PDF Oxu

Köşə

  • 13

Qurub-yaratmaqdan vurub-uçurmaq meyili daha çoxdur

Qurub-yaratmaqdan vurub-uçurmaq meyili daha çoxdur

Pənah Hüseynov:

İfrat barışdığı bir gün olmadı,
İsa qəlyanında tütün olmadı,
Burda bir lider də üstün olmadı,
Radikal bacarır vurub uçurmaq,
Nəsibi olmadı ayağa durmaq,
İfratçün münasib bir blok qurmaq.

Rauf Arifoğlu:

Yaşadır başqanı bossları çeklə,
Ona Müsavatda çox dedim bəlkə,
Daim saman içi eşələməklə,
İsanın peşəsi rəqibi vurmaq.

Pənah Hüseynov:

İfrat gözlərinə ox xoşlayırlar,
Hamısı qarnını tıx xoşlayırlar,
Radikal liderlər çox xoşlayırlar,
Qan çıxmayan yerə atmaqda cırmaq.

Rauf Arifoğlu:

Nə Əli, nə Lalə istər durulmaq,
lVİP" Əli nəsibi ancaq qırılmaq,
İsanı izləyir bezib yorulmaq,
Mənsə bacarıram rəqibi yormaq.

Pənah Hüseynov:

Mən generatoram, bilməkdəyəm hədd,
Bütün liderləri sarıb kədər-dərd,
Xəyalında blok, vahid namizəd,
İsanın işidi işləri burmaq.

Rauf Arifoğlu:

lAzadlıq" bloku xoşlar yatanda,
Havada qapırlar qrant atanda,
Vəziyyət mürəkkəb həddə çatanda,
Onların peşəsi uzağa varmaq.
Pənah Hüseynov:

ADP, lMBH", Cəbhə, Müsavat,
Uçurmaq, qırmaqdan olmaqdadı pat,
Meyilli olmalı qurmağa ifrat,
Bizimkilər istər dağıdıb cırmaq.

Rauf Arifoğlu:

Təpədən-dırnağa kif, çamır İsa,
Vahid liderliyi boşlamır İsa,
Sakit dayanmağı xoşlamır İsa,
Cəbhə qaçmağa da deyirdi cırmaq.

Pənah Hüseynov:

Hər birisi dollar, manat gözləyir,
Onun dönüşünü ifrat gözləyir,
İsa bəy bolluca qrant gözləyir,
Hər boss uzaqlardan edəndə barmaq.

Rauf Arifoğlu:

Bu cür mübarizə, bir son gətirər,
Əli bir gətirsə, o, on gətirər,
Elə zənn edirdi milyon gətirər,
İsa bəy atanda hədəfə qarmaq.

Pənah Hüseynov:

Əvəz də getməmiş Laləylə yola,
Sağçılıq dəb deyil, gedirlər sola,
Əli yaxınlaşmaq istəmir, əsla,
İsa bəy bacarır əlaqə qırmaq.
Rauf Arifoğlu:

Çoxu başıxarab, naqisdi, səydi,
İşləri hər biri yarımçıq əydi,
Maliyyə dəstəyi edilməsəydi,
İfrat peşələri cüt barmaq sormaq.

Pənah Hüseynov:

Radikal liderlər quldur və banda,
Özünü itirir bu çətin anda,
Taktiki gedişi bacarmayanda,
İstərlər gizlicə cəbhəni yarmaq.

Rauf Arifoğlu:

Adları çəkilir tox dəftərində,
Hamısının adı lox dəftərində,
İncəlik ifratın yox dəftərində,
Onların nəsibi vəhdətdə sarmaq.

Pənah Hüseynov:

Siyasi meydanda onlar nolsa da,
Gözləri doymayıb, ciblər dolsa da,
Siyasi qafalar bomboş olsa da,
İsanı, Əlisi dollarla armaq.

Rauf Arifoğlu:

Tezliklə görərsən lAzadlıq" sönər,
Lalə Əli ilə çox yeməz dönər,
Müsavat olan yer səhraya dönər,
İsa gedən yerdə quruyar irmaq.
Pənah Hüseynov:

Əlidən, Lalədən qaçıbdı masa,
Onların bu süqut ömrü də qısa,
Elə bir ayrılıq salıb ki, İsa,
Buna əlac etməz nə kar, nə kor maq.

Rauf Arifoğlu:

Biri də bəyənmir tühaf bloku,
Radikal bloku günah bloku,
İsa deyirdi ki, billah, bloku,
Birliyə əbədi qurubdu tor, maq,

Pənah Hüseynov:

Qəlbinin sirrini, Rauf, az gizdə,
Yarat partiyanı, bu işi tezdə,
İndi Əli, Lalə, hətta Əvəz də,
Hər bossa qranta almaqda dırnaq.

Rauf Arifoğlu:

Generator qafan işləyir guya,
Şərh et proqramı çevrilib quya,
Sən də qur taktika, strategiya,
Sel də güclənibdi, açılıb şırnaq.

Pənah Hüseynov:

Ya partiya yarat, hamıyla yarış,
Ya da bloklara, birliyə qarış,
Qayıt Müsavata, İsayla barış,
Sizin qəlbinizdə qalmasın bir dağ.

Rauf Arifoğlu:

Yalan deyirəmsə, ikiqat olum,
İsa məni udsa, pat yox, mat olum,
Qoy mən öz guşəmdə salamat olum,
İsa Müsavatda gülsün, qalsın sağ.

Digər xəbərlər