PDF Oxu

Köşə

  • 22

Xarici bosslardan asılı radikallar

Xarici bosslardan asılı radikallar

Əli Kərimov:

İsa çağrışına səs verməyimlə,
Laləylə dostluğu mən verdim yelə,
Başqan da dedi ki, lazımdı belə,
O, mənə dedi ki, tez yanıma gəl,
Mənim bayrağıma özün tut məşəl,
Bosslar da bizlərə tutacaqlar əl.

İsa Qəmbərov:

Götürdüm üstümə hər qınağı da,
Gətirdim Əli tək bir qonağı da,
Nəhayət, dağıtdım lAzadlığ"ı da,
Lalənin ayağına vurdum neçə pəl.

Əli Kərimov:

Radikal savaşı keçəcək raka,
O zaman İsaya deyərəm paka,
lAzadlıq" xış kimi köhnə texnika,
Lalənin əlində qalacaqdı vəl.

İsa Qəmbərov:

Laləni yolumdan itirdim ki, mən,
Müsavatda bir lYurd" bitirdim ki, mən,
Əlini yanıma gətirdim ki, mən,
Dediyimə ciddi eyləsin əməl.

Əli Kərimov:

Demədim blokda bir ordum qalıb,
Paxılam, qarnında öz qurdum qalıb,
Əlbəttə, cəbhədə boş lYurd"um qalıb,
Müsavatla isa möhkəmdi təməl.

İsa Qəmbərov:

Mənə bir kəfənlik bez göndərsələr,
Özü də təcili, tez göndərsələr,
Bosslar pul verməyib, üz döndərsələr,
Onların şəninə demərəm qəzəl.

Əli Kərimov:

Bizi boz radikal yaradıb Allah,
Pul verən bosslardı, şübhəsiz ki, şah,
Etibardan İsa yaxşıdı, vallah,
Bunu dəfələrlə demişəm əzəl.

İsa Qəmbərov:

Bizlərə bir qrup dul göndərməsə,
Geyməyə narıncı çul göndərməsə,
Bosslar xəsisləşib pul göndərməsə,
O vaxt başımıza tökülər xəzəl.

Əli Kərimov:

Heç kəs ipək saymaz adicə çiti,
Xaric də vəfasız dünya tək gidi,
Vəsait İsanın problemidi,
Bosslar pul verməsə, olardı gözəl.

İsa Qəmbərov:

Bossa işləməkdə gic olmuşam, gic,
Onları bu qədər zənn etməzdim bic,
Gərək bizə pulu göndərsin xaric,
Radikal olmalı deyil ki, özəl.

Əli Kərimov:

Mən öz hücumumu çatdıram sona,
lVİP" Əli özü də girdi min dona,
Lalə düzəlmədi, çox dedim ona,
İndi mən başqana deyəcəm: düzəl!

İsa Qəmbərov:

Hər bir kəs məxsusi şırımındadı,
Əli də İsanın qurumundadı,
lYurd" Əli öz cəbhə durumundadı,
Məsləhət görürəm, ay Əli təzəl!

Əli Kərimov:

Mən başqandan başqa rəhbər görmədim,
Laləylə aramda çəpər görmədim,
lAzadlıq"da ciddi təpər görmədim,
İsa Müsavatda əsil kəldi, kəl.

İsa Qəmbərov:

Sözsüz, dəstək verər, bosslarım bizə,
Əgər gətirməsə həmkarlar gözə,
İsayla söykənib bir-birimizə,
Qoymarıq yaxına fitnəkar, çəpəl.

Əli Kərimov:

Bossların önündə daim başım dik,
Üstümə atmaqda xaric paslı çirk,
Bizlər radikalı silkəliyirik,
Şükür, nə qaşqayıq, nə də ki, təpəl.

İsa Qəmbərov:

Sənə Müsavatda saray tikərəm,
Lazım olsa səni burdan əkərəm,
Bosslardan üsullu pulu çəkərəm,
Sən başını dik tut, ay Əli, dikəl!
Əli Kərimov:

Heç kəs sənin kimi atmayıb mənə,
Heç bir opponentim batmayıb mənə,
Nə qədər səviyyən çatmayıb mənə,
Bircə təvəqqem var: a başqan, yekəl!

İsa Qəmbərov:

Heç vaxt verməmişəm səni bada mən,
Səndən uzaq olsun dedim qada, mən,
Səni gətirdim ki, Müsavata mən,
Mənim vasitəmlə kabab ye, kökəl!

Əli Kərimov:

Cəbhə həyatımda yazılı lövhə,
Heç vaxt yol vermədim sənin tək səhvə,
Gördün ki, boss vermir sənə bir töhvə,
Sən də daz başını əy, xeyli çökəl.

İsa Qəmbərov:

Mən bir qoca palıd, sən cavan cökə,
Qorx ki, cəbhən də bu blok tək çökə,
Nə mən danışmayım başımdan yekə,
Nə də sən adına gətirmə xələl.

Əli Kərimov:

Mənə uzun müddət sən rəqib oldun,
Düz yanıma gəlib tez rəfiq oldun,
Sən özün mənimlə müttəfiq oldun,
Get-get deyənlər çox, az deyən gəl-gəl.

İsa Qəmbərov:

Kimlər gəlsə belə bizlərə hədə,
Gərək heç birimiz uymayaq bədə,
Səninlə oturub xəlvət guşədə,
Alıb ələ çəngəl, yeyərik xəngəl.

Digər xəbərlər