Vurğun Əyyubov:
"Yurd" Əli İsayla danışıb ki, bəs
Onlar birləşirlər çıxarmadan səs,
Deyirlər, inşallah, gətirməz bu nəhs,
Əgər İsa bəysə, Əli də bir bəy,
Onlar göstərməkdə işgüzarlıq, səy,
Artıq birlik haqda yaranıbdı rəy.
Nurəddin Məmmədli:
Əlbəttə, bizim bəy, sizin bəyiniz,
Elə hər ikisi coşqun bir dəniz,
Bu birləşmə ilə salarlar bir iz
Ki, onun sonluğu olar çox qəşəng.
Vurğun Əyyubov:
Kütlələr qalmaqda bu işlərə mat,
Əli piyadayla, İsa şahla mat,
Əlinin cəbhəsi, bizim Müsavat,
Görərsiz birləşdi atıldı fişəng.
Nurəddin Məmmədli:
İsa nəzərləri tam Qərbə alar,
Rəqib də fikrini bir hərbə alar,
Müsavat Əlidən bir zərbə alar,
Dağılan parçalar alarlar min rəng.
Vurğun Əyyubov:
Başına kül tökdü əliylə İsa,
Bil, yola gedərdi dəliylə İsa,
Danışıq aparsa Əliylə İsa,
Plansız söhbətdən yorulacaq əng.
Nurəddin Məmmədli:
Baxıb arxasınca hey, matdım-matdım,
İsa qiyyə çəkib deyərdi batdım,
Əli çəkilməsə geri bir addım,
Gətirər ağızı-dili dada bəng.
Vurğun Əyyubov:
Maliyyə imkanı xarici divdə,
İsanın özü də, Əli də gövdə,
Qoy öz arasında qursunlar sövdə,
Gəlin liderləri eyləməyək dəng.
Nurəddin Məmmədli:
Həmkarlar siz susun, düşməyin küyə,
Xaric özü bizə durubdu yiyə,
İsa ilə Əli birləşsin deyə,
Xarici bossların özü edib zəng.
Vurğun Əyyubov:
Heç əməlimiz də zinət verməyib,
Bizə heç kütlə də qiymət verməyib,
Xaric də boş yerə nemət verməyib,
Bossların süzdüyü şərab da turşəng.
Nurəddin Məmmədli:
Payızda əsəcək xoş səmum yeli,
Bişəcək onların ağzında dili,
Qoyun birləşsinlər İsayla, Əli,
Nə qədər ayrıldıq, işlər getdi ləng.
Vurğun Əyyubov:
Cari ildə başa çatmayıb son rüb,
Liderlər kənarda qaş-qabaq töküb,
Tufandan öncə bir sakitlik çöküb,
Liderlik üstündə eyləyirlər cəng.
Nurəddin Məmmədli:
Bir şərtlə: ağlasın ifratlar biz tək,
Biz çox iş görərik olarsa istək,
Ermənipərəst tək rus bizə dəstək,
Bizim erməniyə dəstəkdi firəng.
Vurğun Əyyubov:
Bosslar da bizlərə verirlər acıq,
Həmlələr edirlər bizlərə açıq,
Hər yetən atmaqda bizlərə palçıq,
Gərək özümüzə vuraq biz bəzək.
Nurəddin Məmmədli:
Sözsüz, çox çətindi, gərək biz dözək,
Biz bosslardan küssək, dağılar özək,
İndi bu məbləğlə vurulmur bəzək,
Çünki üstümüzdə lap çoxdu təzək.
Vurğun Əyyubov:
Sayılıb payızda həmişə cücə,
Uğur qazanmırdıq biz gündüz-gecə,
Deyirəm, liderlər birləşsin tezcə,
Barı gedib Qərbdə doyunca gəzək.
Nurəddin Məmmədli:
Olduq bundan sonra kütləyə gərək,
Əgər istəriksə bolluca xörək,
Pul alıb yaşayaq bosslardan gərək,
Ya ayaq uzadıb tezliklə çezək.
Vurğun Əyyubov:
İndi radikalın son ucu blok,
Çətin biz düzəldək onuncu blok,
Əgər baş tutmazsa sonuncu blok,
Dağılar Müsavat adlı bir özək.
Nurəddin Məmmədli:
Üzümüzə dodaq büzsə krizis,
Biz gərək azaldaq, yüzsə krizis,
Payızda bizləri üzsə krizis,
Ayağa durmaqçün gərək biz dözək.
Vurğun Əyyubov:
Əgər ifratsansa bol-bol yat, uyu,
İndi önümüzdə dərindi quyu,
Boğazdan yuxarı çıxsa sel suyu,
Bizlər batmamaqçün gərəkdir dözək.
Nurəddin Məmmədli:
Qalmasa narıncı beldə lent belə,
Bizi sıxışdırsa hər gün ment belə,
Əgər göndərməsə boss bir sent belə,
Üzümüz çox bərkdi, çətin ki, bezək.
Vurğun Əyyubov:
Liderlər ağıla gəliblər, barı,
Qoy iş tamamlansın qalmasın yarı,
Ataq bar kənara qalmaqalları,
Hər bir problemi daxildə çözək.
Nurəddin Məmmədli:
İnşallah, bosslar da bizə yar olar,
Bizə qoşulmayan kəsə ar olar,
Payızda uduzsaq, qışda qar olar,
Biz də buz üstündə sürərik xizək.