PDF Oxu

Köşə

  • 11

Hər radikala öz qurumu gülməşəkər görünür

Hər radikala öz qurumu gülməşəkər görünür

Nurəddin Məmmədli:

"Azadlıq" artırıb bu gün sürəti,
Müsavat cəlb etmir artıq diqqəti,
Blok yaratmağa lüzum yox, qəti,
Əli bəy başçıdı bizim naxırda,
İfratlar bizləri seçər axırda,
"DUİ" də yalançı çığır-bağırda.

Əhməd Oruc:

Əli də, İsa da tində gedəcək,
Özləri təndirdə kündə gedəcək,
"DUİ"-miz seçkiyə öndə gedəcək,
Səsimiz, əlbəttə, gur çıxar burda.

Nurəddin Məmmədli:

Bir Əli özünü alıbdı ələ,
"Azadlıq" sözünü verərmi yelə?
Mirmahmud təsbehi çevirir hələ,
İsa bəy üzməkdə suxoy çaxırda.

Əhməd Oruc:

"DUİ"-nin sözü də bütövdü, tamdı,
Bizi anlamayan nadan, yamyamdı,
Bizim Mirmahmud bəy qızıl adamdı,
Siz qulağınızadək çirkdə, paxırda.

Nurəddin Məmmədli:

"DUİ" də, İsa da zillətdə olar,
Rəqiblər zülümdə, illətdə olar,
Seçkidə öncüllük qismətdə olar,
Bizim də imzamız olar uğurda.

Əhməd Oruc:

Ağa "DUİ"-mizdə dincini alıb,
Seçkidə görərsən qələbə çalıb,
İsa bəy büdrəyə-büdrəyə qalıb,
Əli bəy dizəcən batıb suxurda.

Nurəddin Məmmədli:

Biz uğur qazandıq, bizə güldünüz,
Seçki ərəfəsi ruhən öldünüz,
Sizlər çəkidə çox yüngül gəldiniz,
Bizlər qərar tutduq ancaq ağırda.

Əhməd Oruc:

Durub opponentlik edir qor-qoduq,
Bosslar liderlərə verməkdə qıdıq,
Bizlər yazıqlığı arxada qoyduq,
Yazıq yerləriniz qalmış yağırda.

Nurəddin Məmmədli:

Əhməd Oruc xalis bənzər Məmişə,
Mən onun felindən düşdüm qəmişə,
"Azadlıq" zirvədə olub həmişə,
"DUİ" Mirmahmudla qalıb çuxurda.

Əhməd Oruc:

"Azadlıq" boğulur dərin sularda,
"DUİ" şellənməkdə sərin sularda,
Mirmahmud qəvvasdı şirin sularda,
Əli Nurəddinlə batır nohurda.

Nurəddin Məmmədli:

"DUİ" getməkdədi son günlər geri,
Mirmahmud dost edib özünə şəri,
Bilir ki, ayaqlar altında yeri,
Əhməd sırtıq-sırtıq başa çıxır da.

Əhməd Oruc:

"Azadlıq" Müsavat meyilli şərə,
"DUİ" beçələrə hər biri fərə,
Qrantı boss atsa yüksəkliklərə,
Əli, İsa onu göydə qapır da.

Nurəddin Məmmədli:

Əli nərildəyir sanki super nər,
Bosslar başımızdan atır bar-bəhər,
Əhməd "DUİ"-siylə bir gülməşəkər,
Açıldı axır ki, hər çirk, paxır da.

Əhməd Oruc:

Radikal liderlər olub gülməli,
Az qala baxanlar olsunlar dəli,
Bosslar tulapayı atdıqca, Əli
Utanmaz-utanmaz basıb tıxar da.

Nurəddin Məmmədli:

Məğlub sərkərdələr yaraqdan bəlli,
Qatla qırağını türkün məsəli,
Olmadığı üçün onun əvvəli,
"DUİ" də sıradan çıxar axırda.

Əhməd Oruc:

Daim qarşısında olub yoxuş, dik,
"Azadlıq" təpədən-dırnağacan çirk,
Boss verən ordenin tələm-tələsik,
Əli sinəsinə hətta taxır da.

Nurəddin Məmmədli:

"DUİ"-nin reytinqində bir nolu çatmır,
Əhmədin özünün heç çulu çatmır,
"DUİ" çox yoxsuldu, boss pulu çatmır,
Demədim, Əhməd bəy yeyib pıxır da.

Əhməd Oruc:

Olmayan qurumlar yoxdan dağılıb,
Liderlərin qarnı ...dan dağılıb,
"Azadlıq" və cəbhə çoxdan dağılıb,
Yurdsuz qalan Əli sığınıb "Yurd"a.

Nurəddin Məmmədli:

Hər biri qurumun tutub yasını,
Qurubdu özünün Leylac tasını,
Bağlayıb "DUİ"-nin darvazasını,
Mirmahmud Əhmədlə oxuyur xorda.

Əhməd Oruc:

Olubdu qalmaqal və cəng məqamda,
Onlar pis, biz isə qəşəng məqamda,
"DUİ" daim olub yüksək məqamda,
"Azadlıq" Əliylə çırpınır torda.

Nurəddin Məmmədli:

İstəyirsən, kələk qur, gedəcəyik,
İstəyir yedəklə-vur gedəcəyik,
Payızda seçkiyə gur gedəcəyik,
"DUİ" yox, "Azadlıq" udar bu turda.

Əhməd Oruc:

Əli blokunda gül tək solmuşdu,
Lalə bircə-bircə saçın yolmuşdu,
"Azadlıq" zülmətə aşiq olmuşdu,
Təpədən-dırnağa "DUİ"-miz nurda.

Digər xəbərlər