PDF Oxu

Köşə

  • 17

Müsavatın uğursuz liderləri siyasətdən getmək bilmir

Müsavatın uğursuz liderləri siyasətdən getmək bilmir

Rəsul Quliyev:

İfrat yarasına tökülməli duz,
İsası-Əlisi hamsı uğursuz,
Onlar bir dələduz, mənsə burda tuz,
Yaman pisləşibdi, Lalənin halı,
Onları çıxarıb yoldan boss malı,
Əlini, İsanı yola salmalı.

İsa Qəmbərov:

Əgər mən qovulsam, bala salaram,
Siyasi meydanda dala qalaram,
Kim gedir qoy getsin, yola salaram,
İsa siyasətdə möhkəm qalmalı.

Rəsul Quliyev:

Qanmadın nə insaf, nə mürvət, din sən,
Həmkarların üçün bir iblis, cin sən,
Qrantı dördəlli dəstəklədin sən,
Bizə itələdin sən cüzi yalı.

İsa Qəmbərov:

Sənə pıxq etdilər, dəryanı keçdin,
Orda yankinlərin suyunu içdin,
Özünə məskən tək Nyu-Yorku seçdin,
Yaman xislətinə qaldın vəfalı.

Rəsul Quliyev:

Sizlər qanmadınız müsbət örnəyi,
Yeyin boss puluyla qazı, ördəyi,
Yazda başınızdan açın örpəyi,
Əvəzində qışda bağlayın şalı.

İsa Qəmbərov:

Nə qandıra bildin, nə özün qandın,
Özünü ən böyük radikal sandın,
Həmişə qıraqda gəzib-dolandın,
Heç tuta bilmədin sən orta xalı.
Rəsul Quliyev:

Hüznlü sifətin sozalıb yaman,
Başının üstünü toz alıb yaman,
Səni dəstəkləyən azalıb yaman,
Məni dəstəkləyən kütlə it xılı.

İsa Qəmbərov:

Sərdarı yedirtdin, o, səni mindi,
Çarterlə cəhd etdin, keçmədin bəndi,
"ACP"-nin əksinə iş görür indi,
Bizim vəziyyətdən deyilsən halı.

Rəsul Quliyev:

Nə Əli, nə Lalə torumda deyil,
Bərələ gözlərin varımda deyil,
Əsəblər neçə ki, tarımda deyil,
Tələsik tərk eylə Divanda zalı.

İsa Qəmbərov:

Sən çox pis ovçusan, qoruqda yatma,
Dəlmə-deşiklərdə, yarıqda yatma,
Dəryadan o tayda marıqda yatma,
Səninçün pis olar oyunun dalı.

Rəsul Quliyev:

Pisliyi sənin tək şəxs edib mənə,
Həm varlı olmağı nəqş edib mənə,
Tale yetişmişi bəxş edib mənə,
Sizlərə çatıbdı ruzinin kalı.
İsa Qəmbərov:

Səni əldən salıb həbs sorğusu,
Adın yaddaşlarda məbləğ oğrusu,
Dəryadan o tayda, sözün doğrusu,
Səni qəhr edəcək taleyin falı.

Rəsul Quliyev:

Oldun siyasətdə biri bərbadın,
Elə Müsavatda hazırdı çatın,
Bədxah siyasətçi qalıbdı adın,
Alnına mıxlanıb uğursuz nalı.

İsa Qəmbərov:

Kiminsə şeytanı, həm cini oldum,
Nə qədər qocaldım, mən yeni oldum,
Mən öz partiyamın Rövşəni oldum,
O qədər pulla sən olmadın Alı.

Rəsul Quliyev:

Bəyanatlarını sən bəmdə çaldın,
Bir zaman məndən bol məvacib aldın,
Zəhər tuluğunda ilişib qaldın,
İfratın şəkəri oldum, həm balı.

İsa Qəmbərov:

Viskili bığların yağlıdı sənin,
Siyasi şüurun dağlıdı sənin,
Nyu-Yorkda əl-qolun bağlıdı sənin,
Odur ki, çevirmə o köhnə valı.
Rəsul Quliyev:

Mənim qabağımda çox olmusan qul,
Sənə çox vermişəm xərcləməkçün pul,
Zahirdə sən özün adi siçovul,
Batində olursan Süleyman-Salı.

İsa Qəmbərov:

Ayıldın, alnına dəyəndə süngü,
Dərya suyu içib, bir xeyli səngi,
Sən yaman narahat olmusan, çünki
Ayağın altına sərilmir xalı.

Rəsul Quliyev:

Nəriltim bitməyib, pələngəm-şirəm,
Sənin kimiləri cəlb edir şirəm,
Yeri təhlükəsiz bir mühacirəm,
Alnında pis lider damğası-xalı.

İsa Qəmbərov:

Sevmirəm pulunu başa qaxanı,
Sən bədxah lidersən, dartma yaxanı,
Pis olur adamın yerə baxanı,
Burulğana çəkir suyun da lalı.

Rəsul Quliyev:

Daim axtarmısan uca bir masa,
Həmişə boss verib sənə boş kasa,
Liderlər içində sən cılız İsa,
Mənəm radikalın Rüstəmi-Zalı.

İsa Qəmbərov:

İndi dəstəkləyir səni orda Cim,
Dinləməkdən uzaq səndə sarı sim,
Mənim rəvan olub həmişə nitqim,
Sənsə natiqlikdə andırdın lalı.

Digər xəbərlər