Pənah Hüseynov:
Onunçün ən müşkül iş olur asan,
Guya qərargahda asılıb qazan,
Başqanın özüdü adam aldadan,
O, iri addımla seçkiyə gedir,
Sözsüz ki, burda da bir
məqsəd güdür,
Bossdan gözləməkdə İsa bəy çətir.
Rauf Arifoğlu:
O, bir quzğun kimi çalıb adımı,
Endirib zirvədən alıb adımı,
Guya siyahıya salıb adımı,
Ancaq deyirlər ki, o, manevr edir.
Pənah Hüseynov:
İsa bəy yenə də qurubdu toru,
Özü də həddən çox çıxarıb şoru,
Mənəm radikalın generatoru,
Adımı eşidən İsa bəy ütür.
Rauf Arifoğlu:
İnandıq yalançı şirin sözlərə,
İsa bəy, ox batsın yaman gözlərə,
20 il başçılıq etdin bizlərə,
İndi başqanlığı bizlərə ötür.
Pənah Hüseynov:
Siyasi meydanda özüm bir Pənah,
Qoy ölüm, mən böhtan söyləsəm hərgah,
İsa haqsızlığa yol verir, vallah,
Yalan yazmamışam mən bircə sətir.
Rauf Arifoğlu:
İsa bəy ruzimi saldı əlimdən,
Mənə məxsus payı çaldı əlimdən,
"Yeni Müsavat"ı aldı əlimdən,
Dedi əməlimdən gəlir saf ətir.
Pənah Hüseynov:
Biz lider seçmədik, başqan da küsüb,
Əbədi enişdən özü də bezib,
İsa paltarları ölçmədən kəsib,
Pis dərzilər kimi yenidən biçir.
Rauf Arifoğlu:
İsa enişlərdə qarmaq atmadı,
Nə gündüz, nə gecə sakit yatmadı,
Birinci pilləyə əli çatmadı,
Bu hicran İsanın qəlbini didir.
Pənah Hüseynov:
Sakitcə deyəndə dayan, dur, İsa,
Zil səslə oxuyur, segah, "Şur", İsa,
Yüz yaxşılıq eylə unudur İsa,
Bir pislik eyləsən, boynunda bitir.
Rauf Arifoğlu:
Lənət o günə ki, gəldim ona tən,
Nə millət düşünür başqan, nə vətən,
İsaya 20 il yağ-bal yedirtsən,
Adamın çəkdiyi zəhməti itir.
Pənah Hüseynov:
Üzərdi, ağzını bol suya versən,
Az sanardı azman, bir qaya versən,
İsaya nə qədər ideya versən,
O deyir bosslardan çoxlu pul gətir.
Rauf Arifoğlu:
Dediyinə görə bəyin biridi,
Əslində, axmağın, səyin biridi,
İsa 20 ildi keyin birdi,
İnsafı da yoxdu, o, qanmır xətir.
Pənah Hüseynov:
O, gedib xaricdə əyyaşlıq edir,
Bossa ətək açıb daşbaşlıq edir,
Başqan əvvəl çaşıb dikbaşlıq edir,
Adam qabağında titrəyib sitir.
Rauf Arifoğlu:
İsanın mitinqdə partpartı yoxdu,
Əvvəli yoxdusa, heç ardı yoxdu,
Onda bircə damcı qızartı yoxdu,
İsanın sifəti bomboz bir fətir.
Pənah Hüseynov:
Müsavatda candan
qadam çıxmadı,
Necə ki, Lalədən
"Madam" çıxmadı,
Ondan siyasətçi adam çıxmadı,
Ey fələk, İsanı kamala yetir.
Rauf Arifoğlu:
Sünnülərə söyən bir şiyə kimi,
Batmaqda gözlərə, o, tiyə kimi,
Necə ki, bilməyib indiyə kimi,
İsa bundan sonra bilməz heç qədir.
Pənah Hüseynov:
Səni Müsavatdan itirəcəkdi,
Ömrünü yarımçıq bitirəcəkdi,
Sənə xalis zəhər içdirəcəkdi,
İstər sən İsaya xalis bal yedir.
Rauf Arifoğlu:
Dildə tutduğu yol millət yoludu,
Suda lilə batan, onun çuludu,
Gözünə görünən bir boss puludu,
Qanında türk qanı yoxdu bir litr.
Pənah Hüseynov:
Müxalifət olub huya getməli,
Ayağı altından qaya getməli,
Əli, Etibarı toya getməli,
Ən pis lider kimi İsanı götür.
Rauf Arifoğlu:
Atanda İsa bəy sərsəm, pis addım,
Mən ona baxmışam key, matdım-matdım,
Seçki dəftərindən silinsə adım,
Deyərəm, İsa bəy, dayan-dur, bəsdir!
Pənah Hüseynov:
İsa bəy deyir ki, pullu cib adım,
Təbabət, maliyyə, həm də tibb adım,
Həmin siyahıda çəkilib adım,
Bunu yaddaşına hopdurub bitir.
Rauf Arifoğlu:
İsa nə yığırsa, qabağa gedir,
Müsavat içində qadağa gedir,
20 ildi İsa qabağa gedir,
Tərpəniş olmamış heç bircə metr.