksəriyyətində yoxdur. Bu adamlar qabağa çıxıb camaatı, dinə, imana çağırmalı, elə müqəddəs orucluğun gözəl şərtləri barədə insanları maarifləndirməlidirlər. Amma vəziyyət tamam başqadır axı deyəsən... İndi az qala yas mərasimlərini də şadlıq saraylarında keçirməyə, süfrənin də üstünü toydakından heç nə ilə fərqlənməyən şəkildə bəzəmək yarışına çıxıblar bir çoxları... Yas yerində verilən ehsan süfrələrinin üstündə nələr yoxdu, nələr! El dili ilə desək, bircə "quş südü" əksikdir ki, o da lap yaxın günlərdə bu süfrələrdə yerini alacaq. Əlinə beş-on manat pul keçib harınlanan da özünü reklam edir, kasıbçılığını güclə çəkən kasıb da borca girib ondan geri qalmaq istəmir. Bir sözlə, yarışhayarışdır yas yerlərində. Yas yerlərində kasıbla varlını ayırd etmək mümkün deyil indi. Hətta yas mağarlarının aşağısında bir dəftər və qələm də qoyublar ki, bəs pul yazdırmaq lazımdır! Dəhşətdir, özü də cəhənnəm dəhşəti! (Əvvəllər toy mağarları deyirdilər... İndi tam əksinə olub.) Bu bisavad adamlar daha başa düşmürlər ki, özlərini reklam etdirmək üçün bu süfrənin üstünə alıb tökdükləri min bir nemət, bahalı ərzaqlar MƏRHUMUN günahlarını azaldıb cənnətə aparmır! Əgər belə olsaydı, onda bütün insanlar ölməmişdən əvvəl cənnətə getmək üçün on il sərasər cənnət ehsanı verərdilər. Axirəti ehsanla almaq olmaz! Bütün günü yas yerlərində "kliyent tutmaq" üçün didişən, aş-qara yeyib dindən, imandan danışmaq əvəzinə, bin Ladendən tutmuş Hillari Klintonun qızının ərə getməsinə qədər hər şeyi müzakirə edənlərdən nə ummaq olar? Bütün bunlar bilirsiniz nədən yaranır, cahil mollaların əməllərindən. Onlar öz ciblərini doldurmaq üçün min bir fırıldağa əl atırlar. Keçmişdə raykom katibi, sürücü, nə bilim, min bir yolla camaatın başına yüz oyun açanlar indi mola cildinə girib mənəvi dəyərlərimizi məhv edirlər. Özü də AXİRƏTLƏRİNİ DÜŞÜNMƏDƏN!

Digər xəbərlər