PDF Oxu

Köşə

  • 16

Əli Kərimov Elçibəy ideyalarına xəyanət edib

Əli Kərimov Elçibəy ideyalarına xəyanət edib

Mirmahmud Fəttayev:

Qoy olsun daim "Yurd" Əliyə lənət,
Özünə tapmadı yaxşı bir sənət,
Vaxtilə liderə edib xəyanət,
Davam etdirilib xəyanət sonra,
Bir qətrə olmamış dəyanət sonra,
Çox verib yalançı bəyanat sonra.

Əli Kərimov:

Girləməkdə səni, deyəsən, əcəl,
Mənə sən qurmusan əzəl gündən pəl,
Mənim tək yüksək bir məqam tut əvvəl,
Bizim üstümüzə qoy minnət sonra.

Mirmahmud Fəttayev:

Milçək tək sən cumdun qəfil iyə çox,
Vurğun da olmusan məzə-meyə çox,
Xəyanət etmisən Elçibəyə çox,
Cəhənnəmdən pisdi sizdəki cənnət.

Əli Kərimov:

Cəbhədə yuxuma sən haram qatdın,
Elçibəy dövründə künclərdə yatdın,
İsaya sığınıb, mandatı atdın,
Barı sən bizlərə eyləmə minnət.

Mirmahmud Fəttayev:

Sən çox tez oyanıb baş Qərbə vurdun,
Mübarizəm deyib maç hərbə vurdun,
Ona sağlığında yüz zərbə vurdun,
Öləndə söylədin mədhiyyələr, nət.

Əli Kərimov:

Biz qartal gözlüyük, sizlər də qoyun,
"Azadlıq" başına açdınız oyun,
Dalana dirənib partiyan, "DUİ"-n,
Bizim qarşımızda açılıb düz xətt.

Mirmahmud Fəttayev:

Çox da lovğalanma, cüssəndi cücə,
Dedin mən liderəm gündüz və gecə,
Elçibəy yolundan sapdın gizlicə,
Adına demirəm, özünə lənət.

Əli Kərimov:

Yalançı lider tək günaha batdın,
Nə kama, nə də ki, arzuna çatdın,
Yaman huya düşüb mandatı atdın,
Axtar tap özünə başqa bir sənət.

Mirmahmud Fəttayev:

Əsla, cüzi insaf olmamış səndə,
Azırdın yolunu möhkəm içəndə,
Nə günə qalmısan, ay fağır bəndə,
Yetir bir əməlli özünə diqqət.

Əli Kərimov:

Çox da zilə çıxma, bəmə en, ala,
Get sən də İsa tək boss cibi yala,
Kütlə Elçibəyi sevmədi, əsla,
Bir mənə verdilər lazımi qiymət.

Mirmahmud Fəttayev:

Sən mənə öyrətmək istədin cik-cik,
Yoxuşu enirsən, mən qalxıram dik,
Xeyirxah mövqedən çıxış etmişik,
Səndə bəd olubdu həmişə niyyət.

Əli Kərimov:

Qazana bilmədin iri paralar,
Bu nisgil qəlbini didib yaralar,
Ürəkdə çoxalıb qara-quralar,
Ölümə sürüklər səni bu hiddət.

Mirmahmud Fəttayev:

Umdun İsa kimi çox bossdan para,
Bu da dərdlərinə etmədi çara,
Ürəyin xıltlıdı, niyyətin qara,
Guya ki, qəlbini çuğlayıb şəfqət.

Əli Kərimov:

Qurtara bilmədin süqutdan yaxa,
Məndən ayrılan tək ilişdin mıxa,
Qəlbin olmamışdır heç zaman yuxa,
Riqqətin qəlbində edibdi şiddət?

Mirmahmud Fəttayev:

Xaricə getməkdən sağrın yağırdı,
Bu cür pul qazanmaq sənə ağırdı,
Gözündən həmişə biclik yağırdı,
Çöküb ürəyinə, deyəsən, riqqət.

Əli Kərimov:

Daha böyüməzsən, bala qalıbsan,
Özün də bədxah, pis hala qalıbsan,
Sən bu yerişinlə dala qalıbsan,
Mənsə götürürəm günbəgün sürət.

Mirmahmud Fəttayev:

Bosslar da düzəltmir heç durumunu,
Tapdın "Azadlıq"da uçurumunu,
Hamı canlandırır öz qurumunu,
Sənsən verməkdəsən özünə zinət.

Əli Kərimov:

Əsir qaralığı aşkar dərində,
Qaldın sən əvvəlki köhnə yerində,
Elə oturmusan zülmət dərində,
Ayağa durmağa etməzsən cürət.

Mirmahmud Fəttayev:

Sizi yedirtməyə yox bossun heyi,
Sənin kimilərin artıb gileyi,
Səni titrətmədi xalqın taleyi,
Narahat etmədi nə milli qeyrət.

Əli Kərimov:

Ağzını açsan da, nemət yox göydən,
Aclıqdan özün də düşmüsən heydən,
Sən üz döndərəndə o böyük bəydən,
Heç kəs bir damcı da etmədi heyrət.

Mirmahmud Fəttayev:

İndi get xaricdə açır falını,
Qaldıra bilməzsən reytinq balını,
Ordan ummaqdasan xilas yolunu,
Gözünün altında xaricdi-qürbət.

Əli Kərimov:

Başına düşübdü mənim sal qayam,
Sən dalğasız gölsən, mən coşqun çayam,
Mən hələ radikal sırasındayam,
Sənsə pis günündən götür bir ibrət.

Digər xəbərlər