Etibar Məmmədov:
Lalə Temirxanla sirləşə bilməz,
İsa Əli ilə birləşə bilməz,
Başqan da bloka yerləşə bilməz,
Bu gedişlə blok yaransın çətin,
O, bir nəticəsi min qətiyyəti,
Radikal qurumda lider yox mətin.
Əhməd Oruc:
İndi ifratlarda düşüncələr dar,
Gözlər boss cibində, qulaqlar da kar,
Bloku da ancaq "DUİ" yaradar,
Sizsə radikallar, xaricə gedin.
Etibar Məmmədov:
Boss lütf göstərdi, buyruqda getdin,
Kütlə fitə basdı, uyuqda getdin,
Həmişə susaraq quyruqda getdin,
Sərbəst yerimədin, İsa, bircə tin.
Əhməd Oruc:
Qana yerikləyən həddi bilmədi,
"DUİ" demokratik səddi bilmədi,
Mirmahmud problem nədi bilmədi,
Azğın radikalın problemi min.
Etibar Məmmədov:
Kütlə sürüşünə qiymət vermədi,
ABŞ görüşünə qiymət vermədi,
Bosslar hürüşünə qiymət vermədi,
Hansı hörməti var məclisdə itin?
Əhməd Oruc:
Radikal ac qalıb nemətdən düşdü,
Lalə "MBH"-də qiymətdən düşdü,
İsa Müsavatda hörmətdən düşdü,
Əli də biridi acizin, lütün.
Etibar Məmmədov:
Hər biri birliksiz, vecsiz və harın,
20 il hər biri otarıb qarın,
Gönləri dabbaqda məlum bunların,
Bunlar yerişini yeriyir bitin.
Əhməd Oruc:
Artıb Müsavatda xata-şər yəqin,
"Azadlıq" da dözər birtəhər yəqin,
Mirmahmud bir çarə eyləyər yəqin,
Onların gözünə doldurruq tütün.
Etibar Məmmədov:
Tale bu cür yazıb onlara yazı,
Ancaq bunlarla da olmurlar razı,
Hər biri adi bir siyasət bazı,
Hər biri yalançı, fırıldaq bütün.
Əhməd Oruc:
Qurdlar qaynaşmaqda xaşal qarında,
Bu cür iddialar hər bir harında,
Rəhbər vəzifələr xəyallarında,
Olmaz heç birinin yuxuları çin.
Etibar Məmmədov:
Onlar Avropada dolaşırdılar,
Gedib Vaşinqtonda dalaşırdılar,
Batıb çirkablara bulaşırdılar,
Ürəklərində var nifrət,lənət, kin.
Əhməd Oruc:
Elə ki, kəsildi bossdan yeyimlər,
Artdı giley-güzar, nahaq deyimlər,
Əvvəl geyirdilər adi geyimlər,
İndi əyinlərdə narıncı sətin.
Etibar Məmmədov:
Zirvə istəyirlər, eniş edilmir,
Onların işləri geniş edilmir,
İşlərində heç vaxt dönüş edilmir,
Onlar nümunəsi təlxəyin, şitin.
Əhməd Oruc:
Gedib dağ yerində yeyirsiz çoşqa,
Açıbsız yüz yerdə münasib toçka,
Yoxdursa dostunuz bosslardan başqa,
Qoca radikallar, nəzərdən itin.
Etibar Məmmədov:
Çoxusu istidə qəlbi buz qaldı,
Qəlbində naxışlı kobud iz qaldı,
Radikal liderlər bloksuz qaldı,
Onlar içindədi şounun, xitin.
Əhməd Oruc:
Xeyirxah bir adam yoxdu nəslində,
Zəif olacaqlar payız fəslində,
Dindar olmamışlar onlar, əslində,
Əllərdə çevrilib oyuncağa din.
Etibar Məmmədov:
Halları çox bərbad, yaman görünür,
Başlarının üstü duman görünür,
Ümid azalanda saman görünür,
Ki dəstəkçi olsun məşhur Laden bin.
Əhməd Oruc:
İsalar, əlilər söz döndəriblər,
Mahir ovçular tək iz döndəriblər,
Bosslar radikaldan üz döndəriblər,
Bizim Mirmahmudu dəstəklər Pekin.
Etibar Məmmədov:
Rusiyada belə boş qalıbdı BAM,
Boss təamına çox həsrət qalıb cam,
"Azadlıq" havasız boğulur tamam,
Müsavatda yaman boşalıbdı şin.
Əhməd Oruc:
Harda lazım deyil tez göründülər,
Kütlə bəndəsinə qan, irindilər,
Xaric quyruğunda çox süründülər,
İsanı, Əlini casus sanır XİN.
Etibar Məmmədov:
Tamam qalmamışdır ağızlarda diş,
Birləşmək istərdi hər biri beş-beş,
Gəlmir əllərindən ağıllı bir iş,
Onlar bənzəridi topalın, şilin.
Əhməd Oruc:
İfratlar, başının üstündə bulud,
Onların hər biri xalis təlxək, şut,
Radikal öndəri bu gün Mirmahmud,
"DUİ" arxasında Pakistan və Çin.