PDF Oxu

Köşə

  • 14

Araqarışdıran Müsavat heç nəyə nail olmayacaq

Araqarışdıran Müsavat heç nəyə nail olmayacaq

Əvəz Temirxan:

Bu gün İsa xatırladır dəlini,
Aparmaqla özüylə "Yurd" Əlini,
Darıxdırır "MBH"-də gəlini,
Əsəb çıxıb kəlləçarxa Lalədə,
Yaxınlaşıb geniş arxa, Lalə də,
Yoxdu yaxşı kömək, arxa Lalədə.

Arif Hacıyev:

Bundan sonra gəlməz onun yuxusu,
Bizə gəldi yetkilinin çoxusu,
Məst eyləyər qızılgülün qoxusu,
Heç ləçəklər çatmaz qırxa Lalədə.

Əvəz Temirxan:

Lalə bənzər böyüklükdə beş dağa,
Siyasətdə öndə gedən əjdaha,
Əgər İsa son qoymursa pəsdaha,
Heç son qoymaz bu cür nırxa Lalə də.

Arif Hacıyev:

Gecə-gündüz peşənizdi karıxmaq,
Sıranızda vardı beş-on kor axmaq,
Müsavatda qəti yoxdu darıxmaq,
Sən də qoyma çox darıxa Lalə də.

Əvəz Temirxan:

Boss sevmədi sizdəki nəhs hürüşü,
Batırdınız meydanları, hörüşü,
Narahatdı İsa bəyin yerişi,
Bu yaşında yeriş yorğa Lalədə.

Arif Hacıyev:

Qrantın da qara-ağı İsada,
Hətta sonsuz boss marağı İsada,
Qərbə giriş bacarığı İsada,
Girməməli bu qoruğa Lalə də.
Əvəz Temirxan:

"MBH"-də qərənfillər bitirər,
Qərbə, Şərqə düz məlumat ötürər,
Arifləri yolda-izdə itirər,
İsaları verər çarxa Lalə də.

Arif Hacıyev:

Fitnə-fel çıxmaz onun canından,
Liberallıq təmizlənməz qanından,
Əli getdi, Vəli qaçdı yanından,
Düşüb yenə iş fırığa Lalədə.

Əvəz Temirxan:

Öyüyərək, qusa-qusa beynini,
Yeyib qarğa, sərçə, lisa beynini,
Əvvəl-axır yeyib İsa beynini,
Aparacaq sizi morqa Lalə də.

Arif Hacıyev:

Hər radikal nəzarətə meyilli,
Narıncılar xəsarətə meyilli,
Başqan özü ticarətə meyilli,
Gec-tez gedər özü torqa, Lalə də.

Əvəz Temirxan:

İtirdiniz əlaqəni şəhərlə,
Kəndə yollan cəld atın yəhərlə,
Öyünməsin İsa Qərbə səfərlə,
Çox gedibdi Nyu-Yorka Lalə də.
Arif Hacıyev:

Qərargahda yekə bir layka olub,
Hər yetkili üçün bir koyka olub,
Müsavatda çoxlu stoyka olub,
Biz görmədik bir stoyka Lalədə.

Əvəz Temirxan:

Çoxu deyir İsa kalan olubdu,
Siyasətdə bəxti talan olubdu,
Elmdə də geri qalan olubdu,
İsa alar bir dvoyka Lalədən.

Arif Hacıyev:

Qərargahda canavar var, ayı var,
Hər birinin İsa bəydə payı var,
Müsavatda yüzdən çox qağayı var,
Heç tapılmaz bircə çayka Lalədə.

Əvəz Temirxan:

Hey azaldın darçınını İsanın,
Həm gödəldin arşınını İsanın,
Gəlin yuyun maşınını İsanın,
Əlbəttə, var iri moyka Lalədə.

Arif Hacıyev:

Hər bir sahə bizdə təmiz, sizdə kir,
Başçı olub sizdə pişik, bizdə şir,
"MBH"-də neçə cərgə müsafir?
Yetkililər neçə koyka Lalədə?
Əvəz Temirxan:

Üzüb sizi qarabaşaq həsrəti,
İsa munis qarabaşa həsrətdi,
Həm də özü Alabaşa həsrətdi,
Qalmaqdadı yekə Layka Lalədə.

Arif Hacıyev:

Fors eyləyib hərdən bossdan küsəcək,
Pul almasa əlaqəni üzəcək,
İsa bəy də limuzində gəzəcək,
Hələ qalır köhnə "Çayka" Lalədə.

Əvəz Temirxan:

Barmaqlarda təsbeh, əldə əsa bəy,
Eyləməli öz dilini qısa, bəy,
Bir dvoyka ala bilmir İsa bəy,
Cərgə-cərgə saz troyka Lalədə.

Arif Hacıyev:

Meydanlarda möhkəm İsanın tabı,
Dolu gəlir bossdan İsanın qabı,
İsa bəydə yoxdu sayı-hesabı,
Qalıb yorğun bircə şayka Lalədə.

Əvəz Temirxan:

Bosslar vermir İsaya ət-qaxaclıq,
Yollarınız dörd tərəfdən tıxaclıq,
Qərargahda sizin xırda ağaclıq,
Əsrarəngiz, nəhəng tayqa Lalədə.

Arif Hacıyev:

Düzü, indi vardır mənim hər şeyim,
Mitinqlərçün qalıb təpərim, heyim,
Anbarımda hədsiz narıncı geyim,
Bir narıncı rəngli mayka Lalədə.

Digər xəbərlər