PDF Oxu

Köşə

  • 17

Müxalifətin mitinq yarışı eyforiyası

Müxalifətin mitinq yarışı eyforiyası

Nurəddin Məmmədli:

Bossdan qrant alan radikal toxdu,
Əlinin, Lalənin dəstəyi çoxdu,
Sərdar deyir sosial sifariş yoxdu
Ki, biz küyə gedib mitinq keçirək,
Bossun pullarını cibə köçürək,
Rəqibi dəf edib, zəhər içirək.

Qabil Hüseynli:

Müsavat heç zaman yerə qoymaz diz,
O qədər işgüzar, əməkdar ki, biz,
İsada elə bir qüdrət var ki, biz,
Mitinq zəmisindən buğda biçirək.

Nurəddin Məmmədli:

Küçə yürüşümüz günlərlə çəkər,
Kütlələr tökülər dildə bal, şəkər,
Baş tutsa kütləvi mitinqlər əgər,
Potensial çoxdu şüar dedirək.

Qabil Hüseynli:

Alarıq, kim bizə madam gətirsə,
Avro ödəyərik badam gətirsə,
Kim bizim mitinqə adam gətirsə,
Hazırıq biz ona qrant yedirək.

Nurəddin Məmmədli:

"Azadlıq" olmamış qoç meydanında tək,
Heç kəs işiimzə verməsin min rəng,
Biz tutarlı dörd-beş mitinq keçirsək,
Mümkündür bloku önə gətirək.

Qabil Hüseynli:

Liderlərə əlac eyləmədi tibb,
Bizim liderlərdə çox dərindi cib,
İstərik kiçik bir piket keçirib,
Xaricdən bolluca gəlir götürək.
Nurəddin Məmmədli:

İfratlar içində duyan başlarıq,
Rəqibi uzaqdan görüb daşlarıq,
Birinci mitinqə bizlər başlarıq,
Asandı sonradan onu ötürək.

Qabil Hüseynli:

Bizdən uzaqlaşdı İbrahim Zeyni,
Mitinq deyən kimi açıldı eyni,
İsa Müsavatın düşünən beyni,
Sanma özümüzü çaşıb itirək.

Nurəddin Məmmədli:

Uğur qazanmadıq tale tasında,
Halva da yeyərik rəqib yasında,
Bizim qərargahın gen tarlasında,
Küçə yürüşləri, mitinq bitirək.

Qabil Hüseynli:

Bütün fəsilləri, illəri, ayı,
Alarıq daima bosslardan payı,
Biz isapərəstlər sizdən dolayı,
Çalışarıq çöldən güllər döşürək.

Nurəddin Məmmədli:

Düşüncəsi gendi, hövsələsi dar,
Toplanış yerimiz çayxana yox, bar,
Meydanda qocalıb kərimovçular,
Xarici arxada görürlər dirək.
Qabil Hüseynli:

Müsavat həmişə bənzəyib tuza,
Süfrədə bol olub badımcan, qoza,
Bizlər inanmasaq uğurumuza,
Cəsarət etmərik meydana girək.

Nurəddin Məmmədli:

Sabitlik qoynunda hamı yatıbdı,
Çox qorxur ki, bosslar ona atıbdı,
Əli bosslarına vızıv atıbdı,
Mitinqçün nə çarə qılırıq görək?!

Qabil Hüseynli:

İndiki kütlələr, doğurdan da, gic,
İsa da tülkünün dal ayağı, bic,
Qrant göndərməsə bizlərə xaric,
Vicdanım it olsun, yemərik çörək.

Nurəddin Məmmədli:

Gərək biz çıxaraq xudmani hürüş,
Yoxsa xalq bizlərə deyəcək: sürüş!
Keçirə bilməsək narıncı yürüş,
Əli sinəsində partlayar ürək.

Qabil Hüseynli:

Qaçarıq, bizləri yıxmaq istəsə,
Qida uzadarıq, tıxmaq istəsə,
Kütlələr mitinqə çıxmaq istəsə,
Gərək razı olub, tərpənək zirək.
Nurəddin Məmmədli:

Razıyıq bizləri möhtac yaratsa,
Xaric Əli bəyə bir tac yaratsa,
Maşınlar küçədə tıxac yaratsa,
Gərək biz səkidə araba sürək.

Qabil Hüseynli:

Xoş keçməz, tapmasa taylı tayını,
Mitinqdə itirər kütlə sayını,
Kəsərlər Əlinin qrant payını,
Bosslar Müsavata çevirməz kürək.

Nurəddin Məmmədli:

Xaric də xəbərdar sənin təbindən,
Avazın xoş gəlmir həyat dibindən,
Nağd qrant verirsə boss öz cibindən,
Gərək biz avazla yüz ağız hürək.

Qabil Hüseynli:

Müsavat dil açıb tam satsa bizi,
Sərsəm sırasına həm qatsa bizi,
Xaric də, başqan da aldatsa bizi,
Gəl İsa başında biz corab hörək.

Nurəddin Məmmədli:

Fərat İsadısa, bil, Dəclə Əli,
Bizə pul verərdi zor-güclə, Əli,
Yəqin söz deməzdi xariclə Əli,
Biz boss xəznəsindən bol qrant dərək.

Qabil Hüseynli:

Şərəfə biz vuraq rumkanı, olsa,
Tez ələ keçirək sumkanı, olsa,
İndi, adi piket imkanı olsa,
Cumaq irəliyə biz hopdum gərək.

Digər xəbərlər