Tahir Kərimli:
İfratlar su altdan yeridir saman,
Mitinqlər keçirmək istərlər yaman,
Başları üstündə sıxlaşır duman,
Nə olsun gecələr olmamış yatan,
Onların mitinqi deyil baş tutan,
İndi sabitlikdi, deyil keçmiş an.
Vurğun Əyyubov:
Bossun ciblərinə çox girəcəyik,
Rəqibə zəhərlər içirəcəyik,
Möhtəşəm mitinqlər keçirəcəyik,
Əksi ağlımıza olmaz heç batan.
Tahir Kərimli:
Lider var özüyçün tapmır alaçıq,
Bəzisi kafedə olubdu aşıq,
Xarici qranta cibləri açıq,
Onlardı şadlıqdan hey şıllaq atan.
Vurğun Əyyubov:
Özün dünyaya da qəflətən gəldin,
Bulvarda çay içib, qəhvədən gəldin,
Sən də vəzifəyə Cəbhədən gəldin,
Səni prokuror etmədi atan.
Tahir Kərimli:
Hər radikaldan çox mənim qüdrətim,
Məndən inciməyib heç vaxt millətim,
Düzgün yol tutmuşdu mənim "Vəhdət"im,
İsaydı, Əliydi aranı qatan.
Vurğun Əyyubov:
Yadından çıxıbmı sənə, ay qağa,
Cəbhə danışmağı etdi qadağa,
Sinəni sən çox da vermə qabağa,
İsa əjdahadı, sən balıqudan.
Tahir Kərimli:
İsa uduzubdu tale tasında,
Ətrafı şellənir süqut yasında,
Sizlər uğursuzlar siyahısında,
Siyasi meydanda qazanır udan.
Vurğun Əyyubov:
Ay Tahir Kərimli, sən bala-bala,
Boss verdiyi qabın dibini yala,
İsa sənin kimi olmamış, əsla,
Cüzi məbləğ ilə arzuya çatan.
Tahir Kərimli:
Səni dillərinə vurub daddılar,
Başqan müavini idin, atdılar,
Səni də yerindən vızıldatdılar,
Üstünə töküldü sənin öz qadan.
Vurğun Əyyubov:
Zərbədən qalmısan sən beli əyik,
Müsavat qət edib, min təpə, min dik,
Ən möhtəşəm mitinq keçirəcəyik,
Gəl irad tutmaqda bizlərdən utan.
Tahir Kərimli:
Başınız üstündə uçmaqdadı dam,
Danışığınızdan gəlməkdə pis tam,
Sizin mitinqlərə inanmamışam,
Bilirəm, yemisiz qızılqaz, qutan.
Vurğun Əyyubov:
Səni möhtərəm mer qane etmədi,
Mister, müsyö, ya ser qane etmədi,
Səni heç bir lider qane etmədi,
Başında çatladı sənin öz xatan.
Tahir Kərimli:
Vaxtınız çox olub ərinmək üçün,
Bosslara münasib görünmək üçün,
Xaric quyruğunda sürünmək üçün,
İsaydı ölkəni talayıb satan.
Vurğun Əyyub:
Bəlkə də olmusan buruq işçisi,
Bəlkə də Banazor, ya da Tuğ işçisi,
Sən idin cılız bir hüquq işçisi,
İsa Müsavatda əvəzsiz titan.
Tahir Kərimli:
Sanıb özünüzü adi qoyuncaq,
Boss məsləhət bilsə, yeyərdi yonca,
Əli də, Lalə də yedi doyunca,
Bir İsa olmuşdu qidadan qıtan.
Vurğun Əyyubov:
Atıldın ortaya düz cinlər kimi,
Göstərdin özünü sən dinlər kimi,
Oldun üzüyola gəlinlər kimi,
Çatışmır başında, əlbəttə, fatan.
Tahir Kərimli:
Sizin lideriniz adi bir cında,
O, kifayət qədər çox qaldı qında,
İsa Müsavatın qərargahında,
Şırımlar açıbdı sanki bir kotan.
Vurğun Əyyubov:
Narıncı meydanda bulaşdıq toza,
Bizi istəməyən palıdda qoza,
Bizim çox kütləvi aksiyamıza,
Təşrif gətirmişdi çox mamlı matan.
Tahir Kərimli:
Artıq saçlarına düşməkdədi dən,
İndiyədək bir iş görməmisən sən,
Özün çox düşük bir siyasətçisən,
Ancaq yer partladır, ay Vurğun, ədan.
Vurğun Əyyubov:
Sonda radikala çaşıb lağ dedin,
Yalan deyəndə də yaman ağ dedin,
Sən çox nərə çəkib Qarabağ dedin,
Ancaq Qaradağda qaldı bir Putan.
Tahir Kərimli:
İnşallah, tezliklə silinər izi,
Yerə gəlməkdədi İsanın dizi,
Süqut dalğaları sarıbdı bizi,
Müsavatla birgə dağılar odan.
Vurğun Əyyubov:
Hədəfi vurulmuş sən adi bir tir,
Üst-başın olubdu mütəmadi kir,
Bizim başımızı gicəlləndirir,
Səsini qaldırıb çığırmaq modan.