PDF Oxu

Köşə

  • 15

Gənclərdən sərt təpki alan radikallar mitinqlərə uşaqları cəlb etmək istəyirlər

Gənclərdən sərt təpki alan radikallar mitinqlərə uşaqları cəlb etmək istəyirlər

İsa Qəmbərov:

Bosslar yetərincə buraxmadı pul,
Topuğadək Kürdə itib batdı çul,
Gənclər çağırışı etmədi qəbul,
Radikal cinahda neçə ki, sağıq,
Xalqın və millətin üzünə ağıq,
Piketə uşaqlar çıxaracağıq.

Əli Kərimov:

Təpədən-dırnağa basıb tər bizi,
Alıbdı hədəfə şeytan, şər bizi,
Hətta körpələr də dəstəklər bizi,
Mitinqlər yolunda şəhid, cızdağıq.

İsa Qəmbərov:

Şeypur xırdalaşar, sinlər böyüyər,
Kobudlar kiçilər, dinclər böyüyər,
Körpələr gəncləşər, gənclər böyüyər,
Mitinqə gələrlər, xeyli toxdağıq.

Əli Kərimov:

Bizlər özümüzü lider sayırdıq,
Özümüzdən gözəl rəhbər qayırdıq,
Cəbhəni on-on beş yerə ayırdıq,
Yenə parçalarıq, çağlar bulağıq.

İsa Qəmbərov:

Xaric nə deyirsə, onu deyirik,
Hamımız narıncı geyim geyirik,
Bosslar nə verirsə, onu yeyirik,
Doymur gözlərimiz, çünki yalağıq.

Əli Kərimov:

Bizlər bir qozbel ki, düzəldər qəbir,
Yox bizdə hövsələ, nə də ki, səbir,
Təbii Afrika eşşəyi zebr,
Biz bosslar əlində süni zolağıq.
İsa Qəmbərov:

Bizlər bu dünyadan köçərik mizlə,
Həm də bizləyiblər neştərlə, bizlə,
Nəyi istəsələr vurarlar bizlə,
Bizlər yad əllərdə zorba toxmağıq.

Əli Kərimov:

Özümüzə cənnət qururuq hərdən,
Yalan mövqemizdə dururuq hərdən,
Təfərrüata da varırıq hərdən,
Sizləri bilmirəm, bizlər axmağıq.

İsa Qəmbərov:

Xalq bizi qarşılar çəpik rolunda,
Aldıq payımızı təpik rolunda,
Çıxış edərsiniz tətik rolunda,
Yad tüfənglərinə bizlər çaxmağıq.

Əli Kərimov:

Xalq sizi seçmədi, fikrə daldınız,
Bossların cibində lövbər saldınız,
Siyasətdə siz də geri qaldınız,
Bizlər də kifayət qədər çolağıq.

İsa Qəmbərov:

Dünyada hər yerə işlər ratsiya,
Bizə qrant verir Avroasiya,
Bosslardan alırıq, informasiya,
Hamımız şəklənmiş iti qulağıq.
Əli Kərimov:

Bossların önündə çevrildik tirə,
Ac qaldıq, bizləri basdı bit-birə,
Papaq tıxamırıq pul gələn yerə,
Elə zənn etməyin qanmaz ulağıq.

İsa Qəmbərov:

Cəmiyyətin çirki, paxırı kimi,
Siz qluxoy kəndin naxırı kimi,
Sizlər adi "Ağdam" çaxırı kimi,
Bizlər 96-xalis arağıq.

Əli Kərimov:

"Yurd"um radikala yol açır indi,
İsa qabağımda, bil, qaçır indi,
"Azadlıq" bloku nur saçır indi,
Müsavat üçün də mayak, çırağıq.

İsa Qəmbərov:

Üfunət qalmaqda bəd nəfəsində,
Notlar zildən enir məğlub səsində,
Radikalın qalın salnaməsində,
Əbədi silinməz gözəl varağıq.

Əli Kərimov:

İlk dəfə biz qırdıq dəmir qəfəsi,
Müsavatın dərhal söndü həvəsi,
Bilməzdik ağrıdır İsa nəfəsi,
Bunu sezməmişik, axmaq, durakıq.
İsa Qəmbərov:

Kütlə sakitləşdi, çılğın durmadı,
Gənclər mitinqlərdə axın durmadı,
Bizə uşaqlar da yaxın durmadı,
Bossların əlində müftə yarağıq.

Əli Kərimov:

Bosslar tərəfindən artıbdı payım,
Uşaqlar da bizdən yapışıb qaim,
Gənclər sıramıza qoşulur daim,
Mitinqdə onlarla həmrəy, ortağıq.

İsa Qəmbərov:

İş görə bilmirik, gözlərimiz nəm,
Bizi sarsıtmaqda artıq kədər, qəm,
Yürüşlər o yana, mitinq cəhənnəm,
Piket keçirməkdən, hətta uzağıq.

Əli Kərimov:

Qəbul etməyəcək "Azadlıq" axın,
Bizə 105 metr kənardan baxın,
Müsavat bizlərə gəlməsin yaxın,
Bizlər İsa bəydən daim irağıq.

İsa Qəmbərov:

Müsavat olubdu həmişə qaya,
Daim qane olduq boss verən paya,
Elə sanmayın ki, sizlər gen dərya,
Bizlər "Azadlıq"da adi irmağıq.

Əli Kərimov:

Sanma ki, Müsavat bizləri haqlar,
Bunu deyib bizə falçılar, maqlar,
Gəlin sıramıza gənclər, uşaqlar,
Sizin önünüzdə topuq, yumağıq.

Digər xəbərlər