PDF Oxu

Köşə

  • 9

AMİP-də fəallıq müşahidə edilmir

AMİP-də fəallıq müşahidə edilmir

Əli Əliyev:

Buna əlac edə bilməz bir doxtur,
Bloklar dağılır, yaranan yoxdur,
AMİP birliklərdən uzaq, iraqdır,
Birliklər sürətlə çöküb azalır,
Etibar beş ildi təklikdə qalır,
Baxıb ətrafına, xəyala dalır.

Nazim Ələsgərov:

Yetkililər olub ətrafıma cəm,
Hələ bilməmişəm nə kədər, nə qəm,
AMİP-də mən sədrin ilk müaviniyəm,
Etibar qələbə təbili çalır.

Əli Əliyev:

O, mənim xaloğlum, mənə daydaydı,
O, məni özünün müavini qoydu,
Qalardım yanında, yaxşı olsaydı,
Etibar nahaqdan hay-həşir salır.

Nazim Ələsgərov:

Liderlər başına qara bağlayır,
Radikalın halı ürək dağlayır,
"VİP" Əli hönkürüb elə ağlayır,
Baxanda, adamın gözləri dolur.

Əli Əliyev:

Etiböar süstləşib xəyala dalır,
İflası görəndə, büzüşüb qalır,
Gecələr AMİP-də süst düşüb qalır,
Etibar gündüzlər saçını yolur.

Nazim Ələsgərov:

Bloklar, birliklər çaşıb dalanda,
Əli öz "VİP"-ində aciz qalanda,
Əli, Lalə, İsa fikrə dalanda,
Onları tərpədən Etibar olur.
Əli Əliyev:

Mən nə etmişəmsə, dərk etmişəm tam,
"VİP"-im başım üstə oldu əsil dam,
AMİP-i mən qəsdən parçalamışam,
Çünki görürdüm ki, Etibar solur.

Nazim Ələsgərov:

Etibar haqqında fakt yığa-yığa,
"VİP" Əli dizəcən batıbdı lığa,
AMİP-i qoşmuşdu o, "Azadlığ"a,
İndi "VİP"-çi Əli intiqam alır.

Əli Əliyev:

Etibar seçkidən qalacaq bu tur,
Ancaq biz qazana bilərik uğur,
AMİP zülmətlərə təşrif buyurur,
"VİP"-im "Azadlıq"da safdır, durudur.

Nazim Ələsgərov:

Radikal durumu bir şok götürür,
Mahnıda səhnəni rep, rok götürür,
Hələlik, Etibar rıvok götürür,
"Azadlıq" "VİP" ilə birgə yorulur.

Əli Əliyev:

Etibar qəlbində sağalmaz bir dağ,
"Azadlıq" Gülüstan kimi gözəl bağ,
Çökən Etibardı, AMİP-di ancaq,
"Azadlıq" yönündə "VİP"-di qurulur.
Nazim Ələsgərov:

"Yurd" Əliyə doğru palçıq, gil atıb,
Laləyə, Əvəzə çaşıb pəl atıb,
Son zaman İsaya, bizə əl atıb,
"VİP" Əli özünə yaman vurulur.

Əli Əliyev:

Azalıb radikal isti candakı,
Haray-qışqırıq da enir... tondakı,
AMİP-lə bloklar arasındakı,
Körpülər alışır, bağlar qırılır.

Nazim Ələsgərov:

Bir an axıtmamış o, alın təri,
Hədyan söyləməkdi azarı, səri,
Etibara dönük çıxandan bəri,
"VİP" Əli gözləri sönür, saralır.

Əli Əliyev:

Heç biri başına tapmır bir çara,
Sarıb qəlblərini bir qarayara,
Etibar əzəldən zənci tək qara,
Ətrafı Nazimlə birgə qaralır.

Nazim Ələsgərov:

Radikal durumun artmaqda donu,
Etibarın isə qaynayır qanı,
Köhnə ideyalar məhv edib onu,
"Azadlıq" get-gedə çöküb sorulur.
Əli Əliyev:

Əvvəllər sıravi yetkili idi,
O, çox AMİP-çinin yemini yedi,
İndi Etibarın müavinidi,
Hər məni görəndə bağrı yarılır.

Nazim Ələsgərov:

Demədim olmayan cipi dağılıb,
Şəxsində zəmanə tipi dağılıb,
O qədər ev yıxıb, "VİP"-i dağılıb,
Hirsindən partlayıb Əli cırılır.

Əli Əliyev:

Hara qədəm basır, orda toz görür,
Qrant axtaranda çoxlu qoz görür,
Yardım verənləri o, bir boss görür,
Kimləri görürsə, ona sarılır.

Nazim Ələskərov:

Ən yüksək qiyməti yalnız qayıbdı,
Dedim dön adam ol, vallah, ayıbdı,
Hamını söyərək, yamanlayıbdı,
Onu soran yoxdu, Əli darılır.

Əli Əliyev:

Düşüb yetkililər çox pis duruma,
Aşdı o, baş-ayaq düz uçuruma,
AMİP yovuşmadı heç bir quruma,
İndi Etibara meydan dar olur.

Nazim Ələsgərov:

Əli uçurumda, həm cik-cikdədi,
Bizim Etibar bəy yüksək dikdədi,
AMİP yavaş-yavaş dirçəlməkdədi,
"VİP" gözdən düşübdü, Əli xar olur.

Digər xəbərlər