Mirmahmud Fəttayev:
Bugünkü vəziyyət gəlhagəl vermir,
Versə də pis verir, heç gözəl vermir,
Sizin mitinqiniz bizə əl vermir,
Blok ümidiniz qırılır, vot-vot,
Bizim xeyrimizə olacaqdı şot,
Mirmahmud mitinqi edəcək boykot.
Qabil Hüseynli:
Əgər çox deyinsən sənə dəyər çər,
Sözündə məntiq yox, bilsəydin əgər!
Boş boykotla qarın doyarmı məgər?
Sənin məntiqində nə su var, nə ot.
Mirmahmud Fəttayev:
Bizə öz canını töhfə demişdi,
Arxada, yəqin ki, q... demişdi,
İsa bizə əsil cəbhə demişdi,
İndi də Əliyə eyləməkdə xod.
Qabil Hüseynli:
Sənə söz qandırmaq çox uzun çəkər,
Adamın gözünə qaranlıq çökər,
Yəqin ki, bilməzsən soruşsaq əgər,
Rusca erkək pişik koşkadı, ya kot?
Mirmahmud Fəttayev:
Gah beş olubsunuz, gah dörd, gah da üç,
Sonra Qərb tərəfə elədiniz köç,
Əvvəllər boykota vermişdiniz güc,
İndi də mitinqi salıbsınız mod.
Qabil Hüseynli:
Yoxdu mərdimazar özünüz kimi,
Səsimiz gur deyil, sözünüz kimi,
"DUİ" öləziyir gözünüz kimi,
Bizim gözümüzdə parlamaqda od.
Mirmahmud Fəttayev:
İnamım qalmamış İsa təbinə,
Sizlərə yan alır şərəfsiz, ibnə,
Gözünüz dikilib bosslar cibinə,
Bossun kaşasına açılıbdı rot.
Qabil Hüseynli:
Etdim səni nərddə üç tasa məhkum,
Etdi Müsavatda həm İsa məhkum,
Qışınız, yayınız iflasa məhkum,
Kim payızda gülür, vıiqrayet tot.
Mirmahmud Fəttayev:
Mələk nəhs əməli günaha yazır,
Zaman da sizlərə dar qəbir qazır,
Sizlər hər pəsdahdan çıxmağa hazır,
Belə bir qələti eyləməzdi Lot.
Qabil Hüseynli:
Zülmətli yeriniz daha dərində,
Hamınız ölümün soyuq tərində,
Batmısız "DUİ"-nin üfüqlərində,
Sizi bataqlıqdan çıxarmaz yüz at.
Mirmahmud Fəttayev:
Didir içinizi bakteriya, qurd,
Artıq başınızı saxlamır kök ard,
Tərkib hissəsinə bölünübdü "Yurd",
Müsavat verməkdə əlacsız min çat.
Qabil Hüseynli:
Gözlər çuxurdadı, sifət qaralır,
Artıq "cırtdanlar"la ilqar qırılır,
Əliyə, İsaya baxıb cırılır,
Müsavat önündə "DUİ" qalıb mat.
Mirmahmud Fəttayev:
İsa bu bloka nahaq rəng verir,
Əli də "Yurd"unda çoxlu əng verir,
Nə kütlə, sizlərə bir dəstək verir,
Qərbli bosslar özü edib sizi pat.
Qabil Hüseynli:
"DUİ"-nlə birlikdə səni yan, alış,
Başının altına çox qoyduq balış,
Səndən baş çıxarmaz nə ləzgi, talış,
Sənin amalını başa düşməz tat.
Mirmahmud Fəttayev:
Başqanda siyasət yoxdu bir gilə,
Heç ağız açmayın Muğana, Milə,
İsaya söylə ki, çıxmayın zilə,
Sən də öz fəhminlə xalqı az aldat.
Qabil Hüseynli:
Batmısız xülyalar şirinliyində,
Sən özün kölgələr sərinliyində,
"DUİ" uçurumun dərinliyində,
Onu xilas etməz neçə yüz saldat.
Mirmahmud Fəttayev:
Mitinq keçirərsiz, olsa üz əgər,
Sevinin yığsanız adam yüz əgər,
İsadan çıxarsa Təpəgöz əgər,
Gözünü oyaram onun mən Basat.
Qabil Hüseynli:
Sənin əleyhinə danışır testlər,
Əgər bacarırsan özünü göstər,
İsa Əli ilə yol getmək istər,
Sən isə yavaş get, sözünü qısalt.
Mirmahmud Fəttayev:
Bir İsa qanmadı, daş-kəsək qandı,
Yalan vızıldatmaq sənə asandı,
Bəlkə o, nə vaxtsa uğur qazandı,
İsanın uğursuz dəmini yaşat.
Qabil Hüseynli:
Yaş ötüb, olmazsan cavan, çörək ye,
Versə Bill, ya da Cek, İvan, çörək ye,
"DUİ"-ndə ac otur, yavan çörək ye,
Bossların puluyla qurarıq büsat.
Mirmahmud Fəttayev:
Sizə iddianız gələcək baha,
Sizin dindarlar da batar günaha,
Kütləvi aksiya baş tutmaz daha,
İflasdan yol tapsın çətin Müsavat.
Qabil Hüseynli:
Yaşa dolsan belə uşaq adamsan,
Bir az vəhşitəhər vaşaq adamsan,
Sən özün uğurdan uzaq adamsan,
"DUİ"-n tapmayacaq heç zaman nicat.