Əli Əliyev:
Demirəm ifratın lovğası yoxdu,
Bossdan alacağı dovğası yoxdu,
Vahid namizədlik qovğası yoxdu,
Radikal dərd-qəmi heç ata bilmir,
Təlaşdan gecələr də yata bilmir,
Qəmbərov bir blok yarada bilmir.
Arif Hacıyev:
Batıbdı İsanın alın tərində,
"VİP"-i "Azadlığ"ın xata-şərində,
Adı yox siyasi it dəftərində,
Həzm edib gerçəyi o, uda bilmir.
Əli Əliyev:
Əlləri uzaqdı dost ətəyindən,
Tutmayıb "Çahargah", "Rast" ətəyindən,
İsa yapışsa da, boss ətəyindən,
Hələ də özünü tam tuta bilmir.
Arif Hacıyev:
İsa məqsədini çox dedi aydın,
Boss verən qrantı o, yedi aydın,
Bu yerdə Əlinin məqsədi aydın,
Boss verən qrantdan o, dada bilmir.
Əli Əliyev:
Mənim məsləhətim: az bəyir, İsa,
Həmişə də hərzə söyləyir İsa,
20 ildi hay-küy eyləyir İsa,
Ancaq istəyinə o, çata bilmir.
Arif Hacıyev:
Aparır özünü çoxdan şübhəli,
Ona Müsavatda deyirlər dəli,
Elə düşüncəsiz danışır Əli,
Verəcək İsanı o, bada, bilmir.
Əli Əliyev:
Elə boşalıb ki, liderdə cib ki,
İsanın yeridi uçurum, dib ki,
Müsavat o qədər acizləşib ki,
Adi "cırtdan"a da o, bata bilmir.
Arif Hacıyev:
Siyasi kursundan bu "VİP" yan düşüb,
Sədrinin gözünə yəqin qan düşüb,
Əli "Azadlıq"da nüfuzdan düşüb,
Odur ki, danışır, şər-xata, bilmir.
Əli Əliyev:
Müsavat o qədər qatıq yeyibdi,
Ordları orduna batıq yeyibdi,
O qədər qrantı artıq yeyibdi,
Bunu necə vursun bir şota, bilmir.
Arif Hacıyev:
"Azadlıq"dan başqa ocaq tapmadı,
Liderə layiq qab-qacaq tapmadı,
Münasib siyasi bucaq tapmadı,
Əli çatmaqdadı vot-vota, bilmir.
Əli Əliyev:
İsa ağıl üçün gedibdi Çinə,
O, Məkkədə belə gəlmədi dinə,
Ana müxalifət deyir özünə,
Bossu da özünə o, ata bilmir.
Arif Hacıyev:
"VİP" Əli təpədən-dırnağa kələk,
Gözündən keçirmir onu bir ələk,
AMİP-i ikiyə böldü gülərək,
Xaloğlu, bacıoğlu, həm quda bilmir.
Əli Əliyev:
Sovetlər dövründə bədən satırdı,
Sonradan xaricə gödən satırdı,
Vaxt vardı İsa bəy vətən satırdı,
İndi bir rayon da, o, sata bilmir.
Arif Hacıyev:
Susmayıb, başında huş olduğundan,
Tale zərbəsinə tuş olduğundan,
"VİP"-in xəzinəsi boş olduğundan,
Gələcək günlərçün pul qıta bilmir.
Əli Əliyev:
Nə Müsavatda yox, nə İsada can,
Bosslar damızdırır gözlərindən qan,
İsa üz döndərib Azərbaycandan,
İnansın rusamı, ya tata, bilmir.
Arif Hacıyev:
Kim görüb, İsa bəy bir şuluq salıb,
Radikal cinaha o, şux ruh salıb,
"VİP" Əli şəhərdə məğşuşluq salıb,
Lökbatan, nə Aznes, nə Puta bilmir,
Əli Əliyev:
Başqana çox dedim, etmə, eyibdi,
20 il ərzində böhtan deyibdi,
İsa çoxlu haram qrant yeyibdi,
Bədəni çatıbdı 10 puda, bilmir.
Arif Hacıyev:
Siyasi meydanda Əli süst, yorğun,
Son vaxtlar İsayla salıbdı qırğın,
Guya ki, "VİP" Əli siyasi vurğun,
Edə liderliyi o, buta bilmir.
Əli Əliyev:
Müsavat özünün süqut yasında,
Pul qıtlığı vardı başqan tasında,
İsa komandanlıq iddiasında,
O, bir hərbi hissə, nə rota bilmir.
Arif Hacıyev:
Əlinin İsaya yeli çatmadı,
İstədi söz deyə, dili çatmadı,
"VİP"-in boss ətinə əli çatmadı,
Ağzını çatdıra nə ota bilmir.
Əli Əliyev:
Ürəkdən deyən yox, İsayla çarpaq,
Nə həmkarlarının üstündə yarpaq,
Qaçdı ayağının altından torpaq,
Nə vətən, nə millət, nə oda bilmir.
Arif Hacıyev:
"VİP"-i də çox qoxlu suda boğuldu,
Selləmə, həm çoxlu suda boğuldu,
Əli də bloklu suda boğuldu,
Atmağa özünü o, oda bilmir.